Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə48/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   44   45   46   47   48   49   50   51   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



152 

Əfqanıstanın məhkəmə-hüquq sisteminin əsas fundamental 

prinsipini, qanunların islam normaları ilə ziddiyyət təşkil 

etməməsindən ibarətdir. 

Sədri və hakimləri Prezident tərəfindən 10 il müddətinə 

təyin edilən və ölkədə mülki, cinayət və inzibati sahələr üzrə  ən 

yüksək məhkəmə orqanı sayılan  Ali Məhkəmə  Əfqanıstanda 

məhkəmə hakimiyyətini həyata keçirir.  

Bundan əlavə ölkədə, Əfqanıstanın Ali Məhkəməsinə tabe 

olan  yüksək  əyalət məhkəmələri,  habelə apelyasiya və 



ixtisaslaşmış birinci instansiya məhkəmələri  də  fəaliyyət 

göstərir.  



 

 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

153 


FİLİPPİN 

 

 

  

 



 

Ümumi məlumat:  XV-XVI  əsrlərdə  Filippində bir neçə 

feodal knyazlıqları mövcud olmuşdur. 1565-1898-ci illərdə İs-



paniyanın, 1899-1946-cı illərdə isə  ABŞ-ın müstəmləkəsi ol-

muş  Filippində, 1934-cü ildən muxtar idarəetmə  tətbiq edil-

mişdir.  

4 iyul 1946-cı il tarixində dövlət müstəqilliyini elan 

etmişdir. 

Asiyanın  cənub-şərq hissəsində, 7100 adada yerləşən 

Filippin Respublikasının paytaxtı Manila şəhəridir. 

Ölkənin  ərazisi 300,000 km², əhalisi  (2010) 92,337,852 

nəfərdir (əhali sıxlığı 308,0 nəfər/km²).  

Filippinin rəsmi dili filippin (taqal) və ingilis dilləridir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.644 - ortadır  (112-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1898) - 12 iyunda qeyd olunur. 11 fevral 

1987-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə Filippi-

nin idarəetmə sistemi Prezident hakimiyyətinin ABŞ modelinə 

uyğundur.  



İnzibati bölgüsü: Filippin 3 adalar qrupunda (Luson, 

Visay və Mindanao) birləşən 17 regiona (İlokos, Kaqayan, 

Mərkəzi Luson, Kalabarson, Mimaropa, Bikol, Kordilyer inzi-

bati regionu, Qərbi Visayi, Mərkəzi Visayi, Şərqi Visayi, 

Zamboanqa yarımadası,  Şimali Mindanao, Karaqa, Davao, 


Яли Щясянов, Адил Вялийев

 

 



154 

Sokksksarxen və Müsəlman Mindanao regionu), 80 əyalətə, 

1494 bələdiyyəyə, 140 şəhərə  və 41995 baranqaya (məntəqə) 

bölünür.  

Dövlət başçısı:  Prezident dövlətin və hökumətin başçısı, 

silahlı qüvvələrin ali baş komandanıdır. İcra hakimiyyətini hə-

yata keçirən  Nazirlər Kabinetinin üzvləri  Təyinat Komissi-

yasının razılığı ilə ölkə Prezidenti tərəfindən təyin edilir.  

Dövlət başçısı  və dövlətin idarəetməsində ona bilavasitə 

köməklik edən vitse-prezident azad, bərabər və gizli seçkilərdə 

ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçilirlər.  



Prezident icra hakimiyyətinin bütün departament, büro və 

xidmətlərinin idarə edilməsində, habelə qanunların icrasının 

təmin olunmasında səlahiyyətlidir. Bundan əlavə, dövlət baş-

çısı  Konqresin  əksər üzvlərinin razılığı ilə amnistiya aktını 

imzalaya və dövlətin səlahiyyətli nümayəndəsi olaraq Senatda 

ratifikasiya olunan müqavilələri bağlaya bilər.  

Filippin Respublikasının hazırkı, sayca 15-ci Prezidenti 

30 iyun 2010-cu ildən etibarən III Beniqno Akinodur



Qanunverici hakimiyyət: Qanunverici orqan olan Kon-

qres 2 palatadan – 24 yerlik Senatdan və 286 yerlik Nümayən-

dələr Palatasından ibarətdir.  Senata  üzvlər proporsional nü-

mayəndəlik sistemi üzrə 6 il müddətinə seçilir. Senatın ½-i hər 

3 ildən bir yenilənir. Nümayəndələr Palatasının üzvləri ümum-

xalq səsverməsi yolu ilə 3 il müddətinə seçilirlər. Palatanın 

229 üzvü bir mandatlı dairələr üzrə seçilir, digər deputatlar isə 

(hal-hazırda 24 üzv) mürəkkəb partiya siyahıları sistemi üzrə 

dövlət başçısı tərəfindən təyin edilirlər.  

Hər iki Palatanın üzvləri icraedici hakimiyyətə sorğu ilə 

müraciət etməkdə bərabər hüquqlara malik olsalar da, onların 

səlahiyyətləri arasında müəyyən fərqlər mövcuddur. Belə ki, 

maliyyə tutumlu qanun layihələri ilə bağlı təşəbbüs yalnız Aşa-



ğı Palataya, beynəlxalq müqavilə  və sazişlərin ratifikasiyası 

isə Senata aiddir.    




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

155 


Ölkə Prezidenti Konqresdə qəbul edilən qanun layihələri-

nə veto qoymaq hüququna malik olsa da, Parlamentdə 2/3 səs 

çoxluğu ilə veto dəf edilə bilər.  

10 may 2010-cu ildə Filippin Parlamentinin hər iki palata-

sına keçirilmiş son seçkilərdə qalib gəlmiş  əsas siyasi parti-

yalar: 


Xalqın Gücü – Xristian və Müsəlman Demokratları 

Partiyası (6 senator, 107 deputat), 

Liberal Partiya (4 senator, 87 deputat), 

Millətçilər Partiyası (5 senator, 21 deputat), 

Milli Xalq Koalisiyası (2 senator, 5 deputat) və s. 

Məhkəmə hakimiyyəti:  15 üzvdən ibarət  olan  Ali Məh-

kəmə (eyni zamanda Konstitusiyaya nəzarət funksiyasını da 

həyata keçirir), Apelyasiya Məhkəməsi, regional məhkəmələr, 

Vergi Apelyasiya Məhkəməsi, habelə paytaxt və  bələdiyyə 

məhkəmələri Filippində  məhkəmə hakimiyyətini həyata 

keçirir.  

 

 

 

 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə