Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə75/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   71   72   73   74   75   76   77   78   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

253 


Dövlət başçısı:  Konstitusiyanın və hüquqi dövlətin təmi-

natçısı olan dövlət və hökumət başçısı - Prezident ümumi, 

birbaşa və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. 

Peru Respublikasının Prezidenti ölkəni daxildə və xaricdə 

təmsil edir, Hökumətin ümumi siyasətini yönləndirir, daxili 

asayişin və xarici təhlükəsizliyin mühafizəsinə  nəzarət edir, 

beynəlxalq müqavilələri imzalayır,  Konqresi  məlumatlandır-

maqla və  Nazirlər  Şurasının razılığı ilə  səfirləri və digər 

diplomatik nümayəndələri təyin, habelə xarici dövlətlərin 

səfirlərinin etimadnamələrini qəbul edir.  



Peru Prezidenti üzvlərini təyin etdiyi Nazirlər  Şurası 

vasitəsilə icra hakimiyyətini həyata keçirir. Bundan əlavə

silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı 

milli orduya nəzarəti həyata keçirir, Silahlı Qüvvələri və Milli 

Polisi təsisatlandırır. Konqresin razılığı ilə müharibə elan edir 

və sülh bağlayır, habelə ali zabit heyətini və yüksək komanda 

rəhbərlərini təyin və vəzifələrindən azad edir.  

Dövlət başçısına ölkənin daxili və xarici siyasətinin 

həyata keçirilməsində eyni seçki qaydalarına uyğun olaraq 

seçilən vitse-prezident (28 iyul 2011-ci ildən etibarən xanım 



Marisol Espinozadır) köməklik göstərir. 

Ölkənin hazırkı, 48-ci Prezidenti 28 iyul 2011-ci ildən eti-

barən Peru Milliyyətçi Partiyasının lideri Ollanta Humaladır.  

Qanunverici hakimiyyət: Birpalatalı, 130 yerlik Konqres-

dir.  Parlamentin üzvləri proporsional təmsilçilik sistemi ilə 

seçilirlər. Deputatlığa namizəd 25 yaşına çatmış  və  səsvermə 

hüququna malik Peru vətəndaşı ola bilər. Konqresin (sədri 26 

iyul 2012-ci ildən Viktor İsladır)  deputatlarının səlahiyyət 

müddəti 5 ildir. 

Qanunların hazırlanması və qəbulu, illik dövlət büdcəsinin 

müzakirəsi və  təsdiqi, beynəlxalq müqavilələrin və sazişlərin 

ratifikasiyası, habelə mövcud Konstitusiyada nəzərdə tutulmuş 

digər mühüm məsələlər ali qanunvericilik orqanının səlahiy-

yətlərinə aiddir.  



Яли Щясянов, Адил Вялийев

 

 



254 

10 aprel 2011-ci il tarixində keçirilmiş son Parlament 

seçkiləri nəticəsində  Konqresdə  mandat  əldə etmiş ölkənin 

əsas siyasi partiyaları: 



Peru Vins – (47 yer, lideri Ollanta Humala), 

Forse 2011 – (37 yer, lideri Kriko Fujimori), 

Mümkün Olan Peru – (21 yer, lideri Alehandro Toledo), 

Böyük Dəyişikliklər Naminə Alyans – (12 yer, lideri Pedro 

Pablo Kuçinski),  

Milli Həmrəylik Partiyası - (9 yer, lideri Luis Kasteneda), 

Amerikanın Xalq İnqilabi Partiyası - (4 yer, lideri alan 

Qarsiya Peres). 

İcraedici hakimiyyət:  Nazirlər  Şurasının  sədri  (Baş 

Nazir) və üzvləri Prezident tərəfindən təyin edilir və Konqres 

tərəfindən təsdiq edilir (Latın Amerikası ölkələri arasında Baş 



Nazir postu yalnız Peruda bərqərardır). Nazirlər  Şurasının 

sədri nazirliklərin fəaliyyətini  əlaqələndirir və Prezidentin 

fərman və  qətnamələrinə öz imzasını atmaqla onları icraya 

yönəldir.   



Nazirlər  Şurasının üzvləri fəaliyyətləri çərçivəsində  Pre-

zident qarşısında fərdi,  Konqres  qarşısında isə siyasi məsu-

liyyət daşıyırlar.  



Peru Respublikasının hazırkı Baş naziri 24 iyul 2012-ci il 

tarixindən etibarən Juan Jimenes Mayordur. 



  Məhkəmə hakimiyyəti: Perunun hüquq sistemi ənənəvi 

mülki hüquq sisteminə əsaslanır. 

Ölkədə  məhkəmə hakimiyyəti  Milli Magistratura Şura-

sının  təyin etdiyi 16 hakimdən ibarət olan Ali Məhkəmə  tərə-

findən həyata keçirilir. Eyni zamanda Peruda Konstitusiya 



Tribunalı,  habelə müxtəlif sahələr üzrə ixtisaslaşmış  aşağı 

instansiya məhkəmələri fəaliyyət göstərir.  



 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

255 


RUANDA  

 

  

 



 

Ümumi məlumat:  XV  əsrdə  Ruanda Feodal Krallığı 

təşəkkül tapmışdır. XIX əsrin sonlarında Almaniya tərəfindən 

istila edilmiş ölkə, Birinci Dünya Müharibəsi zamanı Belçika 

tərəfindən işğal olunmuş  və 1923-cü ildə  Millətlər Liqasının 

qərarına  əsasən onun mandatlığına verilmişdir  (1946-cı ildən 

BMT-nin nəzarəti altında olmuşdur).  

Ruanda 1962-ci ildə dövlət müstəqilliyini elan etmişdir. 

Mərkəzi Afrikada yerləşən  Ruandanın  paytaxtı  Kiqali 

şəhəridir. 

Ölkənin  ərazisi 26,338 km², əhalisi  (2011) 11,689,696 

nəfərdir (əhali sıxlığı 419.8 nəfər/km²).  



Ruanda Respublikasının rəsmi dövlət dili ruanda, fransız 

 ingilis dilləridir. 

Dövlətin İnsan İnkişafı İndeksi 0.429 – aşağıdır (166-cı 

yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1962) 01 iyul tarixində qeyd olunur. Ölkə 

Konstitusiyası 26 may 2003-cü ildən qüvvədədir.  



İnzibati bölgüsü: 30 dairədən (Buqesera, Qatsibo, Kaen-

za, Kirexe, Nqoma, Nyaqatare, Qasabo, Burera, Qisaqara, 

Karonci, Qakenke, Musanze, Rulindo, Muxanqa, Rubavu, 

Rusizi, Nyamaşeke və s.) ibarət olan 5 əyalətə  (Şimal,  Şərq, 

Cənub, Qərb və Kiqali) bölünür.  


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə