Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə60/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   56   57   58   59   60   61   62   63   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



198 

nəticəsində  qəbul edilmiş yeni Konstitusiya (1998, 2007 və 



2011-ci illərdə edilmiş dəyişikliklərlə) qüvvədədir.  

İnzibati bölgüsü: Qazaxıstan Respublikası 14 əyalətə (Ka-

raqanda, Akmoli, Aktobe, Almatı, Şimkent, Qızılorda, Jambul, 

Pavlodar, Kostanay, Şərqi Qazaxıstan,  Şimali Qazaxıstan, 

Cənubi Qazaxıstan, Qərbi Qazaxıstan və Manqıstau), iki 

əyalət statusunda şəhərə  (paytaxt Astana və ölkənin  ən böyük 



şəhəri olan Almatı), 83 şəhərə  (o cümlədən, RF-nin federal 

əhəmiyyətli Baykonur şəhərinə), 160 yaşayış məntəqəsinə, 200 

qəsəbəyə, 7743 kəndə bölünür. 



Dövlət başçısı:  Mövcud Konstitusiyaya əsasən  çox geniş 

səlahiyyətlərə malik olan dövlət başçısı və Silahlı Qüvvələrin 

ali baş komandanı olan Prezident ümumxalq səsverməsi yolu 

ilə, birbaşa və gizli seçkilərdə 7 il müddətinə seçilir.  



Qazaxıstan Respublikasının Prezidenti ölkənin daxili və 

xarici siyasətinin  əsas istiqamətlərini müəyyənləşdirir, haki-

miyyətin bütün orqanlarının razılaşdırılmış  fəaliyyətini təmin 

edir. Parlamenti buraxmaq və yeni seçkilər təyin etmək, Par-

lamentin razılığı ilə Baş naziri və hökumət üzvlərini, eləcə də 

digər yüksək vəzifəli  şəxsləri təyin etmək, dövlət proqram-

larını  və beynəlxalq müqavilələri imzalamaq, zəruri hallarda 

ölkədə fövqəladə vəziyyət tətbiq etmək və s. məsələlər dövlət 

başçısının səlahiyyətlərinə aiddir. 

Qazaxıstanda sonuncu Prezident seçkiləri 3 aprel 2011-ci il 

tarixində keçirilmişdir və Nur Otan Partiyasının lideri Nursultan 

Nazarbayev  95.5% səs toplayaraq ardıcıl olaraq 4-cü müddətə 

Prezident seçilmişdir.  

27 iyun 2000-ci il tarixində Qazaxıstan Parlamenti ölkənin 

birinci Prezidenti və onun hüquqları haqqında qanun qəbul 

etmişdir. Qanuna görə Nursultan Nazarbayev istefaya getdikdən 

sonra xalqa müraciət etmək, Parlamentdə və Hökumətin iclasla-

rında çıxış etmək, Təhlükəsizlik Şurasının üzvü olmaq və Qaza-

xıstan xalqları Məclisinə başçılıq etmək hüquqlarına malikdir. 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

199 


Qanunverici hakimiyyət: Senat (Yuxarı Palata) və Məclisdən 

(Aşağı Palata) ibarət  İkipalatalı  Parlamentdir. 47 yerlik 

Senata 7 senator ölkə Prezidenti tərəfindən təyin edilir, digər 

üzvlər ümumi seçkilər nəticəsində, hər vilayətdən iki nəfər 

olmaqla 6 il müddətinə seçilir. 

Qazaxıstan Parlamenti Prezidentin təklifi əsasında Konsti-

tusiyaya dəyişiklik edir, dövlətin büdcə  və proqramlarını, ha-

belə hökumətin hesabatların təsdiq, qanunları qəbul edir, mü-

haribə və sülh təşəbbüsü ilə çıxış edir, beynəlxalq müqavilələri 

ratifikasiya edir.  

Senatın hazırkı sədri 15 aprel 2011-ci ildən etibarən Kayrat 

Mamidir. 

67 yerlik Məclisə (Aşağı Palata) 57 üzv birmandatlı dairə-

lərdən ümumi seçkilər yolu ilə, digər 10 deputat isə proporsio-

nal sistem əsasında partiya siyahıları üzrə 5 il müddətinə 

seçilirlər.  

Məclisin hazırkı  sədri 2012-ci ilin yanvar ayının 20-dən 

Nurlan Niqmatulindir.  

Aşağı Palataya 2012-ci il yanvar ayının 15-də keçirilmiş 

sonuncu seçkilərdə iştirak etmiş 7 siyasi partiyadan yalnız 3-ü 

Məclisdə təmsil olunmaq hüququ əldə etmişdir



Nur Otan Partiyası (83 deputat), 

Ak Yol Partiyası (8 deputat), 

Qazaxıstan Xalq Kommunist Partiyası (7 deputat), 

Adilet Partiyası , 

Auıl Partiyası, 

Azat Partiyası, 

Qazaxıstan Vətənpərvərlər Partiyası. 

İcraedici hakimiyyət:  Hökumətə  rəhbərliyi həyata keçirən 

Baş nazir, Dövlət katibi, Baş nazirin birinci müavini və 

Nazirlər Kabinetinin digər üzvləri  (nazirlər) Prezident tərə-

findən təyin edilir. Dövlət başçısı icra hakimiyyətini Nazirlər 

Kabinetinin vasitəçiliyi ilə həyata keçirir.  



Яли Щясянов, Адил Вялийев

 

 



200 

24 sentyabr 2012-ci ildən etibarən Qazaxıstan Respublika-

sının Baş naziri Serik Axmetovdur. 

Məhkəmə hakimiyyəti:  Hüquqi sistem mülki hüquq sis-

teminə  əsaslanır. Məhkəmə hakimiyyəti  Ali Məhkəmə  və 15 

üzvü  (5 hakim Prezident, 5 üzv Yuxarı palata və 5-i Məclis 

tərəfindən təyin olunur) 13 il müddətinə  təyin edilən 

Konstitusiya Şurası tərəfindən həyata keçirilirÖlkədə vilayət, 

şəhər, rayon, hərbi və ixtisaslaşmış  məhkəmələr də  fəaliyyət 

göstərir. 

 

 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

201 


QVATEMALA 

 

 

 

  



 

 

Ümumi məlumat:  Avropalıların gəlmələrinə  qədər yerli 

hindu qəbilələrinin məskunlaşdığı hazırkı  Qvatemala  ərazisi, 

ispanlar tərəfindən XVI əsrin əvvəllərində işğal edilmişdir.  

1821-ci ildə müstəqilliyini elan etmiş Qvatemala, 1823-

1839-cu illərdə  Mərkəzi Amerika Birləşmiş  Əyalətləri Fede-

rasiyasının tərkibinə daxil olmuşdur.  

Mərkəzi Amerikada yerləşən  Qvatemala Respublikasının 

paytaxtı Qvatemala şəhəridir. 

Ölkənin  ərazisi 108,889 km², əhalisi  (2011) 13,824,463 

nəfərdir (əhali sıxlığı 129  nəfər/km²).  



Qvatemala Respublikasının rəsmi dövlət dili ispan dilidir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.574 – ortadır  (131-ci 



yer). 

Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarəet-

mə üsuluna malik respublikadır. Milli bayram günü olan müs-

təqillik günü (1821) 15 sentyabr tarixində qeyd olunur. Ölkə 

Konstitusiyası 14 yanvar 1986-cı ildən qüvvədədir.  



İnzibati bölgüsü: Qvatemala 332 bələdiyyəni özündə bir-

ləşdirən 22 departamentə  (Alta-Verapas, Baxa-Verapas, 



Çimaltenanqo, Çikimula, Peten Flores, El-Proqreso, San-

Markos, Kiçe, Eskuintla, Qvatemala, Ueuetenanqo, İsabal, 

Xalapa, Santa-Rosa və s.) bölünür. 

 Dövlət başçısı:  Ölkə  Prezidenti dövlətə  və özünün 

formalaşdırdığı Nazirlər Kabinetinə başçılıq edir. Prezident və 

ona dövlətin idarə edilməsində bilavasitə köməklik edən vitse-




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə