Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə53/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   49   50   51   52   53   54   55   56   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



170 

Konstitusiya ilə  nəzərdə tutulmuş digər mühüm funksiyalar 

bilavasitə Nümayəndələr Palatasının səlahiyyətlərinə aiddir.  

22 may 2011-ci ildə keçirilmiş son Parlament seçkilərində 

mandat qazanmış  əsas siyasi partiyalar:  

Demokratik Birlik – 20 yer, lideri  Nikos Anastasiadis,   

Əməkçi Kipr Xalqının Tərəqqi Partiyası – 19 yer, lideri 

Andros Kiprianu, 

Demokratik Partiya – 9 yer, lideri  Marius Qaroyan, 

Sosial-Demokratiya Naminə  Hərəkat – 5 yer, lideri 

Yannakis Omiru,          

 

Avropa Partiyası – 2 yer, lideri Demetris Sullouris

Yaşıllar Partiyası – 1 yer, lideri Corc Perdikis. 

Məhkəmə hakimiyyəti: Ölkədə məhkəmə hakimiyyəti, ən 

yüksək apelyasiya instansiyası sayılan Ali Məhkəmə, həmçinin 

hərbi,  əmək, ailə, nəzarət və s. məsələlər üzrə ixtisaslaşmış 

dairə məhkəmələri tərəfindən həyata keçirilir. 

 

 

 

 

 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

171 


KİRİBATİ 

 

   


 

 

Ümumi məlumat:  Avropalıların indiki Kiribati  ərazisinə 



(adalarına)  gəlmələrinə  qədər yerli əhali ibtidai-icma qurulu-

şuna malik həyat tərzi sürürdü. 1892-1915-ci illərdə  Kiribati 

Böyük Britaniyanın protektoratı, daha sonra isə müstəmləkəsi 

olmuşdur.  

1979-cu ildən etibarən müstəqil dövlətdir. 

Sakit okeanın qərb, ekvatorial hissəsində yerləşən Kiribati 

Respublikasının paytaxtı Tarava şəhəridir. 

Ölkənin  ərazisi 811 km², əhalisi  (2010) 103,500 nəfərdir 



(əhali sıxlığı 135,0 nəfər/km²).  

Kiribatinin rəsmi dövlət dili kiribati və ingilis dilləridir

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1979) 12 iyul tarixində qeyd olunur. Ölkə 

Konstitusiyası 12 iyul 1979-cu ildən qüvvədədir.  



İnzibati bölgüsü: Kiribati 3 adalar qrupuna (Gilbert, Layn 

və Feniks adaları) bölünür. 

Dövlət başçısı: Konstitusiyaya görə ümumxalq səsverməsi 

yolu ilə 4 il müddətinə seçilən ölkə Prezidenti  (Beretitenti) 

dövlətin və hökumətin başçısıdır. Prezidentlik müddəti 3 

dəfədən çox olmamaqla maksimum 12 il nəzərdə tutulmuşdur. 

Prezident vitse-prezidenti və nazirləri təyin etmək, Na-

zirlər Kabinetinin iclasını çağırmaq və ona sədrlik etmək, ölkə 

qanunlarını pozmuş  və Respublikanın hüdudları daxilində 



Яли Щясянов, Адил Вялийев

 

 



172 

cinayət törətmiş istənilən məhkumun cəzasını yüngülləşdirmək 

və ya əfv etmək səlahiyyətinə malikdir.  

Ölkənin hazırkı Prezidenti 10 iyul 2003-cü ildən  Anote 



Tonqdur (13 yanvar 2012-ci ildə keçirilmiş son prezident 

seçkilərində A.Tonq 42.18 % səs toplayaraq 3-cü dəfə ardıcıl 

olaraq dövlət başçısı seçilmişdir).   

Ali qanunverici hakimiyyət: Birpalatalı  Məclis Evi 

(Maneaba ni Maungatabu) 46 deputatdan ibarətdir. 44 üzv 

birmandatlı və çoxmandatlı dairələrdən seçilir, bir nümayəndə 

Fici ilə Rabi adası üzrə Banaban icmasından, digər üzv isə Baş 

prokuror statusunda təyin olunur. Parlamentin deputatlarının 

səlahiyyət müddəti 4 ildir. 

21 yaşına çatmış Kiribati Respublikasının vətəndaşı Par-

lamentə üzv ola bilər. Məclis Evinin qəbul etdiyi yeni qanunlar 

Prezident tərəfindən təsdiq olunmalıdır. Prezident, ona təqdim 

edilmiş yeni qanunu Konstitusiyaya zidd hesab edərsə, qanun 

Parlamentdə yenidən baxılması üçün geri göndərilir.  İkinci 

dəfə Prezident qanunun qəbulunu  əngəlləyərsə, o zaman mə-

sələyə Kiribati Ali Məhkəməsində baxılır. Qanunun Konsti-

tusiyaya uyğunluğu barədə Ali Məhkəmənin qərarı müsbət 

olduqda, Prezident onu təsdiq etməlidir.  

Habelə Parlamentin də Konstitusiyaya əlavə  və  dəyişik-

liklər etməsi hüququ vardır. Bunun üçün düzəlişləri Məclis Evi 

üzvlərinin 2/3-si ikinci oxunuşda təqdir etməlidirlər. 

21-28 oktyabr 2011-ci ildə keçirilmiş iki turdan ibarət 

Parlament seçkilərində uğur qazanmış əsas siyasi partiyalar:  

Həqiqətin Əsasları – (15 yer), 

Birləşmiş Koalisiya Partiyası – (10 yer), 

Maurin Kiribati Pati – (3 yer),  

Müstəqillər - (16 yer). 

İcraedici hakimiyyət: Kiribatinin qüvvədə olan Konstitu-

siyasına uyğun olaraq Kabinet  Prezidentdən, vitse-prezident-



dən, 10 nazirdən və Baş prokurordan formalaşır. Kabinetinin 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

173 


üzvləri Parlamentinin üzvləri arasından seçilməklə dövlət 

başçısı tərəfindən təyin edilirlər və siyasi, iqtisadi, sosial, mə-

dəni sahələr üzrə onun qoyduğu vəzifələri yerinə yetirirlər.  

Ölkə Prezidenti Hökumətin bütün iclaslarına sədrlik et-

məklə yanaşı, iclasın gündəliyini elan etməlidir. Azı 5 nazirin 

iştirak etdiyi Kabinetin iclasında qəbul edilmiş  qərar hüquqi 

qüvvəyə malikdir.  

Məhkəmə hakimiyyəti: Kiribatinin məhkəmə sistemi ma-

gistratura  məhkəmələri,  Ali Məhkəmə   Apelyasiya Məhkə-

məsindən ibarətdir. Məhkəmə sisteminin fəaliyyətdə olan bü-

tün hakimləri İctimai Xidmət Komissiyasının tövsiyəsi ilə ölkə 

Prezidenti tərəfindən təyin edilir. 

 

 

 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə