Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə43/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   39   40   41   42   43   44   45   46   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



134 

13 dekabr 2009-cu ildə keçirilmiş son Parlament seçkiləri 

nəticəsində Senatda və Deputatlar Palatasında  təmsil olunan 

siyasi partiyalar:  



Xristian Demokratik Partiyası (9 senator, 19 deputat), 

Müstəqil Demokratik İttifaq (8 senator, 37 deputat), 

Milli Yenilənmə (4 senator, 18 deputat), 

Demokratik Partiya (4 senator, 18 deputat), 

Sosialist Partiyası (5 senator, 11 deputat), 

Radikal Sosial-Demokratik Partiya (1 senator, 5 deputat), 

Kommunist Partiyası (3 deputat). 

Məhkəmə hakimiyyəti:  Çili Respublikasının  ən yüksək 

məhkəmə instansiyası sayılan və üzvləri Prezident tərəfindən 

təyin olunan 21 hakimdən ibarət  Ali Məhkəmə,  ölkədə 

Konstitusiya nəzarəti orqanı funksiyasını yerinə yetirən 



Konstitusiya Məhkəməsi,  habelə 16 apelyasiya, 7 tribunal və 

bir çox yerli ixtisaslaşmış  məhkəmələr  ölkədə  məhkəmə 

hakimiyyətini həyata keçirir. 

 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

135 


DOMİNİKAN RESPUBLİKASI 

 

 

 

 

Ümumi məlumat: Haiti adası Kolumb tərəfindən 1492-ci 

ildə  kəşf edilmiş  və  qısa müddətdən sonra ispan müstəmlə-

kəsinə çevrilmişdir. 1821-ci ildə adanın  şərq hissəsi  (Domi-

nikan Respublikasının indiki ərazisi) müstəqilliyini elan etsə 

də, bir il sonra Haiti Respublikası tərəfindən işğal edilmişdir. 

1844-cü ildə Haiti əleyhinə baş vermiş üsyan nəticəsində 

yeni dövlət - Dominikan Respublikası yaranmışdır.  



Karib Hövzəsində  (Amerika qitəsinin Vest-Hind coğrafi 

regionu) yerləşən  Dominikan Respublikasının paytaxtı  Santo-

Dominqo şəhəridir. 

Ölkənin  ərazisi 48,442 km², əhalisi  (2012) 9,445,281 

nəfərdir (əhali sıxlığı 193,6 nəfər/km²).  

Dominikan Respublikasının rəsmi dövlət dili ispan dilidir. 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.689 - ortadır  (98-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud  hakimiyyətli  prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1844) fevral ayının 27-də qeyd olunur. Do-

minikan Respublikasının Konstitusiyası 1966-cı il 28 noyabr 

tarixindən qüvvədədir.  

İnzibati bölgüsü: 31 əyalətə  (Asua, Baoruko, Baraona, 

Daxabon, Duarte, Elias-Pinya, El-Seybo, Espaylyat, Ato-

Mayor,  İntependensiya, La-Veqa, La-Romana, Samana, 

Sançes-Ramires, La-Altaqrasiya, Valverde, Santo-Dominqo, 



Яли Щясянов, Адил Вялийев

 

 



136 

San-Pedro-de-Makoris, San-Xose-de-Okoa, Puerto-Plata, 

Santyaqo-Rodriqes, San-Kristobal, Ermanas-Mirabal, Peravi-

ya, Pedernales və s.) və inzibati mərkəzi Santo-Dominqo olan 

milli dairəyə bölünür. 

Dövlət başçısı: Ölkədə milli birliyin və müstəqilliyin rəm-

zi, hüquqi dövlətin, Konstitusiyanın, ərazi bütövlüyünün, milli 

təhlükəsizliyin ali təminatçısı, dövlətin və hökumətin başçısı - 

Prezident bir turdan ibarət ümumi, birbaşa seçkilər əsasında 4 

illik müddətə seçilir. 

Hökumət başçısı funksiyasını da yerinə yetirən Prezident 

Nazirlər Kabinetinin  tərkibinə daxil olan nazirləri və 31 

əyalətin qubernatorlarını  təyin etmək və onların fəaliyyətini 

nəzarətdə saxlamaq, zəruri hallarda isə  vəzifələrindən geri 

çağırmaq səlahiyyətlərinə malikdir.  

Zərurət yarandıqda dövlət başçısını  vitse-prezident (16 

avqust 2012-ci ildən ölkənin 1-ci xanımı Marqarita Fernan-

dezdir), o olmadıqda isə Ali Məhkəmənin sədri əvəz edir. 

Ölkənin hazırkı dövlət başçısı 20 may 2012-ci ildə keçi-

rilmiş son Prezident seçkilərində 51.21% səslə qalib gəlmiş və 

16 avqust 2012-ci il tarixindən etibarən səlahiyyətlərinin icra-

sına başlamış  Dominikan Azadlıq Partiyasının nümayəndəsi 

Danilo Medina Sançesdir.  

Qanunverici hakimiyyət: Sədrləri hər il dəyişən iki pala-

tadan ibarət Konqres və ya Milli Assambleya Dominikan Res-

publikasında qanunvericilik hakimiyyətini həyata keçirir. 32 

yerlik Yuxarı Palatada (Senat) 31 əyalətin və milli dairənin 

hər biri bir senatorla təmsil olunur, Aşağı Palata  (Deputatlar 

Palatası) isə bir turdan ibarət ümumi və birbaşa səsvermə yolu 

ilə, proporsional təmsilçilik sistemi üzrə seçilmiş 183 

deputatdan ibarətdir.  

Qanunların qəbul edilməsi ilə yanaşı,  Mərkəzi Seçki Ko-



missiyasının  sədrinin və komissiya üzvlərinin, habelə  İctimai 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

137 


Palatanın üzvlərinin təyin edilməsi  Senatın  səlahiyyətlərinə 

aiddir.  

2010-cu ilin may ayında keçirilmiş seçkilər nəticəsində 

Parlamentdə təmsil olunan ölkənin əsas siyasi partiyaları: 



Dominikan Azadlıq Partiyası (31 senator, 105 deputat); 

Dominikan İnqilab Partiyası (75 deputat); 

Xristian Sosial İslahatlar Partiyası (1 senator, 3 deputat). 

Məhkəmə hakimiyyəti: Hakimləri  Milli Magistratura 

Şurası tərəfindən təyin olunan Dominikan Respublikasının ən 

yüksək məhkəmə instansiyası - Ali Məhkəmə, habelə Apelyasiya 



Məhkəməsi və birinci İnstansiya məhkəmələri ölkədə məhkəmə 

hakimiyyətini həyata keçirirlər. 



 

 

 

 

 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə