ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
229
Çin Milli Partiyası (2;2),
İcraedici hakimiyyət: Böyük əksəriyyəti Parlament seç-
kilərində qalib gəlmiş siyasi partiyanın nümayəndələrindən
təşkil olunmuş Hökuməti (Nazirlər Kabineti) Prezident for-
malaşdırır və təyin edir. Ölkənin daxili və xarici siyasətinin
həyata keçirilməsində səlahiyyətli olan Hökumətin üzvü 40
yaşına çatmış və ölkə ərazisində ən azı 10 il yaşamış şəxs
olmalıdır.
Məhkəmə hakimiyyəti: İcra Hakimiyyətindən müstəqil
olan Ali Məhkəmə, habelə vilayət, rayon (şəhər) və məhəlli
məhkəmələr Myanmada məhkəmə hakimiyyətini həyata
keçirir.
Яли Щясянов, Адил Вялийев
230
NAMİBİYA
Ümumi məlumat: 1884-cü ildən Namibiyanın indiki əra-
zisi, alman protektoratı altında olmuş, 1915-ci ildə Cənubi
Afrika hərbi birləşmələri tərəfindən işğal edilmiş, 1920-ci
ildən Millətlər Liqasının mandatlığı altında Cənubi-Afrika
İttifaqının (1961-cı ildən etibarən CAR adlanır) idarəçiliyinə
verilmişdir. İkinci dünya müharibəsindən sonra CAR
tərəfindən de-fakto ilhaq edilmiş Namibiya 1990-cı ildə dövlət
müstəqilliyini əldə etmişdir.
Afrikanın cənub-qərb hissəsində yerləşən Namibiyanın
paytaxtı Vindhuk şəhəridir.
Ölkənin ərazisi 825,418 km², əhalisi (2011) 2,100,000 nə-
fərdir (əhali sıxlığı 2.54 nəfər/km²).
Namibiya Respublikasında rəsmi dövlət dili ingilis dili,
digər milli dillər isə alman, afrikaans, qereri və oşivambo
dilləri sayılır.
Dövlətin İnsan İnkişafı İndeksi - 0.625 – ortadır (120-ci
yer).
Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarə-
etmə üsuluna malik Respublikadır. Milli bayram günü olan
müstəqillik günü (1990) mart ayının 21-də qeyd olunur. Ölkə
Konstitusiyası 9 fevral 1990-cı ildə qəbul olunmuşdur.
İnzibati bölgüsü: 102 dairədən ibarət 13 vilayətə (Kaprivi,
Eronqo, Xardap, Karas, Okavanqo, Kxomas, Kunene, Oxanqvena,
Omaxeke, Omusati, Oşana, Oşikoto və Oçosondyupa) bölünür.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
231
Dövlət başçısı: Dövlətin və Hökumətin başçısı olan Pre-
zident ümumxalq səsverməsi yolu ilə, ardıcıl iki dəfədən çox
olmamaqla, azad, bərabər və gizli seçki sistemi əsasında 5 il
müddətinə seçilir.
Mövcud Konstitusiyaya əsasən, kifayət qədər geniş
səlahiyyətlərə malik olan, ölkənin daxilində və xaricdə dövləti
təmsil edən Namibiya Respublikasının Prezidenti icra haki-
miyyətini, Milli Assambleyanın üzvləri arasından formalaş-
dırdığı Hökumət vasitəsilə həyata keçirir.
Ölkə Prezidenti 21 mart 2005-ci ildən etibarən Xifikepun-
ye Lukas Pohambadır (2009-cu ilin dekabr ayında keçirilmiş
son Prezident seçkilərində X.L.Pohamba 75%-dən artıq səs
toplayaraq yenidən dövlət başçısı seçilmişdir.
Qanunverici hakimiyyət: Milli Assambleyadan (Aşağı
Palata, 78 yer, spikeri 20 mart 2005-ci ildən Teo-Ben Quri-
rabdır) və Milli Şuradan (Yuxarı Palata, 26 yer, sədri 16
dekabr 2004-cü ildən Asser Kuveri Kaperedir) ibarət iki
palatalı Parlamentdir.
Yuxarı Palatada hər vilayət, əhalisinin sayından asılı
olmayaraq seçilmiş 2 nümayəndə ilə 6 illik müddətə təmsil
olunur. Aşağı Palataya 72 deputat birbaşa səsvermədə
proporsional təmsilçilik sistemi üzrə 5 illik müddətə seçilirlər.
Digər 6 üzv isə Prezident tərəfindən təyin olunur.
Milli Assambleya bilavasitə qanunvericilik fəaliyyəti ilə
məşğul olur, Milli Şura isə daha çox məşvərətçi orqanın funk-
siyasını həyata keçirir. Assambleya Hökumətə “qeyri-effektiv
idarəetmə” səbəbindən etimadsızlıq göstərdiyi təqdirdə,
Kabinetin məsləhəti ilə Prezident tərəfindən buraxıla və eyni
tarixdə erkən Parlament və Prezident seçkiləri keçirilə bilər.
27-28 noyabr 2009-cu ildə keçirilmiş sonuncu Parlament
seçkiləri nəticəsində mandat almış siyasi partiyalar:
Cənub-Qərbi Afrika Xalqları Təşkilatı (SWAPO) - 54 yer
Demokratiya və Tərəqqi Naminə Birlik - 8 yer
Яли Щясянов, Адил Вялийев
232
Turnhal Demokratik Alyansı - 2 yer
Milli İctimai Demokrat Partiyası - 2 yer
Birləşmiş Xalq Cəbhəsi – 2 yer
Ümumxalq Partiyası - 1 yer
Respublikaçılar Partiyası - 1 yer
Demokratlar Konqresi - 1 yer
Cənub-Qərbi Afrika Milli İttifaqı - 1 yer
İcraedici hakimiyyət: Nazirlər Kabineti və ona rəhbərlik
edən Baş nazir Prezident tərəfindən təyin edilir. Tərkibinə Pre-
zidentin, Baş nazirin və nazirlərin daxil olduğu Hökumət icra ha-
kimiyyəti ilə yanaşı, Parlamentlə birlikdə qanunvericilik haki-
miyyətini də həyata keçirməkdə səlahiyyətlidir.
Kabinetin iclaslarına Prezident, o olmadıqda isə Baş nazir
sədrlik edir. Bundan əlavə, Baş nazir Hökuməti Parlamentdə təmsil
edir, nazirliklərin fəaliyyətini əlaqələndirir, Hökumət başçısı funk-
siyalarının yerinə yetirilməsi üçün dövlət başçısına məsləhətlərini
verir və ona bilavasitə köməklik göstərir.
Mövcud Konstitusiyaya görə Kabinetin üzvləri Prezident və
Parlament qarşısında kollektiv məsuliyyət daşıyırlar, belə ki, Milli
Assambleya Hökumətin hər hansı bir üzvünə etimadsızlıq göstərdiyi
təqdirdə, dövlət başçısı onu vəzifəsindən azad etməlidir.
Namibiya Respublikasının hazırkı, sayca 4-cü Baş naziri 04
dekabr 2012-ci ildən etibarən Cənub-Qərbi Afrika Xalqları
Təşkilatının təmsilçisi Hage Geyngobdur.
Məhkəmə hakimiyyəti: Ölkədə hüquq sistemi Holland-
Roma hüququna əsaslanır. Namibiya Respublikasında məhkə-
mə hakimiyyətini, hakimləri Məhkəmə Xidməti üzrə Komis-
siyanın təqdimatı ilə Prezident tərəfindən təyin olunan, eyni
zamanda Apelyasiya Məhkəməsinin və Konstitusiya Nəzarəti
orqanının funksiyalarını özündə ehtiva edən Ali Məhkəmə
həyata keçirir.
Dostları ilə paylaş: |