Яли Щясянов, Адил Вялийев
134
13 dekabr 2009-cu ildə keçirilmiş son Parlament seçkiləri
nəticəsində Senatda və Deputatlar Palatasında təmsil olunan
siyasi partiyalar:
Xristian Demokratik Partiyası (9 senator, 19 deputat),
Müstəqil Demokratik İttifaq (8 senator, 37 deputat),
Milli Yenilənmə (4 senator, 18 deputat),
Demokratik Partiya (4 senator, 18 deputat),
Sosialist Partiyası (5 senator, 11 deputat),
Radikal Sosial-Demokratik Partiya (1 senator, 5 deputat),
Kommunist Partiyası (3 deputat).
Məhkəmə hakimiyyəti: Çili Respublikasının ən yüksək
məhkəmə instansiyası sayılan və üzvləri Prezident tərəfindən
təyin olunan 21 hakimdən ibarət Ali Məhkəmə, ölkədə
Konstitusiya nəzarəti orqanı funksiyasını yerinə yetirən
Konstitusiya Məhkəməsi, habelə
16 apelyasiya, 7 tribunal və
bir çox yerli ixtisaslaşmış məhkəmələr ölkədə məhkəmə
hakimiyyətini həyata keçirir.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
135
DOMİNİKAN RESPUBLİKASI
Ümumi məlumat: Haiti adası
Kolumb tərəfindən 1492-ci
ildə kəşf edilmiş və qısa müddətdən sonra ispan müstəmlə-
kəsinə çevrilmişdir. 1821-ci ildə adanın şərq hissəsi (Domi-
nikan Respublikasının indiki ərazisi) müstəqilliyini elan etsə
də, bir il sonra Haiti Respublikası tərəfindən işğal edilmişdir.
1844-cü ildə Haiti əleyhinə baş vermiş üsyan nəticəsində
yeni dövlət - Dominikan Respublikası yaranmışdır.
Karib Hövzəsində (Amerika qitəsinin Vest-Hind coğrafi
regionu) yerləşən
Dominikan Respublikasının paytaxtı
Santo-
Dominqo şəhəridir.
Ölkənin ərazisi 48,442 km², əhalisi (2012) 9,445,281
nəfərdir (əhali sıxlığı 193,6 nəfər/km²).
Dominikan Respublikasının rəsmi dövlət dili ispan dilidir.
Dövlətin İnsan İnkişafı İndeksi - 0.689 - ortadır (98-ci
yer).
Dövlət quruluşu: Məhdud
hakimiyyətli
prezident idarə-
etmə üsuluna malik respublikadır. Milli bayram günü olan
müstəqillik günü (1844) fevral ayının 27-də qeyd olunur. Do-
minikan Respublikasının Konstitusiyası 1966-cı il 28 noyabr
tarixindən qüvvədədir.
İnzibati bölgüsü: 31 əyalətə (Asua, Baoruko, Baraona,
Daxabon, Duarte, Elias-Pinya, El-Seybo, Espaylyat, Ato-
Mayor, İntependensiya, La-Veqa, La-Romana, Samana,
Sançes-Ramires, La-Altaqrasiya, Valverde, Santo-Dominqo,
Яли Щясянов, Адил Вялийев
136
San-Pedro-de-Makoris, San-Xose-de-Okoa, Puerto-Plata,
Santyaqo-Rodriqes, San-Kristobal, Ermanas-Mirabal, Peravi-
ya, Pedernales və s.) və inzibati mərkəzi
Santo-Dominqo olan
milli dairəyə bölünür.
Dövlət başçısı: Ölkədə milli birliyin və müstəqilliyin rəm-
zi, hüquqi dövlətin, Konstitusiyanın, ərazi bütövlüyünün, milli
təhlükəsizliyin ali təminatçısı, dövlətin və hökumətin başçısı -
Prezident bir turdan ibarət ümumi, birbaşa seçkilər əsasında 4
illik müddətə seçilir.
Hökumət başçısı funksiyasını da yerinə yetirən Prezident
Nazirlər Kabinetinin tərkibinə daxil olan nazirləri və 31
əyalətin qubernatorlarını təyin etmək və onların fəaliyyətini
nəzarətdə saxlamaq, zəruri hallarda isə vəzifələrindən geri
çağırmaq səlahiyyətlərinə malikdir.
Zərurət yarandıqda dövlət başçısını vitse-prezident (16
avqust 2012-ci ildən ölkənin 1-ci xanımı Marqarita Fernan-
dezdir), o olmadıqda isə Ali Məhkəmənin sədri əvəz edir.
Ölkənin hazırkı dövlət başçısı 20 may 2012-ci ildə keçi-
rilmiş son Prezident seçkilərində 51.21% səslə qalib gəlmiş və
16 avqust 2012-ci il tarixindən etibarən səlahiyyətlərinin icra-
sına başlamış Dominikan Azadlıq Partiyasının nümayəndəsi
Danilo Medina Sançesdir.
Qanunverici hakimiyyət: Sədrləri hər il dəyişən iki pala-
tadan ibarət Konqres və ya Milli Assambleya Dominikan Res-
publikasında qanunvericilik hakimiyyətini həyata keçirir. 32
yerlik Yuxarı Palatada (Senat) 31 əyalətin və milli dairənin
hər biri bir senatorla təmsil olunur, Aşağı Palata (Deputatlar
Palatası) isə bir turdan ibarət ümumi və birbaşa səsvermə yolu
ilə, proporsional təmsilçilik sistemi üzrə seçilmiş 183
deputatdan ibarətdir.
Qanunların qəbul edilməsi ilə yanaşı, Mərkəzi Seçki Ko-
missiyasının sədrinin və komissiya üzvlərinin, habelə
İctimai
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
137
Palatanın üzvlərinin
təyin edilməsi Senatın səlahiyyətlərinə
aiddir.
2010-cu ilin may ayında keçirilmiş seçkilər nəticəsində
Parlamentdə təmsil olunan ölkənin əsas siyasi partiyaları:
Dominikan Azadlıq Partiyası (31 senator, 105 deputat);
Dominikan İnqilab Partiyası (75 deputat);
Xristian Sosial İslahatlar Partiyası (1 senator, 3 deputat).
Məhkəmə hakimiyyəti: Hakimləri
Milli Magistratura
Şurası tərəfindən təyin olunan Dominikan Respublikasının ən
yüksək məhkəmə instansiyası - Ali Məhkəmə, habelə Apelyasiya
Məhkəməsi və birinci İnstansiya məhkəmələri ölkədə məhkəmə
hakimiyyətini həyata keçirirlər.