Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə54/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   50   51   52   53   54   55   56   57   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



174 

KOLUMBİYA 

 

 

   


 

 

 

      

Ümumi məlumat: 1530-cu illərdə ölkə ispan konkistador-

ları  tərəfindən istila edilmiş  və  Yeni Qranada adını almışdır. 

1810-1819-cu illərdə müstəqillik uğrunda gedən müharibə 

nəticəsində,  Kolumbiya  ərazisi müstəmləkə hökmranlığından 

azad olaraq Böyük Kolumbiya Respublikasının  (1886-cı ildən 

Kolumbiya Respublikası) tərkibinə daxil olmuşdur.  

Cənubi Amerikanın  şimal-qərb hissəsində  yerləşən 

Kolumbiya Respublikasının paytaxtı Boqota şəhəridir. 

Ölkənin ərazisi 1,141,748 km², əhalisi (2012) 46,366,364 

nəfərdir (əhali sıxlığı 40,74 nəfər/km²).  

Kolumbiyanın rəsmi dövlət dili ispan dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.710 –yüksəkdir (87-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1810) 20 iyul tarixində qeyd olunur. Kolum-

biya Konstitusiyası 1991-ci ilin iyul ayından qüvvədədir.  



İnzibati bölgüsü: Bələdiyyələrdən ibarət olan 32 departa-

mentə  (Amasonas, Arauka, Atlantiko, Bolivar, Boyaka, 



Kaldas, Kaketa, Sesar, Kordoba, Quaxira, Maqdalena, 

Kindio, Santander, Tolima, Viçada, Norte-de-Santander və s.) 

və Boqota paytaxt dairəsinə bölünür. 



Dövlət başçısı: Prezident majoritar seçki sistemi əsasında, 

2 mərhələdən ibarət olan birbaşa ümumxalq səsverməsi yolu 

ilə, bir dəfədən çox olmamaqla 4 il müddətinə seçilir. 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

175 


Dövlət və hökumət başçısı, eyni zamanda silahlı qüvvə-

lərin ali baş komandanı olan Prezident dövlətə və özünün for-

malaşdırdığı hökumətə başçılıq edir. Hökumət qanunvericilik 

təşəbbüsü hüququnda Parlamentə Milli İnkişaf Planını  və 

dövlət büdcəsini təqdim edir, həmçinin ali qanunverici orqanın 

qarşısında fəaliyyəti ilə bağlı hesabat verir.  

07 avqust 2010-cu ildən etibarən Kolumbiya Prezidenti 

Milli Birlik Sosial Partiyasının lideri Xuan Manuel Santosdur 

(2010-cu ilin 30 may - 20 iyun tarixlərində keçirilmiş sonuncu 

Prezident seçkilərində X.M.Santos 60.06% səs toplayaraq 

qalib gəlmişdir). 

7 avqust 2010-cu ildən vitse-prezident Milli Birlik Sosial 



Partiyasını təmsil edən Anjelino Qarsondur 

Qanunverici hakimiyyət:  1991-ci il Konstitusiyasına 

əsasən iki palatalı qanunverici orqan - Konqresdir. Birbaşa və 

ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilən Konqres 

2 palatadan – Senatdan (102 yer) və Nümayəndələr Palatasın-



dan (166 yer) ibarətdir. 166 yerlik Nümayəndələr Palatasında 

23 dövlət departamentinin hər biri 2 deputatla təmsil olunur. 

Senatda və Aşağı Palatada 2 yer etnik qrupların nümayəndələri 

üçün nəzərdə tutulur.  



Konqresin səlahiyyətlərinə, milli inkişaf planının və döv-

lət investisiya proqramının qəbulu maliyyə, birja və  sığorta 

fəaliyyətinin tənzimlənməsi, əmək haqqı və sosial ödənişlərin 

qanunvericilik fəaliyyəti ilə nizamlanması, ictimai resurslar

maliyyə və pul siyasəti, beynəlxalq ticarət və gömrük qanun-

vericiliyi məsələləri və s. daxildir. 



Konqres nazirliklərin və digər idarəetmə orqanlarının 

strukturunu və səlahiyyətlərini müəyyən edir. Parlament höku-

mət rəsmilərinin və özəl sektorun, fiziki və hüquqi şəxslərin 

səriştəsizliyi nəticəsində baş vermiş və ya törədilmiş cinayətlər 

ilə əlaqədar amnistiya hüququna malikdir. 



Яли Щясянов, Адил Вялийев

 

 



176 

2010-cu il mart ayında keçirilmiş seçkilər nəticəsində 

Parlamentdə təmsil olunan əsas siyasi partiyalar:  

Milli Birlik Sosial Partiyası (27 senator, 48 deputat), 

Mühafizəkarlar Partiyası (23 senator, 38 deputat), 

Liberal Partiya (18 senator, 39 deputat), 

Milli inteqrasiya partiyası (8 senator, 12 deputat), 

Radikal Dəyişikliklər Partiyası (8 senator, 14 deputat), 

Alternativ Demokratik Qütb (8 senator, 4 deputat),  

Yaşıllar partiyası (5 senator, 3 deputat). 

Məhkəmə hakimiyyəti: Kolumbiyada məhkəmə hakimiy-

yəti - 3 palatadan (mülki, cinayət və  əmək) ibarət  ən yüksək 

məhkəmə instansiyası sayılan  Ali Məhkəmə, inzibati ədliyyə 

sisteminin ali məhkəməsi olan Dövlət  Şurası,  habelə Kons-



titusiya Məhkəməsi və Üst Məhkəmə Şurası tərəfindən həyata 

keçirilir. 



 

 

 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

177 


KOMOR ADALARI 

 

  

 

 

 Ümumi məlumat: XVI əsrdən başlayaraq Komor Adala-

rında Ərəb hökmranlığının bərqərar olması, nəticə etibarilə bu 

torpaqlarda İslam dininin və mədəniyyətinin geniş yayılmasına 

səbəb olmuşdur. 1886-ci ildə Fransa adalar üzərində tam nə-

zarəti ələ keçirmiş və yalnız 1975-ci ildə Komor müstəqilliyini 

elan etmişdir. 

Hind Okeanında  yerləşən  Komor Adalarının paytaxtı 

Moroni şəhəridir. 

Ölkənin ərazisi 2,235 km², əhalisi (2010) 798,000 nəfərdir 



(əhali sıxlığı 275  nəfər/km²).  

Komor Adaları İttifaqının rəsmi dövlət dili komor, fransız 

və ərəb dilləridir

Dövlətin İnsan İnkişafı İndeksi 0.433 –aşağıdır (163-cü 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1975) 05 iyun tarixində qeyd olunur. Ölkə 

Konstitusiyası 21 dekabr 2001-ci ildən qüvvədədir.  



İnzibati bölgüsü: Ölkə 4 bələdiyyədən  (Moroni, Mutsa-

mudu, Domoni və Fomboni) ibarət olan 3 muxtar regiona 

(Qrand-komor, Anjuan və Moxeli inzibati vahidlikləri) bölü-

nür. 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə