Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə62/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   58   59   60   61   62   63   64   65   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

205 


LİVİYA  

 

  

 



 

Ümumi məlumat: Qədim dövrlərdə misirlilərin, finikiya-

lıların, romalıların  və  Bizansın hakimiyyəti altında olmuş 

Liviya VII əsrdə  ərəb qəbilələri tərəfindən işğal edilmişdir. 

XVI-XX əsrin əvvəllərində ölkə Osmanlı İmperiyasının tərki-

binə daxil olmuş, 1911-ci ildən İtaliyanın müstəmləkəsi sayıl-

mış, 1943-cü ildən isə  İngiltərə  və Fransa  tərəfindən işğal 

edilmişdir.  

1951-ci ildən etibarən Liviya müstəqil dövlətdir. 



Şimali Afrikada yerləşən  Liviya Respublikasının paytaxtı 

Tripoli şəhəridir. 

Ölkənin  ərazisi 1,759,541 km², əhalisi  (2009) 6,365,563 

nəfərdir (əhali sıxlığı 3.2  nəfər/km²).  

Liviya Respublikasının rəsmi dövlət dili ərəb dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.760 – yüksəkdir (64-cü 



yer). 

Dövlət quruluşu: 2011-ci ildə baş vermiş vətəndaş müha-

ribəsindən (Ərəb inqilabları dalğasından qaynaqlanan) sonra 

dövlətin idarə edilməsi tərkibi ölkənin 31 böyük şəhərlərinin 

təmsilçilərindən ibarət olan Liviya  Milli Keçid Şurası  tərəfin-

dən həyata keçirilmiş, 2012-ci ilin avqustunda isə müvəqqəti 

Konstitusiyaya  əsasən  Milli Keçid Şurası siyasi hakimiyyəti 

ölkənin legitim Parlamenti sayılan  Liviya Ümummilli Kon-

qresinə təhvil vermişdir.  

Milli Bayram günü olan müstəqillik günü (1951) 24 de-

kabrda qeyd olunur. 11 dekabr 1969-cu ildə  qəbul edilmiş 



Яли Щясянов, Адил Вялийев

 

 



206 

Konstitusiya 2011-ci ildə baş vermiş siyasi hadisələr (vətəndaş 



müharibəsi) nəticəsində hüquqi qüvvəsini itirdiyindən, hazırda 

yeni Konstitusiyanın qəbul edilməsinə  qədərki dövr ərzində 

onu referendumda ratifikasiya edilmiş  və 03 avqust 2011-ci 

ildən qüvvədə olan, 37 maddədən ibarət  Konstitusiya 



Bəyannaməsi müvəqqəti olaraq əvəz edir.  

İnzibati bölgüsü: Ölkə 22 bələdiyyəyə  (Əl-Butnan, Dərna, 

Əl-Cəbal-əl-Axdar,  Əl-Mərc, Benqazi, Əl-Vaxat,  Əl-Küfrə, Sirt, 

Misurata,  Əl-Mərqab, Tarabulus, Əl-Cifara,  Əz-Zəviyə,  Ən-

Nuqat-əl-Xüms,  Əl-Cabal-əl-Qərbi, Nalut, Əl-Cüfrə, Vadi-əş-

Şati, Sabha, Vadi-əl-Həyat, Qat və Mərzuk) bölünür.  

Dövlət başçısı: Dövlətin idarə edilməsində ali mövqeyə 

malik olan və 09 avqust 2012-ci ildən etibarən Liviya Ümum-



milli Konqresinin hazırkı və sayca 1-ci sədri -  Məhəmməd Əl-

Məkarif qarşıdan gələn  Prezident seçkilərində dövlət başçısı 

postuna ən iddialı namizəd sayılır. 

Liviya dövlətinin siyasi böhrandan tam qurtula bilməməsi

habelə Yeni Konstitusiyanın hələ ki, qəbul edilməməsi səbə-

bindən, dövlət başçısının səlahiyyət hüdudları tam dəqiqliyi ilə 

müəyyən edilməmişdir. 



Qanunvericilik hakimiyyəti:  Liviya Ümummilli Konqresi 

dövlətin  əsas struktur elementi olaraq ölkədə qanunvericilik 

hakimiyyətini həyata keçirməklə yanaşı, müasir Liviyada siya-

si idarəetmənin fövqündə yer alır və hazırkı keçid dövründə 

müstəsna hüquqlara malikdir.  

Belə ki,  ilk növbədə Liviya Ümummilli Konqresi, onun 

qarşısında siyasi və kollektiv məsuliyyət daşıdığı Kabinetin 

tərkibini təsdiq etməkdə  və  zəruri hallarda ona etimadsızlıq 

göstərməkdə səlahiyyətlidir.  

200 yerlik Parlamentə (Liviya Ümummilli Konqresi) 80 

deputat partiya siyahıları ilə proporsional təmsilçilik sistemi 

üzrə, digər 120 üzv isə müstəqil namizəd qismində müəyyən 

edilmiş dairələrdən seçilir.  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

207 


07 iyul 2012-ci ildə keçirilmiş Parlament seçkiləri nəticə-

sində  Ümummilli Konqresdə  mandat  əldə etmiş ölkənin  əsas 

siyasi partiyaları: 

Milli Alyans Qüvvələri – 39 yer,  

Ədalət və Quruculuq – 17, 

Milli Cəbhə - 3,  

Vətən Naminə İttifaq – 2,  

Milli Mərkəzçi Partiya – 2,  

Vadi-əl-Həya – 2,  

Digər partiyalar – 15,  

Müstəqil deputatlar – 120. 

İcraedici hakimiyyət:  Dövlətin yeni siyasi prinsiplərinə 

uyğun olaraq Hökumət (Nazirlər Kabineti) Liviyada yaşayan 

bütün millətlərin maraqlarını  və  kəmiyyət balansını qorumaq 

məqsədilə müxtəlif coğrafi regionları  təmsil edən nümayən-

dələrin tərkibindən formalaşır. 

Baş nazirin  təqdimatı  əsasında 27 nazirin daxil olduğu 

Kabinetin  tərkibi  Ümummilli Konqresdə  təsdiq edilir və 

Hökumət cari fəaliyyətinə görə Parlament qarşısında bilavasitə 

cavabdehlik daşıyır.  

31 oktyabr 2012-ci ildən etibarən Əli Zeydan Məhəmməd 

Liviya Ümummilli Konqresinin hazırkı, sayca 2-ci Baş 

naziridir.  

Məhkəmə hakimiyyəti: Liviya Konstitusiya bəyannaməsi-

nin 30, 31 və 32-ci maddələrinə uyğun olaraq məhkəmə haki-

miyyəti ölkədə  ən yüksək məhkəmə instansiyası sayılan  Ali 



Məhkəmə, habelə  Apelyasiya və birinci instansiya məhkə-

mələri tərəfindən həyata keçirilir.  

 

 

 

 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə