Яли Щясянов, Адил Вялийев
208
MALAVİ RESPUBLİKASI
Ümumi məlumat: 1891-ci ildən 1964-cü ilə qədər olan
dövr ərzində Nyasalend adı altında Böyük Britaniyanın protek-
toratı olmuş Malavi Birləşmiş Krallığın tərkibində 1964-cü
ildən müstəqil dövlətdir.
Afrikanın cənub-şərq hissəsində yerləşən Malavi Respub-
likasının paytaxtı Lilonqve şəhəridir.
Ölkənin ərazisi 118,484 km², əhalisi (2010) 14,901,000
nəfərdir (əhali sıxlığı 128.8 nəfər/km²).
Malavi Respublikasının rəsmi dövlət dili ingilis və nyanca
dilləridir.
Dövlətin İnsan İnkişafı İndeksi - 0.400 – aşağıdır (171-ci
yer).
Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarə-
etmə üsuluna malik federativ respublikadır. Milli bayram günü
olan müstəqillik günü (1964) 06 iyul tarixində qeyd olunur.
Ölkə Konstitusiyası 16 may 1994-cü ildə qəbul edilmişdir
(1995-ci ildən qüvvədədir).
İnzibati bölgüsü: 3 regionun (Şimali, Mərkəzi və Cənubi)
tərkibində 28 əyalətdən (Dedza, Doua, Kasunqu, Lilonqve,
Mçinci, Nxotakota, Nitçeu, Ntçisi, Salima, Çitipa, Karonqa,
Likoma və s.) ibarətdir.
Dövlət başçısı: Malavinin milli birliyinin rəmzi, Konstitu-
siyanın, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı,
dövlət və hökumət başçısı, eyni zamanda silahlı qüvvələrin ali
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
209
baş komandanı sayılan Prezident ümumi və birbaşa səsvermə
yolu ilə, 5 illik müddətə seçilir.
Mövcud Konstitusiyaya uyğun olaraq, Malavi Federativ
Respublikasının vitse-prezidentini (13 aprel 2012-ci ildən
etibarən Xumbo Kaşalidir) və Hökumət üzvlərini təyin edən
ölkə Prezidenti zərurət yarandığı hallarda ikinci vitse-
prezidenti təyin etməkdə də səlahiyyətlidir.
İcraedici hakimiyyət Prezident və onun qarşısında kol-
lektiv məsuliyyət daşıyan Nazirlər Kabineti tərəfindən həyata
keçirilir. Kifayət qədər geniş səlahiyyətlərə malik olan dövlət
başçısı dövlət əhəmiyyətli mühüm qərarların qəbul olunduğu
Kabinetin iclaslarına özü sədrlik edir.
Malavi Respublikasının hazırkı, sayca 4-cü Prezidenti 07
aprel 2012-ci ildən etibarən xanım Coys Bandadır.
Qanunverici hakimiyyət: 193 yerlik bir palatalı Milli
Məclisdir. 1994-cü ildən çoxpartiyalı sistemin mövcud olduğu
Malavidə Parlamentə deputatlar majoritar sistem üzrə 5 illik
müddətə seçilirlər.
Qanunların hazırlanması və qəbulu, dövlət büdcəsinin mü-
zakirəsi və təsdiq edilməsi, beynəlxalq müqavilə və sazişlərin
ratifikasiyası və s. mühüm məsələlərdə səlahiyyətli orqan sayı-
lan Parlament qanunvericilik hakimiyyətini Hökumətlə bir-
likdə həyata keçirir.
15 iyun 2009-cu ildən etibarən Malavi Respublikası Par-
lamentinin sədri Henri Çimuntu Bandadır.
2009-cu ilin may ayında keçirilmiş son Parlament seçki-
ləri nəticəsində qalib gəlmiş ölkənin əsas siyasi partiyaları:
Demokratik İnkişaf Partiyası (114 deputat),
Malavi Konqres Partiyası (26 deputat),
Birləşmiş Demokratik Cəbhə (17 deputat),
Digər partiyaların nümayəndələri (4 deputat),
Müstəqillər (32).
Яли Щясянов, Адил Вялийев
210
Məhkəmə hakimiyyəti: Malavinin məhkəmə-hüquq sis-
temi, ingilis ümumi hüquq sisteminin elementlərinə və Afrika
hüquq sisteminə (ailə-nikah, vərəsəlik, torpaq məsələləri və s.)
əsaslanır.
Ölkədə məhkəmə hakimiyyəti sədri Parlamentin razılığı
ilə Prezident tərəfindən təyin edilən və ən yüksək məhkəmə
instansiyası sayılan Apelyasiya Məhkəməsi, habelə Ali
Məhkəmə, magistrat və yerli məhkəmələr tərəfindən həyata
keçirilir.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
211
MALDİV RESPUBLİKASI
Ümumi məlumat: XII əsrdən etibarən müstəqil sultanlıq,
1887-1965-ci illər ərzində isə Böyük Britaniyanın protektoratı
olmuş Maldiv 1965-ci ilin iyul ayında müstəqilliyini elan et-
mişdir (1968-ci ildən respublikadır).
Hind Okeanının şimal-qərb hissəsində yerləşən Maldiv
Respublikasının paytaxtı Male şəhəridir.
Ölkənin ərazisi 298 km², əhalisi (2012) 328,536 nəfərdir
(əhali sıxlığı 1.102.5 nəfər/km²).
Maldiv Respublikasının rəsmi dövlət dili maldiv dilidir .
Dövlətin İnsan İnkişafı İndeksi - 0.661 – ortadır (109-cu
yer).
Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarə-
etmə üsuluna malik respublikadır. Milli bayram günü olan
müstəqillik günü (1965) iyul ayının 26-da qeyd olunur. Ölkə
Konstitusiyası 07 avqust 2008-ci ildən qüvvədədir.
İnzibati bölgüsü: Paytaxt Male və 20 adalar qrupundan
ibarət olan 8 regiona (Uzaq Şimal, Şimal, Mərkəzi-Şimal, Mər-
kəzi, Mərkəzi-Cənub, Cənub, Uzaq Cənub və Paytaxt) bölünür .
Dövlət başçısı: Dövlət və hökumət başçısı olan Prezident
ölkə Parlamenti tərəfindən seçilir. Lakin Prezidentliyə
namizəd şəxs ilk növbədə ümumxalq referendumunda təsdiq
edilməli və ən azı 51% səs toplamalıdır. Prezidentin ümumi
səlahiyyət müddəti qeyri-məhduddur.
Tərkibi Parlamentin deputatlarından və dövlət qulluqçu-
larının korpusundan təşkil olunan Nazirlər Kabinetinə Prezi-
Dostları ilə paylaş: |