Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə67/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   63   64   65   66   67   68   69   70   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

221 


Mərkəzi Afrika Demokratik Rallisi -1. 

İcraedici hakimiyyət:  Mərkəzi Afrika Respublikasının 

daxili və xarici siyasətini həyata keçirməkdə səlahiyyətli olan 



Nazirlər Kabinetini Prezident təyin edir və Kabinetə Baş nazir 

rəhbərlik edir.  

17 yanvar 2013-cü ildən etibarən  MAR-ın hazırkı, sayca 

22-ci Baş naziri Nikolas Tyanqaedir. 



Məhkəmə hakimiyyəti: Hakimləri Prezident tərəfindən 

təyin olunan ən yüksək məhkəmə instansiyası sayılan  Ali 



Məhkəmə,  habelə qanunvericilik aktlarının ölkənin  Əsas 

Qanununa  (Konstitusiyaya)  uyğunluğunu nəzarətdə saxlayan 



Konstitusiya Məhkəməsi Mərkəzi Afrika Respublikasının 

məhkəmə hakimiyyətini həyata keçirir. 



 

 

 

 


Яли Щясянов, Адил Вялийев

 

 



222 

MİKRONEZİYA FEDERATİV ŞTATLARI 

 

 

    


 

 

Ümumi məlumat:  Mikroneziya XVII-XIX əsrlərdə  İspa-

niyanın, 1898-1914-cü illər  ərzində  Almaniyanın, 1920-ci il-

dən Yaponiyanın ərazisi, 1947-ci ildən isə ABŞ-ın rəhbərliyi ilə 



BMT-nin qəyyumluğu altında olan ərazi sayılmışdır.  

Mikroneziya Federativ Respublikası  1986-cı ildən etibarən 

ABŞ-la “azad assosiasiya” statusunda olan müstəqil dövlətdir.  

Sakit Okeanda yerləşən Mikroneziya Respublikasının pay-

taxtı Palikir şəhəridir. 

Ölkənin  ərazisi 702 km², əhalisi  (2009) 111,000 nəfərdir 

(əhali sıxlığı 158.1 nəfər/km²).  

Mikroneziya Federativ Respublikasının  rəsmi dövlət dili 

ingilis dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.636 – ortadır (116-cı yer). 



Dövlət quruluşu:  Prezident üsul-idarəsinin elementlərini 

özündə ehtiva edən xüsusi tipli federativ respublikadır.  Milli 

bayram günü olan müstəqillik günü (1986) 03 noyabr tarixində 

qeyd olunur. 1979-cu ildən qüvvədə olan Mikroneziya Federativ 

Ştatlarının  Konstitusiyası ABŞ Konstitusiyasının nümunəsi  əsa-

sında tərtib edilmişdir.  

1986-cı ildən  Mikroneziya Federativ Ştatları ABŞ-la 

“azad assosiasiya” müstəvisində müstəqil dövlət statusuna ma-

likdir. Belə ki, mövcud Konstitusiyaya əsasən suveren dövlət 

sayılan Mikroneziyanın müdafiə  və  təhlükəsizlik məsələləri 

ABŞ-ın müstəsna səlahiyyətlərinə aiddir. 

İnzibati bölgüsü:  Hər birinin Konstitusiyası, seçkili qanun-

verici orqanı və qubernatoru olan 4 ştatdan (Çuuk, Kosrae, Ponpei 



və Yap) ibarətdir.  


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

223 


Dövlət başçısı: Mövcud Konstitusiyaya görə dövlət və Hö-

kumət başçısı sayılan, bütövlükdə dövlətin idarə edilməsində 

geniş  səlahiyyətlərə malik olan Prezident,  habelə dövlətin idarə 

olunmasında ona bilavasitə köməklik edən vitse-prezident xüsusi 

tapşırıqlar üzrə mükəlləfiyyətli olan 4 senatorun arasından 4 il 

müddətinə seçilir. Dövlət başçısı eyni zamanda Parlamentin 

üzvü ola bilməz.  

Təyin edilən  Kabinet  yuxarı icra orqanı sayılır və öz fəa-

liyyətində Prezidentin və vitse-prezidentin siyasi dəstəyindən 

maksimum yararlanır.  

İmpiçment və ya səhhəti ilə bağlı fəaliyyət qabiliyyətsizliyi 

yarandıqda dövlət başçısının səlahiyyətinə Parlamentdə  səs 

çoxluğu ilə vaxtından  əvvəl xitam verilir və  dərhal yeni 

seçkilərin vaxtı təyin edilir.  

11 may 2007-ci ildən etibarən  Mikroneziya Federativ Ştat-

larının hazırkı, sayca 7-ci Prezidenti İmmanuil Moridir. 

Qanunverici HakimiyyətMikroneziya Federativ Ştatları-

nın Konqresi - 10 senatoru birmandatlı dairələrdən iki il müd-

dətinə, 4 senatoru isə proporsional təmsilçilik sistemi əsasında 

4 illik müddətə seçilən 14 yerlik bir palatalı Parlamentdir. 

Mikroneziyanın Konstitusiyasına görə bitərəflərin yer aldığı 

(Federal Ştatların ərazisində siyasi partiyalar fəaliyyət göstər-

mir) ölkə Parlamenti qanunvericilik hakimiyyətini həyata 

keçirməkdə səlahiyyətlidir.  



Mikroneziya Federativ Ştatları Parlamentinin spikeri 11 

may 2007-ci il tarixindən etibarən İsaak Figirdir.  



Məhkəmə hakimiyyəti: Mikroneziya Federativ Ştatlarında 

məhkəmə hakimiyyətini birinci və apelyasiya instansiyaların-

dan ibarət olan və hakimləri Konqresin razılığı ilə Prezident 

tərəfindən təyin edilən Ali Məhkəmə həyata keçirir.  

Eyni zamanda, hər bir ştatda  Federal Ali Məhkəmənin 

analoji strukturuna uyğun olan Ali Məhkəmə, habelə adalar 

üzrə yerli məhkəmələr fəaliyyət göstərir.  



Яли Щясянов, Адил Вялийев

 

 



224 

MOZAMBIK 

 

 

   

 

 

Ümumi məlumat:  X  əsrdə  Mozambikin  indiki  ərazisində 

erkən feodal dövləti olan Monomotapa  təşəkkül tapmışdır. 

1495-ci ildə ölkənin portuqal müstəmləkəçiləri tərəfindən iş-

ğalının  əsası qoyulmuş  və bu proses yalnız XX əsrin  əv-

vəllərində yekunlaşmışdır.  

1962-ci ildə başlanmış müstəqillik uğrunda mübarizə 

1975-ci ilin iyun ayında Mozambik Respublikasının öz müstə-

qilliyini elan etməsi ilə nəticələnmişdir. 

Afrikanın  cənub-şərq  hissəsində yerləşən  Mozambikin 

paytaxtı Maputu şəhəridir. 

Ölkənin  ərazisi 801,590 km², əhalisi  (2009) 22,894,000 

nəfərdir (əhali sıxlığı 28.7 nəfər/km²).  



Mozambikin rəsmi dövlət dili portuqal dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.322 – aşağıdır (184-cü 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1975-ci il) 25 iyun tarixində qeyd edilir. 

Ölkə Konstitusiyası 1990-cı ildən qüvvədədir. 



İnzibati bölgüsü: 11 əyalətə  (Kabu-Delqadu, Qaza, İn-

yambane, Manika, paytaxt Maputu şəhəri, Maputu-əyalət, 

Nampula, Nyasa, Sofala, Tete, Zambeziya) bölünür. 

Dövlət başçısı: Ölkədə milli birliyin rəmzi, milli müstəqil-

liyin,  ərazi bütövlüyünün və dövlət təhlükəsizliyinin təminat-

çısı olan Mozambik Prezidenti - dövlətin və hökumətin başçısı, 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə