Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə28/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   24   25   26   27   28   29   30   31   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

81 


Naxçıvan Muxtar Respublikası idarəetmə formasının xü-

susiyyətlərinə görə Azərbaycan Respublikasından fərqlənir. 

Naxçıvan Muxtar Respublikası  parlamentli respublikadır  və 

burada icra hakimiyyəti orqanı olan Nazirlər Kabineti Nax-

çıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən formalaş-

dırılır və ona tabedir. Naxçıvanda hakimiyyətin bölünməsinin 

özünəməxsus xüsusiyyətlərindən biri Naxçıvan Muxtar Res-

publikası Ali Məhkəməsinin digər səlahiyyətlərlə yanaşı, həm-

çinin konstitusion nəzarət funksiyasını da yerinə yetirməsidir.  

Qanunvericiliyə görə Naxçıvan Muxtar Respublikasının Ali 

Məhkəməsi Azərbaycan Respublikası qanunvericilik aktlarının 

düzgün tətbiq edilməsi üçün tədbirlər görür, məhkəmə statis-

tikasını  təhlil edir, məhkəmə  təcrübəsini öyrənir və ümumi-

ləşdirir, muxtar respublikanın Ali Məhkəməsinin ərazi yuridik-

siyasına aid olan birinci instansiya məhkəmələrinə metodik 

kömək göstərir və Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.  

Azərbaycan Respublikasının Konstitusiyasına  əsasən 

(maddə 135) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 

Azərbaycan Respublikasının Konstitusiyası  və qanunları ilə 

onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Nax-

çıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan 

Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Res-

publikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid 

edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının 

məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası  və 

qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin 

həllində müstəqildirlər.  

Naxçıvan Muxtar Respublikası parlament idarə-üsuluna 

əsaslanan dövlət olduğundan muxtar respublikanın ali vəzifəli 

şəxsi parlament tərəfindən seçilir. Naxçıvan Muxtar Respub-

likasının ali vəzifəli  şəxsi Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sədridir. Ali vəzifəli  şəxs Naxçıvan Muxtar Res-



Яли Щясянов, Адил Вялийев

 

 



82 

publikasının Konstitusiyasına uyğun olaraq həm qanunverici-

lik, həm də icra hakimiyyəti sahələrində öz səlahiyyətlərini 

həyata keçirir.  

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən 

ibarətdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət 

müddəti Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət 

müddəti ilə eynidir və 5 ildir.  

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan 

Muxtar Respublikası Ali Məclisinin sədrini və onun müa-

vinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.  




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

83 


 

 

 

 

 

 

 

 

 

ЫЫ  ЩИССЯ 

ДЦНЙА ДЮВЛЯТЛЯРИНИН  

СИЙАСИ  


СИСТЕМЛЯРИ 

 

 

 

 

 

 

 

 

 

 


Яли Щясянов, Адил Вялийев

 

 



84 

 

 



ЫЫЫ ФЯСИЛ

 

РЕСПУБЛИКА ИДАРЯЧИЛИК СИСТЕМИ  



 

espublika quruluşlu dövlətlərdə hakimiyyətin  əsas 

mənbəyi xalqdır. Bu idarəçilik sistemində dövlətin 

ali hakimiyyət orqanları  və  vəzifəli  şəxsləri vətəndaşlar tərə-

findən seçilir. Müasir dünya dövlətlərinin təxminən 3/4-ü res-

publika quruluşlu ölkələrdir. Monarxiya tipli dövlətlər kimi 

respublika quruluşu da qədim idarəetmə forması sayılır. Res-

publika idarəetmə formasında mürəkkəb struktura malik olan 

dövlət hakimiyyətinin bütün ali orqanlarına yalnız onlara 

məxsus olan müəyyən səlahiyyətlər verilir və bu orqanlar onla-

rın yerinə yetirilməməsi və ya lazımi səviyyədə icra edilməmə-

sinə görə qanunla məsuliyyət daşıyırlar. Hakimiyyətin ali or-

qanlarının qəbul etdiyi qərarlar bir çox hallarda uzun müddət 

hazırlanır, müvafiq proseduralar üzrə müzakirə edilir, eksper-

tizadan keçir. Bir qayda olaraq, qərarların qəbulu səsvermə 

yolu ilə həyata keçirilir. İxtisaslı və ya sadə çoxluğun qərarın 

“lehinə” səs verdiyi təqdirdə o, qəbul olunmuş sayılır.  

Respublikanın idarə edilməsi - vahid dövlət hakimiyyə-

tinin qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinə bö-

lünməsi prinsiplərinə əsaslanır. Müasir dünyada respublikanın 

üç  əsas növü mövcuddur: parlamentli respublika, Prezident 

idarə-üsuluna  əsaslanan respublika  və  bunların qarışıq 

forması.  

Prezident respublikasını hüquqi cəhətdən fərqləndirən 

cəhətlərdən biri də odur ki, ümumxalq seçkilərində seçilən 

Prezident, eyni zamanda dövlət və hökumət başçısı sayılır. O, 

Prezident qarşısında məsuliyyət daşıyan icra administrasiya-

sını və ya hökuməti formalaşdırır. Hökumətdə bir qayda olaraq 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

85 


Baş nazir vəzifəsi olmur. Prezident Parlamenti buraxa bilməz, 

Parlament isə Administrasiyanı (Hökumət) istefaya göndər-

mək hüququna malik deyil.  

Parlament respublikasında tam hakimiyyətli orqan sayı-

lan Parlament, qarşısında siyasi məsuliyyət daşıyan hökuməti 

formalaşdırır və dövlət başçısı (hökumət başçısı deyil) sayılan 

prezidenti seçir. Prezident öz səlahiyyətlərini bir qayda olaraq, 

yalnız Baş nazirin rəhbərlik etdiyi hökumətin təklifi ilə həyata 

keçirir.  Əksər üzvlərinin dəstəyini qazanacağı  təqdirdə parla-

ment, etimadsızlıq rəyi bildirməklə hökuməti istefaya göndərə 

bilər. Bu halda Prezident hökumətin təklifi ilə parlamenti 

buraxmaq və vaxtından  əvvəl seçkiləri elan etmək hüququna 

malikdir.  

Respublika idarəçilik formasının digər bir növü qarışıq 

(yarı Prezident Respublikası) idarə-üsuluna  əsaslanan res-

publikadır. Ona prezident respublikası ilə parlament respub-

likasının elementlərinin birləşdirilməsi əlamətləri xasdır. Real 

və hüquqi cəhətdən böyük səlahiyyətlərə malik olan prezident 

dövlət başçısı sayılır və bir qayda olaraq ümumi seçkilərdə 

seçilir. Lakin, hökumət parlament yolu ilə formalaşır və nəinki 

prezident, eləcə  də parlament qarşısında məsuliyyət daşıyır. 

Prezident baş nazirin başçılıq etdiyi hökumət üzərində ümumi 

rəhbərliyi həyata keçirir. Prezident müəyyən səbəblər olduqda 

parlamenti buraxmaq hüququna malikdir. Qarışıq formalı res-

publikalar üçün icraedici hakimiyyətin dualizmi səciyyəvidir. 

Belə formalı klassik respublikanın bariz nümunəsi Fransa 

sayılır. Habelə bu növə aid olan Portuqaliya, Monako  və s, 

ölkələrlə yanaşı Rusiya, Ukrayna, Rumıniya, Litva, Qırğızıstan 

kimi postsosialist dövlətlər də dualist idarəetmə formalı 

respublikalar sayılır.     

 

 



 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə