Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə50/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   46   47   48   49   50   51   52   53   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



160 

Respublikasının daxildə və xaricdə ali təmsilçisi sayılan Prezi-



dent dövlətin və hökumətin başçısı, habelə silahlı qüvvələrin 

ali baş komandanıdır. Dövlət başçısı, üzvləri Parlamentdə 



(XMK)  təmsil olunmayan Nazirlər Kabinetinə  rəhbərlik edir, 

ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsinə  mə-

suliyyət daşıyır. 

Dövlətin idarə edilməsində vitse-prezident (20 oktyabr 

2009-cu ildən  Boediono) dövlət başçısına yaxından köməklik 

göstərir. 

Prezident Xalq Məşvərət Məclisi qarşısında məsuliyyət 

daşıyır, belə ki, Məclis  növbədənkənar sessiya çağıraraq ona 

impiçment elan edə bilər.  

20 sentyabr 2004-cü ildə 122 milyon ölkə  vətəndaşının 

iştirak etdiyi ilk ümumxalq seçkilərində (əvvəlki illərdə Prezi-

dent Parlament tərəfindən seçilirdi) 60 %-dən çox səs topla-

mış  Susilo Bambanq Yudoyono   İndoneziyanın Prezidenti  se-

çilmişdir. 2009-cu il iyul ayının 8-də keçirilmiş növbəti prezi-

dent seçkilərində o, böyük səs çoxluğu ilə qalib gələrək növ-

bəti 5 il müddətinə dövlət başçısı  vəzifəsini qoruyub saxla-

mağa müvəffəq olmuşdur. 



 Hazırkı İndoneziya  Prezidenti Parlamentdə dəstəyə ma-

likdir. Belə ki, onun rəhbərlik etdiyi Demokratik Partiya 2009-

cü il parlament seçkilərində 20.85% səs qazanaraq digər 

siyasi partiyaları qabaqlaya bilmişdir. 

 Qanunverici  hakimiyyət:    Xalq Məşvərət Məclisi  2004-

cü ildə  İndoneziya Konstitusiyasına edilən dəyişikliklərə 

əsasən ali qanunverici orqan statusunu itirmişdir və ikipalatalı 

parlamentə - Xalq Nümayəndələr Şurasına və Regional Nüma-



yəndələr  Şurasına çevrilmişdir. 5 ildə bir dəfə çağırılan  Xalq 

Məşvərət Məclisi Xalq Nümayəndələr Şurasının və  Regional 

Nümayəndələr  Şurasının  üzvlərindən ibarətdir. Qurum Prezi-

dentin inauqurasiyası və impiçmenti, konstitusiyaya düzəlişlər 

etmək səlahiyyətinə malikdir, qanunvericiliklə məşğul olmur.  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

161 


Yuxarı Palata – Regional Nümayəndələr  Şurası 2001-ci 

ildə qanunverici orqanın yeni strukturu kimi yaradılmışdır. 33 

əyalətdən hər birindən 4 nümayəndə olmaqla 132 üzvü var. 5 

illik müddətə seçilən deputatlar partiya üzvü ola bilməzlər. İl-

də iki dəfə toplanan Şura regionlarla bağlı qanunların hazırlan-

masında və  qəbul edilməsində Nümayəndələr Palatasına 

yardım edir.  

Aşağı Palata – Xalq Nümayəndələr Şurası Nümayəndələr 

Palatası da adlanır. Faktiki olaraq birpalatalı parlament kimi 

bütün qanunvericilik funksiyalarını  həyata keçirir və qanun-

ların icrasına nəzarət edir. Palata proporsional - siyahı sistemi 

üzrə çoxmandatlı dairələrdən 5 il müddətinə birbaşa seçilən 

560 deputatdan ibarətdir.      

09 aprel 2009-cü ildə keçirilmiş son parlament seçkiləri 

nəticəsində  Xalq Nümayəndələr  Şurasına  mandat  əldə etmiş 

əsas siyasi partiyalar:   



Demokratik Partiya – 148, 

“Qolkar” Partiyası – 106  yer, 

Demokratik Partiya – 94 (mübarizə aparan), 

Ədalətin Təntənəsi Partiyası – 57,  

Milli Mandat Partiyası – 46, 

Birlik və İnkişaf  Partiyası – 38, 

Xalq Oyanış Partiyası – 28, 

Böyük İndoneziya Uğrunda Hərəkat Partiyası – 26, 

Xalq Vicdan Partiyası – 17.  

Məhkəmə hakimiyyəti:  Üzvləri  (60 hakim) Xalq Nüma-

yəndələr  Şurasının  təqdimatı ilə Prezident tərəfindən təyin 

edilən Ali Məhkəmə, 2003-cü ildə yaradılmış və dövlət başçı-

sının təyin etdiyi 9 üzvdən (3 hakim Xalq Nümayəndələri Şu-

rasının, 3 üzv Ali Məhkəmənin, digər 3-ü  isə Prezidentin təq-

dimatı ilə  təyin olunur) ibarət olan Konstitusiya Məhkəməsi, 

habelə  İndoneziya Məhkəmə Komissiyası ölkədə  məhkəmə 

hakimiyyətini həyata keçirir. 



Яли Щясянов, Адил Вялийев

 

 



162 

İSVEÇRƏ 

 

 

  

 



 

Ümumi məlumat: Müasir İsveçrə ərazisi eramızdan əvvəl 

58-ci ildə romalılar tərəfindən işğal etmiş, 536-cı ildə isə 



Frank Dövlətinin tərkibinə daxil olmuşdur. Müqəddəs Roma 

İmperiyasının  daxilində  İsveçrə Konfederasiyasının  rəsmi 

yaranma tarixi 01 avqust 1291-ci ilə təsadüf edir.  

1499-cu ildə  İsveçrə de-fakto müstəqillik  əldə etmişdir. 

1798-ci ildə fransız ordusu ölkə ərazisinə daxil olmuş və yal-

nız 1815-ci ildə  Vyana Konqresi  İsveçrənin milli müstəqilli-

yini bərpa edərək  onun “əbədi neytrallığını” elan etmişdir.  

1848-ci ildən etibarən İsveçrə federativ dövlətdir. 

Avropanın  mərkəzi hissəsində  yerləşən  İsveçrə Konfede-

rasiyasının paytaxtı Bern  şəhəridir. 

Ölkənin  ərazisi 41,285 km², əhalisi  (2012) 8,000,000 

nəfərdir (əhali sıxlığı 188,00  nəfər/km²).  

İsveçrənin  rəsmi dövlət dili alman, fransız, italyan və 

reto-roman dilləridir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.903 - çox yüksəkdir 



(11-ci yer). 

Dövlət quruluşu: Ölkə parlamentinin geniş səlahiyyətlərə 

malik olduğu spesifik prezident idarəetmə üsuluna malik 

konfederasiyadır. Milli bayram günü olan müstəqillik  günü 

(1648) 24 oktyabr tarixində qeyd olunur. İsveçrənin  yeni 

Konstitusiyası 01 yanvar 2000-ci ildən qüvvədədir.  



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə