Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə68/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   64   65   66   67   68   69   70   71   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

225 


habelə silahlı qüvvələrin ali baş komandanıdır. Prezident ümu-

mi səsvermə yolu ilə, ardıcıl iki dəfədən artıq olmamaqla 5 il 

müddətinə seçilir. Seçkilərin birinci turunda namizədlərin heç 

biri səslərin yarıdan çoxunu qazanmadığı  təqdirdə,  ən yaxşı 

nəticə göstərmiş iki namizəd arasından prezident seçkilərinin 

növbəti, ikinci turunda qalib müəyyən edilir.  

Dövlət başçısı Nazirlər Kabinetini və ona rəhbərliyi həya-

ta keçirən Baş naziri təyin və azad edir. Baş nazir dövlət başçı-

sının tapşırığı ilə Nazirlər Kabinetinin iclaslarına sədrlik edir.  

16 yanvar 2004-cü ilin dekabrında keçirilmiş Prezident 

seçkilərində  Armandu Emilio Qebuza Prezident seçilmişdir 

(rəsmən bu vəzifədə 02 fevral 2005-ci ildən fəaliyyət göstərir). 

FRELİMO Partiyasının təmsilçisi A.Qebuza 28 oktyabr 2009-

cu ildə sonuncu ümumxalq səsverməsində qalib gələrək ikinci 

dəfə beş illik müddətə dövlət başçısı seçilmişdir. 

Qanunverici hakimiyyət: Mozambikin ali qanunverici 

orqanı bir palatalı  Assambleyadır. 250 deputat proporsional 

təmsilçilik sistemi üzrə, partiya siyahıları ilə 5 il müddətinə 

əhali tərəfindən seçilir. Parlamentdə mandat qazanmaq üçün 

partiyalar ən azı 5 % səs toplamalıdırlar.  

Qanunvericilik fəaliyyətinin  əsas funksiyası qanunların 

hazırlanmasından və  qəbulundan, habelə dövlət büdcəsinin 

müzakirəsindən və təsdiq edilməsindən ibarət olan Assambleya 

Hökumətin proqramını  qəbul etmədiyi halda, Prezident 

tərəfindən buraxıla bilər.  

2009-cu ilin oktyabr ayında keçirilmiş son Parlament 

seçkiləri nəticəsində  Assambleyada  təmsil olunan əsas siyasi 

partiyalar: 

FRELİMO (Mozambik Azadlıq Cəbhəsi) - 191 deputat, 

lideri Armando Qebuza,  

RENAMO – 51 deputat,  

Demokratik Hərəkat - 8 deputat.  



Яли Щясянов, Адил Вялийев

 

 



226 

İcraedici hakimiyyət:  Baş nazirin  rəhbərlik etdiyi Nazir-

lər Kabinetinin formalaşması  və üzvlərinin təyin edilməsini 

Prezident həyata keçirsə də, bu proses zamanı bir qayda olaraq 

nazirliklərin  əlaqələndiricisi funksiyasını yerinə yetirən Baş 

nazirin məsləhətləri və tövsiyəsi nəzərə alınır.  

Konstitusiyaya görə Nazirlər Kabineti eyni zamanda həm 

Prezident,  həm də  Parlament qarşısında məsuliyyət daşıyır. 

Assambleya Hökumətin təqdim etdiyi fəaliyyət proqramını iki 

dəfə rədd etdiyi təqdirdə, Mozambik Prezidenti onun tərkibini 

dəyişməyə məcburdur.  

08 oktyabr 2012-ci ildə FRELİMO Partiyasının təmsilçisi 

Albertu Vakina Mozambikin sayca 6-cı  Baş naziri  təyin 

olunmuşdur. 



Məhkəmə hakimiyyəti: Ən yüksək məhkəmə instansiyası 

sayılan  Ali Məhkəmə, habelə  Konstitusiya  Şurası,  İnzibati 



Məhkəmə,  əyalət, rayon və  bələdiyyə  məhkəmələri ölkədə 

məhkəmə hakimiyyətini həyata keçirir. 



 

 

 

 

    


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

227 


MYANMA 

 

 

 

 

 

 

      



Ümumi məlumat: Myanma (Birma) cənub-şərqi Asiyanın 

ən qədim dövlətlərindən biri sayılır. XI-XIII əsrlərdə ölkə əra-

zisində buddizmin kök saldığı  Paqan  dövləti mövcud ol-

muşdur. Myanma XIX əsrdə Böyük Britaniya tərəfindən işğal 

edilərək onun müstəmləkəsinə çevrilmişdir. Birma  (Myanma) 

1886-1937-ci illərdə  Britaniya Hindistanının  tərkibinə daxil 

olmuş, sonralar isə ayrı müstəmləkəyə çevrilmişdir. 

Myanma 1948-ci ildən etibarən müstəqil dövlətdir. 

Asiyanın  cənub-şərq  hissəsində yerləşən  Myanmanın 

paytaxtı Neypido şəhəridir. 

Ölkənin  ərazisi 676,578 km², əhalisi  (2010) 60,280,000 

nəfərdir (əhali sıxlığı 73.9 nəfər/km²).  



Myanma Respublikasının rəsmi dövlət dili birma dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.483 – aşağıdır (149-cu 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik Respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1948) yanvar ayının 4-də qeyd olunur. 

Ölkənin yeni Konstitusiyası 10 may 2008-ci ildən qüvvədədir.  



İnzibati bölgüsü: Rayonlara bölünən 7 inzibati vilayətdən 

(Mandalay, Pequ, İravadi, Maque, Sikayn, Tanintayi və 

Yanqon) və 7 ştatdan (Rakxayn, Çin, Kaçin, Şan, Kaya, Karen 

və Mon) ibarətdir. 

Dövlət başçısı: Ölkədə milli birliyin və müstəqilliyin rəm-

zi, hüquqi dövlətin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin 




Яли Щясянов, Адил Вялийев

 

 



228 

təminatçısı, dövlət və hökumət başçısı, eyni zamanda silahlı 

qüvvələrin ali baş komandanı olan Prezident  ölkə Parlamenti 

tərəfindən seçilir. Dövlətin idarə edilməsində Prezidentə müx-

təlif sahələr üzrə geniş  səlahiyyətlərə malik olan iki vitse-

prezident köməklik edir.  

45 yaşına çatmış və ən azı son 20 ilini ölkə ərazisində ya-

şamış şəxs Prezident seçkilərində namizədliyini irəli sürə bilər.  

30 mart 2011-ci ildən etibarən Myanma Birliyi Respub-

likasının hazırkı, sayca 1-ci PrezidentiHəmrəylik və  İnkişaf 



Partiyasının sədri Teyn Seyndir.  

Qanunverici hakimiyyət: İttifaq Məclisi: Milli Assamble-

yadan (Yuxarı Palata, 224 yer, sədri 31 yanvar 2011-ci ildən 

K.A.Myintdir)   Nümayəndələr Palatasından (Aşağı Palata, 

440 yer, spikeri 31 yanvar 2011-ci ildən T.Ş.Manndır) ibarət 

iki palatalı Parlamentdir.  

Mövcud Konstitusiyaya görə  Parlamentin  tərkibinin ¼-i 

hərbçilər üçün nəzərdə tutulmuşdur. Bu baxımdan  Yuxarı 



Palataya 58, Aşağı Palataya isə 110 deputat yeri Myanma 

(Birma) Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı 

tərəfindən təyin olunan hərbçilərdən formalaşır.  

Ölkə Parlamenti qanunvericilik fəaliyyətinin əsas qayəsini 

təşkil edən funksiyaları: qanunların hazırlanmasını  və  qəbu-

lunu, habelə illik dövlət büdcəsinin müzakirə və təsdiq edilmə-

sini, beynəlxalq müqavilələrin ratifikasiyasını və bir sıra digər 

məsələləri həyata keçirir.  

7 noyabr 2011-ci ildə keçirilmiş seçkilər nəticəsində 

Parlamentdə təmsil olunan ölkənin əsas siyasi partiyaları:

 

 

Həmrəylik və İnkişaf Partiyası (259 deputat, 129 yer), 



Şan Demokratik Liqası (18; 3), 

Milli Birlik Partiyası (12;5), 

Milli Demokratik Qüvvələr (12;5), 

Rakxayn Milli İnkişaf Partiyası (9;7), 

Mon Demokratik Partiyası (3;3), 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə