Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə65/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   61   62   63   64   65   66   67   68   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

215 


habelə mövcud Konstitusiya ilə təsbit edilmiş digər məsələlər 

aiddir.  

Ölkədə siyasi partiyalar rəsmən fəaliyyət göstərmir və bu 

baxımdan Parlamentin tərkibi bitərəflərdən ibarətdir.  



İcraedici hakimiyyət:  Ölkə  vətəndaşlarının rifah halının 

yüksəldilməsi istiqamətində ali qanunverici orqan qarşısında 

kollektiv məsuliyyət daşıyan, tərkibinə Prezidentin və Parla-

ment üzvlərinin də daxil olduğu  Nazirlər Kabineti,  Marşal 



Adalarının daxili və xarici siyasətinin həyata keçirilməsində 

və ona nəzarətdə,  Nitijelaya mühüm və  təxirəsalınmaz qanun 

layihələrinin təqdim edilməsində, dövlət rüsumlarının tətbiqin-

də, səhiyyə, təhsil və digər sosial yönümlü layihələrin həyata 

keçirilməsində, əfv verilməsində və s. əhəmiyyətli məsələlərin 

həllində geniş səlahiyyətlərə malik olan yuxarı icra orqanıdır.  

Tərkibində minimum 6, maksimum isə 10 nazirliyin 

(Maliyyə, Xarici İşlər, Kommunikasiya və Nəqliyyat, İnkişaf və 

Resurslar, Sosial Təminat,  İctimai  İşlər və s.) yer aldığı 

Nazirlər Kabinetini Aşağı Palatanın razılığı ilə Prezident təyin 

edir və ona rəhbərlik edir.  



Məhkəmə hakimiyyəti: Marşal Adalarında məhkəmə ha-

kimiyyəti hakimləri  (yuxarı yaş  həddi 72-dir)  Məhkəmə Xid-



məti Komissiyasının təqdimatı ilə Nazirlər Kabineti tərəfindən 

təyin olunan Ali və Yüksək Məhkəmələr, habelə ənənəvi hüquq 



və dairə məhkəmələri tərəfindən həyata keçirilir.  

Ölkədə  fəaliyyət göstərən bütün məhkəmə instansiyaları 

kifayət qədər geniş və müstəqil səlahiyyətlərə malikdirlər.  

 

 

 

 



Яли Щясянов, Адил Вялийев

 

 



216 

MEKSİKA 

 

  

 



 

Ümumi məlumat: Meksikanın indiki ərazisində qədim za-

manlarda yüksək inkişaf səviyyəsinə nail olmuş hindu qəbi-

lələri (asteklər, mayalar, tolteklər, olmeklər və s.) məskunlaş-

mışlar. Amerikanın ispanlar tərəfindən kəşf edilməsinə  qədər 



Meksika torpaqlarında mayaların və asteklərin dövləti mövcud 

olmuşdur 

İspanların 1518-ci ildə bu torpaqlara ilk gəlişlərindən 

sonra  Meksika XVI əsrdən XIX əsrin  əvvəllərinə  qədər olan 

dövrdə İspaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1821-

ci ildə dövlət müstəqilliyini əldə etmişdir.  



Şimali Amerikanın  cənub  hissəsində yerləşən  Meksika 

Federativ Respublikasının paytaxtı Mexiko şəhəridir. 

Ölkənin ərazisi 1,972,550 km², əhalisi (2012) 115,296,767 

nəfərdir (əhali sıxlığı 57 nəfər/km²).  

Meksikanın rəsmi dövlət dili ispan dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.770 – yüksəkdir (57-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik federativ respublikadır. Milli bayram günü 

olan müstəqillik günü (1810) sentyabr ayının 16-da qeyd 

olunur. Ölkə Konstitusiyası 05 fevral 1917-ci ildən  (sonuncu 



dəfə 1993-cü ildə edilən əlavələrlə) qüvvədədir.  

İnzibati bölgüsü: 2438 bələdiyyədən ibarət olan 31 ştata 

(Puebla, Tabasko, Verakruz-Lave, Yukatan, Zakatekas, 

Duranqo, Baya Kaliforniya, Distrito Federal, Qerrero, İdalqo, 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

217 


Keretaro, Kolima, Sinaloa, Nayarit və s.) və  Mexiko paytaxt 

federal dairəsinə bölünür.  



Dövlət başçısı:  Birbaşa seçkilərdə 6 il müddətinə seçilən 

və  təkrar seçilmək hüququ olmayan Prezident dövlət və 

hökumət başçısı, dövlət aparatının rəhbəri və silahlı qüvvələrin 

ali baş komandanıdır. Hökumət üzvləri və ali vəzifə sahibləri 

Prezident tərəfindən formalaşdırılır, təyin edilir və  vəzifələ-

rindən azad edilirlər. Zəruri hallarda Prezident Kabinetin geniş 

tərkibini təyin etməkdə səlahiyyətlidir. 

Dövlət başçısı qanunvericilik təşəbbüsü hüququna malik-

dir və Konqresin müzakirə və qəbul etdiyi qanun layihələrinin 

böyük əksəriyyəti icra hakimiyyəti tərəfindən təqdim edilir.  

Prezident veto hüququna malikdir, lakin dövlət başçısı 

qanunvericilik prosesini tam nəzarətdə saxladığı üçün, veto 

hüququndan istifadə praktikada çox az hallarda mümkündür.  

Qanun qüvvəsinə malik olan fərmanlar imzalamaq, fövqə-

ladə vəziyyət elan etmək, konstitusiya təminatlarını dayandır-

maq və s. mühüm məsələlərdə dövlət başçısı səlahiyyət sahibi 

olsa da, Konstitusiyaya görə onun fəaliyyətində məhdudiyyət-

lər (aqrar islahatlar, neft sektorunun milliləşdirilməsi, demok-



ratik proseslərdə iştirakın təmin edilməsi və s.) də mövcuddur.   

01 iyul 2012-ci ildə keçirilmiş son Prezident seçkiləri 

nəticəsində  İnstitusional  İnqilab Partiyasının nümayəndəsi 

Enrike Penya 38.21% səs toplayaraq Meksikanın yeni, sayca 

37-ci Prezidenti seçilmişdir.  



Qanunverici hakimiyyət: Konstitusiyaya əsasən Meksi-

kada icra hakimiyyəti ilə qanunvericilik hakimiyyətinin səla-

hiyyət hüdudları dəqiq müəyyən edilmişdir. Bu baxımdan, ali 

qanunverici orqan - Milli Konqres  fəaliyyətini tam müstəqil 

şəkildə həyata keçirir.  

Konqres 2 palatadan - Senat (hər ştatın və federal dairənin 

4 senatorla təmsil olunduğu - 128 yer) və Nümayəndələr Pala-

tasından (300 yer majoritar sistem üzrə seçilməklə - 500 yer



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə