Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə51/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   47   48   49   50   51   52   53   54   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

163 


İnzibati bölgüsü:   2551 icmadan (bələdiyyə) ibarət olan 

26 muxtar vilayətə - 20 kantona  (Arqau, Appensel-Ausser-



redon, Appensel-İnnerroden, Bazel-Ştat, Bazel-Land, Bern, 

Vale, Vo, Qlarus, Qraubyunden, Cenevrə, Zoloturn, Lüsern, 

Sürix,Yura, Fribur, Tiçino  və s.) və 6 yarımkantona bölünür. 

Dövlət başçısı: Digər dünya birliyi dövlətlərindən fərqli 

olaraq xarici siyasətdə “əbədi neytrallıq” kursunu seçmiş, ha-

belə mövcud siyasi sistemində təməl prinsiplərinin spesifikliyi 

ilə  fərqlənən  İsveçrə Konfederasiyasında  Prezident dövlət və 

ya hökumət başçısı sayılmır.  

Bu funksiyalar Federal  Şura  tərəfindən kollegial olaraq 

yerinə yetirilir. Federal Şurada səslərin nisbəti bərabər olduqda 

Prezidentin səsi həlledici olur. Prezident İttifaq  (Federal) 

Məclisi tərəfindən  İttifaq  (Federal)  Şurasının üzvlərinin tər-

kibindən 1 il müddətinə seçilir.  

2013-cü ilin yanvar ayından  İsveçrə Konfederasiyasının 

hazırkı, sayca 165-ci  prezidenti Uli Maurerdir.  



Qanunverici hakimiyyət:  Federal  Şura və Ali Məhkəmə 

ilə yanaşı, hakimiyyətin üç qolundan biri olan və qanunve-

ricilik orqanı funksiyasını yerinə yetirən Federal Məclis: 200 

yerlik Milli Şuradan  (Aşağı palata)  və 46 yerlik Kantonlar 

Şurasından (Yuxarı palata) ibarət iki palatalı Parlamentdir. 

Milli  Şuraya deputatlar proporsional nümayəndəlik siste-

mi üzrə 4 illik müddətəKantonlar Şurasına isə üzvlər 20 iki 

mandatlı və 6 birmandatlı (hər kantondan iki, yarımkantondan 

isə 1 nümayəndə) dairədən majoritar seçki sistemi üzrə 4 illik 

(bəzi kantonlarda 3 illik) müddətə seçilirlər.  

Bütün qanun layihələri hər iki palatadan keçərək təsdiq 

olunur. Layihəyə hansı palatanın birinci baxacağına palata 

sədrləri birgə  qərar verirlər. Qanunların hazırlanması  və  qə-

bulu, illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq 

müqavilələrin ratifikasiyası  və Konstitusiyada təsbit edilmiş 

digər funksiyaların həyata keçirilməsində  səlahiyyətli olan 



Яли Щясянов, Адил Вялийев

 

 



164 

Parlamentin qəbul etdiyi bəzi qanunlar ümumxalq referendu-

munda təsdiq edilməlidir.  

23 oktyabr 2011-ci ildə keçirilmiş son Parlament seçkilə-

rində qalib gəlmiş siyasi  partiyalar: 

İsveçrə Xalq Partiyası (Kantonlar Şurasında 5 yer, Milli 

Şurada 54 yer), 

İsveçrə Sosial-Demokrat Partiyası ( 11  və 46  yer), 

Xristian Xalq Demokratik Partiyası ( 13  və 28  yer). 

İcraedici hakimiyyət:  Ölkədə ali icraedici hakimiyyət hər 

biri departamentlərə  (nazirliklərə)  rəhbərlik edən 7 üzvdən 

ibarət  İttifaq  Şurasına (Hökumət)  məxsusdur. Konfederasi-

yanın daxili və xarici siyasi kursunu müəyyənləşdirən və  hə-

yata keçirilməsində  səlahiyyətli olan İttifaq  Şurasının üzvləri 

Parlamentin hər iki palatasının birgə iclasında seçilirlər və 

növbəlilik prinsipi əsasında  Prezident   vitse-prezident  və-

zifələrini icra edirlər. 



Məhkəmə hakimiyyəti:  Üzvləri  İsveçrə Konfederasiyası-

nın Federal Məclisi  tərəfindən 6 il müddətinə seçilən, Cinayət 

və  İnzibati məhkəmələrdən ibarət olan İsveçrə Federal 

Məhkəməsi ölkədə  məhkəmə hakimiyyətini həyata keçirir. 

Tərkibinə 28 hakimin və 11-13 andlının daxil olduğu Federal 



Məhkəmə faktiki olaraq Ali Məhkəmənin funksiyalarını yerinə 

yetirir.  

 

 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

165 


KAMERUN 

 

 

    


 

 

Ümumi məlumat:  Kamerunun  şimalında ilk dövlət bir-

likləri XV-XVI əsrlərdə, mərkəz və  cənub bölgələrində isə 

XVIII-XIX əsrin əvvəllərində meydana gəlmişdir. 1884-1914-

cü illərdə ölkə  ərazisi  Almaniya  tərəfindən tam işğal edilmiş, 

1922-ci ildə isə,  Millətlər Liqasının  qərarı ilə  Şərqi Kamerun 

Fransanın, Qərbi Kamerun isə  İngiltərənin mandatlığına 

verilmişdir.  

1960-cı ildə  Fransa  Şərqi Kameruna müstəqillik vermiş, 

1961-ci ildə Qərbi Kamerunun cənub hissəsi Kameruna, şimal 

hissəsi isə  Nigeriyaya birləşdirilmişdir. Nəticədə,  Kamerun 

Federativ Respublikası  yaradılmış, 1984-cü ildən isə ölkə 

Kamerun Respublikası adlandırılmışdır. 

 Mərkəzi Afrikanın  şimal-qərb hissəsində  yerləşən  Kame-

run Respublikasının paytaxtı Yaunde şəhəridir. 

Ölkənin  ərazisi 475,442 km², əhalisi  (2012) 20,129,878 

nəfərdir (əhali sıxlığı 39,7 nəfər/km²).  

Kamerunun rəsmi dövlət dili fransız və ingilis dilləridir

Dövlətin İnsan İnkişafı İndeksi 0.482 - aşağıdır (150-ci 



yer). 

Dövlət quruluşu: 1960-cı ildən məhdud hakimiyyətli pre-

zident idarəetmə üsuluna malik respublikadır. Milli bayram 

günü olan müstəqillik günü (1960) 01 yanvar tarixində qeyd 

olunur. Ölkə Konstitusiyası  1972-cü ildən (1975, 1991, 1995 

və 2008-ci illərdə edilmiş düzəlişlərlə) qüvvədədir.  



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə