Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə70/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   66   67   68   69   70   71   72   73   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

233 


NİKARAQUA 

 

   


 

 

 

Ümumi məlumat:  XVI  əsrin  əvvəllərində  Nikaraquanın 

indiki ərazisi ispanlar tərəfindən işğal edilmişdir. 1821-ci ildə 

Nikaraqua müstəqilliyini elan etsə  də, 1823-1838-ci illərdə 

Mərkəzi Amerika Birləşmiş  Əyalətləri Federasiyasının  tərki-

binə daxil olmuşdur. 1838-ci ildən müstəqil dövlətdir. 



Mərkəzi Amerikada yerləşən  Nikaraquanın  paytaxtı  Ma-

naqua şəhəridir. 

Ölkənin  ərazisi 130,373 km², əhalisi  (2010) 5,891,199 

nəfərdir (əhali sıxlığı 42 nəfər/km²).  

Nikaraqua Respublikasının rəsmi dövlət dili ispan dilidir. 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.589 – ortadır  (129-cu 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik Respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1821) noyabr ayının 3-də qeyd olunur. Ölkə 

Konstitusiyası 1986-cı ildən  (1994-cü ilin noyabrında edilmiş 



düzəlişlərlə) qüvvədədir.  

İnzibati bölgüsü: 15 departamentə  (Boako, Karaso, Çi-

nandeqa, Çontales, Esteli, Qranada, Xinoteqa, Leon, Madris, 

Manaqua, Masaya, Mataqalpa, Nueva-Seqoviya, Rivas, San-

Xuan)  və 2 muxtar regiona (Şimali Atlantik və  Cənubi 

Atlantik) bölünür.  

Dövlət başçısı:  Ümumxalq səsverməsi yolu ilə, bir dəfə-

dən çox olmamaqla 5 il müddətinə seçilən Prezident dövlətin 

və hökumətin başçısı, eyni zamanda silahlı qüvvələrin və milli 



Яли Щясянов, Адил Вялийев

 

 



234 

təhlükəsizlik orqanlarının ali baş komandanıdır. Nikaraquanın 

yuxarı icra orqanı olan Nazirlər Kabineti və onun tərkibi Pre-

zident tərəfindən formalaşdırılır və təyin edilir. Mövcud Kons-

titusiyaya görə  Nazirlər Kabinetinin iclaslarına dövlət başçısı 

sədrlik edir. 

Dövlətin idarə edilməsində prezidentə, eyni seçki sistemi 

əsasında seçilən vitse-prezident (10 yanvar 2012-ci ildən eti-



barən Moises Omar Halleslevens Asevedodur) köməklik edir.  

Ölkənin hazırkı Prezidenti 2007-cı il yanvar ayının 10-dan 

etibarən  Sandinist Milli-Azadlıq Cəbhəsi Partiyasının  lideri 

Daniel Orteqadır (2011-ci il noyabr ayının 6-da keçirilmiş son 

prezident seçkilərində D.Orteqa 62.46 % səs toplayaraq 

yenidən dövlət başçısı seçilmişdir).  

Qanunverici hakimiyyət: Birpalatalı Milli Assambleyadır. 

Parlamentin 92 üzvü birbaşa ümumxalq səsverməsi yolu ilə, 5 

il müddətinə seçilir. Onlardan 20-si bütün ölkə boyu, 70 üzv 

isə muxtar vilayətlərin dairələrindən seçilirlər. Prezident və 

onun son seçkilərdə məğlub olmuş əsas rəqibi ölkə Parlamen-

tinə seçkisiz üzv olmaq hüququna malikdir.  

Milli Assambleya qanunvericilik təşəbbüsü hüququnda 

Parlamentə daxil olmuş qanun layihələrini hazırlayır və qəbul 

edir, Nazirlər Kabinetinin təqdim etdiyi illik dövlət büdcəsini 

müzakirə  və  təsdiq edir, Hökumətin və digər dövlət qurum-

larının illik hesabatlarını dinləyir.  

Ölkə Parlamentinin hazırkı sədri 2007-cı il yanvar ayının 

10-dan etibarən Rene Nunes Telyesdir. 

06 noyabr 2011-ci il Parlament seçkiləri nəticəsində Milli 



Assambleyada  təmsil olunmaq hüququ əldə etmiş  əsas siyasi 

partiyalar:  



Sandinist Milli-Azadlıq Cəbhəsi Partiyası (60,85% səs, 

lideri Daniel Orteqa), 



Müstəqil Liberal Partiya (31,59%, Fabio Mantilla),  

Liberal Konstitusional Partiya (6,44%, Arnoldo Aleman),  


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

235 


Nikaraqua Liberal İttifaq Partiyası (0,76%, Enrike 

Quinones), 

Respublika Uğrunda İttifaq (0,36%, Mixel Qarsiya). 

Məhkəmə hakimiyyəti:  Məhkəmə sisteminə ümumi 

nəzarət funksiyası, ölkədə  ən yüksək məhkəmə instansiyası 

sayılan və  tərkibi Parlamentdə yer almış siyasi partiyaların 

təqdimatı ilə Milli Assambleyada 7 il müddətinə təyin olunan 

16 üzvdən ibarət Ali Məhkəmə tərəfindən həyata keçirilir. 

Bundan  əlavə,  Nikaraquada hakimləri 5 illik müddətə 

təyin olunan Apelyasiya məhkəmələri, habelə Ali Məhkəməyə 

tabe olan hərbi, dairə  və yerli məhkəmələr də  fəaliyyət 

göstərir. 

 

 

 



Яли Щясянов, Адил Вялийев

 

 



236 

NİGERİYA 

 

 

 

 

Ümumi məlumat: Müstəmləkəçilərin gəlişinə qədər Nige-

riyanın indiki ərazisində, eramızın ilk əsrlərindən kiçik döv-

lətlərə malik çoxsaylı tayfalar yaşamışlar.  Nigeriyanın  şimal 

hissəsi  ərəb mədəniyyətinin təsiri altında olmuşdur. 1861-

1900-cu illər  ərzində  Nigeriya  ingilislər tərəfindən işğal edil-

mişdir. 1947-ci ildə ölkə  Qərb,  Şimal və  Şərq  vilayətlərinə 

bölünmüş, 1960-cı ildə isə Nigeriya siyasi müstəqilliyini əldə 

etməyə müvəffəq olmuşdur. 

 Qərbi Afrikada yerləşən  Nigeriya Federativ Respublika-

sının paytaxtı Abuca şəhəridir. 

Ölkənin  ərazisi 923,768 km², əhalisi  (2012) 170,123,740 

nəfərdir (əhali sıxlığı 184.2 nəfər/km²).  

Nigeriya Respublikasının rəsmi dövlət dili ingilis dilidir. 

Dövlətin İnsan İnkişafı İndeksi 0.459 – aşağıdır (156-cı 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik federativ respublikadır. Milli bayram günü 

olan müstəqillik günü (1960) 01 oktyabr tarixində qeyd olu-

nur. Nigeriya Respublikasının Konstitusiyası 1999-cu ilin may 

ayından qüvvədədir.  

İnzibati bölgüsü: 36 ştatdan (Abia, Adamava, Akva İbom, 

Anambra, Bauçi, Bayelsa, Benue, Borno, Kross-River, Delta, 

Eboni, Edo, Ekiti, Enutu, Qombe, İmo, Ciqava, Kaduna, Kano, 

Kasina, Kebbe, Ko-Qi, Kvara, Laqos, Nasarava, Niqer, Oqun, 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə