Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə27/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   23   24   25   26   27   28   29   30   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



78 

böyük köməkçiləri hesab edilən idarə  rəisləri, köməkçiləri 

hesab edilən idarə  rəislərinin müavinləri və  şöbə  rəisləri, 

habelə prokurorlar və müstəntiqlər vardır.  

Azərbaycan Respublikasının Baş Prokurorluğu bütün 

prokurorluq orqanlarının fəaliyyətinə rəhbərlik edir.  

Azərbaycan Respublikasının Baş prokurorunu Azərbay-

can Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli 

Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.  

Baş prokurorun müavinlərini, respublika ixtisaslaşdırılmış 

prokurorluqlarına rəhbərlik edən prokurorları, Naxçıvan Mux-

tar Respublikasının prokurorunu Baş prokurorun təqdimatı ilə 

Azərbaycan Respublikasının Prezidenti vəzifəyə  təyin və 

vəzifədən azad edir.  

Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Res-

publikası Prezidentinin razılığı ilə Baş prokuror vəzifəyə təyin 

və vəzifədən azad edir.  

Azərbaycan Respublikasının Prokurorluğu sisteminə  aşa-

ğıdakı prokurorluqlar daxildir:  

Azərbaycan Respublikasının Baş Prokurorluğu; 

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 

Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;  

Rayon (şəhər) prokurorluqları;  

Hərbi ixtisaslaşdırılmış prokurorluqlar; 

Tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, 

sosial-məişət, təsərrüfat təyinatlı digər qurumlar. 

 

Siyasi partiyalar və ictimai təşkilatlar 

Siyasi partiyalar Azərbaycan  Respublikasının  siyasi sis-

teminin  tərkib hissəsi olaraq müxtəlif ictimai, siyasi və sosial 

qrupların maraqlarının daşıyıcısı kimi hakimiyyətin  formalaş-

masında fəal  şəkildə  iştirak edir və seçkili dövlət orqanlarına 

namizədlər irəli sürür. Siyasi partiyaların fəaliyyətinin əsas xü-

susiyyəti öz məqsədləri və proqramları ətrafında müxtəlif  və-



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

79 


təndaşları  və qrupları birləşdirməyə çalışmaq və siyasi şüuru 

məqsədyönlü şəkildə formalaşdırmaqdan ibarətdir. Onlar mət-

buat orqanları ilə birlikdə müəyyən mənada dövlətlə cəmiyyət 

arasındakı  əlaqələri təmin edir və dövlətin siyasətinin forma-

laşmasına təsir göstərir.  Azərbaycanda fəaliyyət göstərən  əsas 

siyasi partiyalar  sonuncu parlament seçkilərində iştirak edərək 

125 deputat mandatını bölüşmüşlər.  

 2010-cu il noyabr ayının 7-də Mili Məclisə keçirilən son 

seçkilər nəticəsində  Yeni  Azərbaycan Partiyası 72, Vətəndaş 

Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Sosial Rifah 

Partiyası 1, Ədalət Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəb-

həsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Ümid Partiyası 1, 

Demokratik  İslahatlar Partiyası 1, Vətəndaş Birliyi Partiyası 

1,  müstəqil namizədlər isə 41 deputat yerinə sahib olmuşlar.  

Azərbaycan Respublikasında 3000-ə yaxın qeyri-hökumət 

təşkilatı  fəaliyyət göstərir və onlar vətəndaş  cəmiyyətinin 

inkişafında aparıcı yer tuturlar.  Bu təşkilatlar müxtəlif  sahələr 

üzrə - ictimai, hüquqi, təhsil, mədəniyyət,  ətraf mühit və s. 

üzrə fəaliyyət göstərərək müxtəlif qrup insanları öz tərkibində 

birləşdirir (gənclər, qadınlar, milli-dini qruplar və s.). 

 

Naxçıvan Muxtar Respublikası 

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublika-

sının tərkibində muxtar respublikadır. Naxçıvan Muxtar Res-

publikası  ərazi muxtariyyətinin yüksək formasına - dövlət 

statusuna malikdir. Qeyd edək ki, ərazi muxtariyyəti formaları 

(dövlət və yerli) bir-birindən fərqlənir.  

Ərazi muxtariyyətinin dövlət forması dövlətin zahiri əla-

mətlərinə (parlament, hökumət, konstitusiya və s.) malikdir. 

Muxtariyyətin yerli forması isə bu cür əlamətlərə malik deyil 

və burada ərazi vahidlərinin inzibati hüquqları bir qayda olaraq 

adi qanunla müəyyənləşir. Unitar quruluşa malik olan xarici 

dövlətlərin konstitusiya və qanunlarında dövlətin tərkibində 



Яли Щясянов, Адил Вялийев

 

 



80 

muxtar ərazi təşkili nəzərdə tutulur, bir çox hallarda isə muxtar 

vahidlər onların daxili quruluşunu müəyyənləşdirən (konsti-

tusiya, nizamnamələr, qaydalar, özünü idarəetmə xartiyaları və 

s.) normativ hüquqi aktlar işləyib hazırlayır və qəbul edir.  

Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan 

Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 

oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir.  

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublika-

sının ayrılmaz tərkib hissəsidir.  

Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azər-

baycan Respublikası Prezidentinin fərmanları  və Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar 

Respublikasının ərazisində məcburi xarakter daşıyır.  

Bütün bunlar göstərir ki, Azərbaycan Respublikası Kons-

titusiyasının, qanunlarının, Azərbaycan Respublikası Preziden-

tinin fərmanlarının və Azərbaycan Respublikası Nazirlər Kabi-

netinin qərarlarının Naxçıvan Muxtar Respublikasının dövlət 

hakimiyyəti orqanları  tərəfindən təsdiq edilməsinə ehtiyac 

yoxdur və onlar bilavasitə ölkənin bütün ərazisində tətbiq edi-

lir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının dövlət ha-

kimiyyəti orqanları Azərbaycan Respublikasının qanunverici-

liyi səviyyəsində tənzimlənən məsələlərə dəyişikliklər məqsədi 

ilə normativ hüquqi aktlar qəbul edə bilməz.  

 Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azər-

baycan Respublikasının Milli Məclisinə Azərbaycan Respub-

likasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya 

qanunu ilə təsdiq olunur.  

Naxçıvan Muxtar Respublikasının qanunvericilik haki-

miyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra 

hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər 

Kabineti, məhkəmə hakimiyyətini isə Naxçıvan Muxtar Res-

publikasının məhkəmələri həyata keçirir.  



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə