Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə72/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   68   69   70   71   72   73   74   75   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

241 


Palataya – senatorların 84-ü yerli icra şuraları tərəfindən səs-

vermə yolu ilə 5 il müddətinə seçilir, 16-sı Prezident tərəfindən 

təyin edilir) və 150 yerlik Qanunverici Palatadan  (135-i 

ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilirlər) iba-

rətdir.  

Ölkədə qanunvericilik fəaliyyətini həyata keçirən hər iki 

palatanın birgə iclasları Özbəkistan Prezidentinin andiçmə mə-

rasimində, dövlət başçısının ölkənin sosial-iqtisadi həyatının, 

daxili və xarici siyasətinin çox mühüm məsələləri üzrə çıxışı, 

xarici ölkələrin dövlət başçılarının rəsmi səfərləri çərçivəsində 

Parlamentdə söylədikləri nitqlər və digər taleyüklü məsələlərin 

müzakirəsi zamanı baş tutur.  

23 yanvar 2008-ci ildən etibarən  Qanunverici Palatanın 

sədri xanım Diloram Taşmuxamedovadır.  

27 dekabr 2009 (I tur)  və 10 yanvar 2010-cu il (II tur) 

tarixlərində keçirilmiş son Parlament seçkiləri nəticəsində 

mandat qazanmış əsas siyasi partiyalar:  



Liberal-Demokratik Partiya - 53 yer 

Xalq Demokratik Partiyası - 32 yer 

Özbəkistan Milli Demokratik Tıklanış Partiyası - 31 yer 

Sosial Ədalət Demokratik Partiya - 19 yer 

İcraedici hakimiyyət:  Nazirlər Kabineti  və ona rəhbərlik 

edən  Baş nazir Özbəkistan Prezidenti  tərəfindən təyin və  Ali 



Məclis tərəfindən təsdiq edilir.  

Prezident və Parlament qarşısında kollektiv məsuliyyət 

daşıyan  Nazirlər Kabineti dövlət başçısının sərəncam və  fər-

manlarının,  Ali Məclisin  qərarlarının, Özbəkistan Respublika-

sının qanunlarının icrasını təmin edir, habelə iqtisadi, sosial və 

mədəni sahələrin effektiv fəaliyyətinə rəhbərliyi həyata keçirir.  



Baş nazir Nazirlər Kabinetinin fəaliyyətini təşkil edir və 

ona rəhbərliyi həyata keçirir, Kabinetin işinin səmərəliliyinə 

görə  fərdi məsuliyyət daşıyır, Hökumətin iclaslarına sədrlik 

edir və onun qərarlarını imzalayır, dövlət başçısının göstərişi 




Яли Щясянов, Адил Вялийев

 

 



242 

ilə Özbəkistan Respublikasını beynəlxalq münasibətlərdə 

təmsil edir və mövcud Konstitusiyada təsbit edilmiş digər 

mühüm funksiyaları yerinə yetirir.  

Respublikanın hazırkı, 3-cü Baş naziri 12 dekabr 2003-cü 

il tarixindən etibarən Şafkat Mirziyayevdir. 



Məhkəmə hakimiyyəti: Hakimləri 5 il müddətinə Prezi-

dent tərəfindən təyin və Ali Məclis tərəfindən təsdiq olunan, 

ölkədə mülki, cinayət və inzibati sahələr üzrə ən yüksək məh-

kəmə orqanı sayılan  Ali Məhkəmə,  habelə  qanunvericilik və 

icra hakimiyyətinin normativ-hüquqi aktlarının Konstitusiyaya 

uyğunluğu ilə bağlı  işlərə  nəzarət edən  Konstitusiya Məhkə-



məsi ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.  

Bundan  əlavə, Özbəkistan Respublikasında hakimləri 5 

illik müddətə Prezident tərəfindən təyin edilən, istər dövlət, 

istərsə də özəl təşkilatlar arasında iqtisadi mübahisələrin işləri 

üzrə  məhkəmə orqanı olan Ali Təsərrüfat Məhkəməsi, Qara-

qalpaq Muxtar Respublikasının mülki və cinayət işləri üzrə Ali 

Məhkəməsi və Təsərrüfat Məhkəməsi də fəaliyyət göstərir.  

 

 

 

 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

243 


PALAU 

 

   


 

 

 



Ümumi məlumat:  Palau XVI-XIX əsrlərdə  İspaniyanın, 

1898-1914-cü illər  ərzində  Almaniyanın, 1920-ci ildən  Yapo-



niyanın  ərazisi, 1947-ci ildən isə  ABŞ-ın  rəhbərliyi ilə  BMT-

nin qəyyumluğu altında olan adalar ərazisi sayılmışdır.  

Palau Respublikası  1993-cü ilin noyabr ayından etibarən 

ABŞ-la “azad assosiasiya” statusunda olan dövlətdir. Bu status 

çərçivəsində Palau 1994-cü ilin oktyabr ayında müstəqilliyini 

elan etmişdir.  

Sakit Okeanın qərb hissəsində yerləşən Palau Respublika-

sının paytaxtı Nqerulmud şəhəridir. 

Ölkənin  ərazisi 459 km², əhalisi  (2011) 20,956 nəfərdir 



(əhali sıxlığı 28.4 nəfər/km²).  

Palau Respublikasının  rəsmi dövlət dili ingilis və palau 

dilləridir

Dövlətin İnsan İnkişafı İndeksi 0.782 – yüksəkdir (49-cu 

yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1994) 01 oktyabr tarixində qeyd olunur. 

Palau Respublikasının qüvvədə olan konstitusiyası 01 yanvar 

1980-ci ildə qəbul edilmişdir.  



İnzibati bölgüsü: Palau, hər biri öz müstəqil Konstitu-

siyasına malik olan 16 ştatdan  (Kayangel, Aimeliik, Airai, 



Melekeok, Nqaraard, Nqardmau, Nqaremlenqui, Nqarxelonq, 


Яли Щясянов, Адил Вялийев

 

 



244 

Nqatpanq, Nqival, Nqxesar, Anqaur, Koror, Peleliu, Sonsorol, 

Xatoxobei) ibarətdir. 

Dövlət başçısı:  Ümumxalq səsverməsi yolu ilə 4 il müd-

dətinə seçilən ölkə Prezidenti dövlət və hökumət başçısıdır və 

təyin edilən Nazirlər Kabinetinə rəhbərlik edir. Dövlətin idarə 

olunmasında geniş səlahiyyətlərə malik olan Prezidentə vitse-

prezident (ölkənin sayca 7-ci vitse-prezidenti 15 yanvar 2009-

cu ildən etibarən Kerai Mariurdur) köməklik edir və o da eyni 

səsvermə günü bənzər prosedur qayda üzrə 4 ildən bir seçilir.  

Ölkədə digər konstitusional orqanlarla yanaşı,  Prezident 

yanında Rəhbərlər Şurası da fəaliyyət göstərir. Hər ştatdan bir 

nümayəndənin təmsil olunduğu 16 üzvdən ibarət  Şura dövlət 

başçısına Konstitusiya və Palau qanunlarına münasibətdə 

ənənəvi hüquqla bağlı məsləhətlər verir. 

Ölkənin hazırkı, sayca 8-ci Prezidenti 15 yanvar 2013-cu 

ildən etibarən Tomas Remenqesaudur.   



Ali qanunverici hakimiyyət:  İki bərabər hüquqlu palata-

dan - Senatdan  (Yuxarı Palata)  və  Nümayəndələr Palatasın-



dan (Aşağı Palata) ibarət  Parlamentdir. Mövcud Konstitu-

siyaya uyğun olaraq, yalnız bitərəflərin təmsil olunduğu hər iki 

palatanın səlahiyyət müddəti 4 ildir. 

Ali qanunverici orqan icra hakimiyyəti orqanlarını  və 

digər sahələrdən çox sayda nümayəndələri Parlamentə  dəvət 

etmək və onların hesabatlarını dinləmək hüququna malikdir. 

Fəaliyyət müstəvisinə görə  Palau Respublikasının Parla-

menti eyniliklə ABŞ-ın Parlament (Konqres) modelini özündə 

ehtiva edir. Bununla belə ölkədə heç bir siyasi partiya fəaliyyət 

göstərmir və onların fəaliyyətini tənzimləyən qanunvericilik 

aktları mövcud deyil.  



Senata (9 yer, sədri Mlib Tmetuçl) və Nümayəndələr Pa-

latasına  (16 yer, sədri Noa İdeçonq) deputatlar birmandatlı 

dairələrdən seçilirlər.  Ştatlar Aşağı Palatada bir üzvlə  təmsil 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə