Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə40/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   36   37   38   39   40   41   42   43   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



124 

CƏNUBİ KOREYA 

 

 

 

 

 

Ümumi məlumat:  Koreya  insan sivilizasiyasının  ən qə-

dim mərkəzlərindən biri sayılır.  Vahid Koreya dövlətinin 

yaranması 668-ci ildə tam olaraq başa çatmışdır. 1910-1945-ci 

illər  ərzində ölkə  Yaponiya  İmperiyasının  tərkibinə  (General-



qubernatorluq statusunda) daxil edilmişdir.  

1945-ci ilin sentyabr ayında  Koreyanın 38-ci paraleldən 

cənuba doğru hissəsinin Amerika hərbi birləşmələrinin 

nəzarətinə keçməsi ilə, ölkənin iki yerə bölünməsinin  əsası 

qoyulmuşdur. Nəticədə, 15 avqust 1948-ci il tarixində  Seul 

şəhərində Koreya Respublikası (Cənubi Koreya), həmin ilin 9 

sentyabr tarixində isə  Pxenyanda  Koreya Xalq-Demokratik 

Respublikası (Şimali Koreya) rəsmən elan edilmişdir.  

Şərqi Asiyada, Koreya yarımadasının  cənub hissəsində 

yerləşən  Cənubi Koreya Respublikasının paytaxtı  Seul 

şəhəridir. 

Ölkənin  ərazisi 100,210 km², əhalisi  (2012) 50,004,441 

nəfərdir (əhali sıxlığı 491 nəfər/km²).  

Cənubi Koreyanın rəsmi dövlət dili koreya dilidir. 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.897   çox yüksəkdir 



(15-ci yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1948, Yaponiyadan müstəqilliyini elan et-

mişdir) avqust ayının 15-də qeyd olunur. Ölkənin 6-cı Konsti-

tusiyası 1988-ci ilin fevralından qüvvədədir.  




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

125 


İnzibati bölgüsü: 9 əyalətə (Çxunçxon-Pukto, Çxunçxon-

Namdo, Kanvondo, Kenqido, Kensan-Pukto, Kensan-Namdo, 

Çolla-Pukto, Çolla-Namdo və Cecudo), 6 əyalət statuslu şəhə-

rə  (Pusan, Tequ, İnçxon, Kvancu, Tecon və Ulsan) və xüsusi 

statusa malik Seul şəhərinə bölünür. 

 Dövlət başçısı: Ölkədə siyasi hakimiyyət  Prezidentə 

məxsusdur. Cənubi Koreya Respublikasının Prezidenti ümum-

xalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir.  

Dövlətin milli müstəqilliyinin, ərazi bütövlüyünün, Kons-

titusiyanın müdafiəsinin təminatçısı olan, habelə silahlı qüv-

vələrin ali baş komandanı  vəzifəsini də yerinə yetirən dövlət 

başçısı  Cənubi Koreyanı  xaricdə  təmsil etməkdə, diplomatik 

nümayəndələrin təyinatında və qəbulunda, beynəlxalq müqavi-

lələrin bağlanmasında və digər siyasi sahələrdə geniş səlahiy-

yətlərə malik olmaqla yanaşı, müharibə elan etmək və ya sülhə 

imza atmaq, habelə zəruri hallarda ölkədə fövqəladə vəziyyət 

elan etmək hüququnu özündə saxlayır.  

25 fevral 2013-cü ildən etibarən Cənubi Koreyanın hazır-

kı, sayca 11-ci Prezidenti xanım Pak Kın Xedir.   



Qanunverici hakimiyyət:  Qanunverici orqan - birpalatalı 

Milli Assambleyadır. Parlament 300 üzvdən ibarətdir və onlar 

4 illik müddətə seçilirlər. Ümumi seçkilər yolu ilə seçilmiş de-

putatlar Assambleyanın tərkibinin 5/6 hissəsini təşkil edir, qa-

lan yerlər isə proporsional olaraq ümumi seçkilər nəticəsində 5 

və ya daha artıq yer qazanmış partiyalar arasında bölüşdürülür.  

Qanunvericilik səlahiyyətləri ilə yanaşı, Parlament illik 

dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilə-

lərin ratifikasiyası, müharibəyə razılıq verilməsi, ölkə  ərazi-

sində xarici ölkələrin hərbi kontingentinin yerləşdirilməsi və s. 

funksiyaları da yerinə yetirir. Dövlət başçısı  Milli Assamble-



yanı buraxmaq səlahiyyətlərinə malik deyildir, əksinə, qanun-

verici orqan Prezidentə etimadsızlıq göstərməkdə  səlahiyyət-

lidir.  



Яли Щясянов, Адил Вялийев

 

 



126 

2012-ci il aprel ayının 11-də keçirilmiş son Parlament 

seçkilərinin nəticələrinə  əsasən  Milli Assambleyada yer almış 

ölkənin əsas siyasi partiyaları: 



“Senuri” Partiyası – (150 yer),  

Birləşmiş Demokratik Partiya – (127 yer), 

Birləşmiş Proqressiv Partiya – (13 yer),  

Liberal Proqressiv Partiya (LFP, 5 yer), 

Müstəqillər - (3 yer).  

“Senuri” Partiyasının seçkilərdə qalib gəlməsi xalqın mü-

hafizəkarlara göstərdiyi böyük etimad kimi qiymətləndirilir.     



İcraedici hakimiyyət: Prezident Baş naziri Parlamentin 

razılığı ilə təyin edir. Nazirlər Kabineti - Dövlət Şurası Prezi-

dent tərəfindən Baş nazirin təqdimatı əsasında formalaşdırılır. 

Hökumətin tərkibinə müvafiq Nazirliklərlə yanaşı, Milli Kəş-

fiyyat Xidməti, eləcə  də Dövlət qulluğu üzrə Komissiya da-

xildir. 


Dövlət Şurası ölkənin daxili və xarici siyasətinin əsas isti-

qamətlərini müəyyənləşdirir, Baş prokurorun, komitə sədrləri-

nin və bir sıra digər vəzifəli şəxslərin təyinatını həyata keçirir.  

Cənubi Koreya Hökumətinə 01 oktyabr 2010-cu ildən 

etibarən Kim Xvan Sik başçılıq edir. 



Məhkəmə hakimiyyəti:  Konstitusiya Məhkəməsi  və  Ali 

Məhkəmə ölkədə ali məhkəmə hakimiyyətini həyata keçirirlər. 

Üzvləri  (9 hakim) Prezident tərəfindən təyin edilən  Konstitu-



siya Məhkəməsi ölkədə Konstitusiya nəzarətini həyata keçir-

məkdə  və impiçmentlə bağlı son qərar verməkdə  səlahiyyət-

lidir. 

Digər məhkəmə məsələləri isə sədri (Assambleyanın razı-



lığı ilə) və üzvləri Prezident tərəfindən təyin olunan Ali Məh-

kəmənin və digər ixtisaslaşmış məhkəmələrin (Ailə Məhkəməsi 

və Hərbi Tribunal) nəzarətindədir.  

 

 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə