Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə66/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   62   63   64   65   66   67   68   69   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



218 

ibarətdir. Senata hər  ştatdan 3 nəfər majoritar, 1 nümayəndə 

isə proporsional sistem üzrə 6 il müddətinə seçilir. Nüma-

yəndələr Palatasının 300 üzvü ümumxalq seçki yolu ilə 3 il 

müddətinə seçilir. 

Konqresin  əsas funksiyası Federasiyanın səlahiyyətlərinə 

aid olan qanun və  fərmanların qəbulundan, habelə yeni ştat-

ların yaradılmasından, vergilərin müəyyən edilməsindən və s. 

ibarətdir.  



Nümayəndələr Palatasının səlahiyyətlərinə qanunların ha-

zırlanması və qəbulu, illik federal büdcənin müzakirəsi, təsdiqi 

və onun icrasına nəzarət, beynəlxalq müqavilələrin ratifika-

siyası və s. məsələlər aiddir.  

Bundan  əlavə, Parlamentin hər iki palatası federal nazir-

liklərin, inzibati departamentlərin və dövlət müəssisələrinin 

fəaliyyətini araşdırmaq məqsədilə komissiya yaratmaq hü-

ququna malikdir.  

2012-ci ilin 1 iyul tarixində  Nümayəndələr Palatasına 

(sədri 1 sentyabr 2011-ci ildən Emilio Çuayffetdir)  Senata 

(sədri 1 sentyabr 2011-ci ildən Joze Qonzales Morfindir) keçi-

rilən seçkilər nəticəsində ölkənin əsas siyasi partiyaları Parla-



mentdə təmsil olunmaq hüququ əldə etmişdir:  

İnqilabi İnstitut və Ekoloji Yaşıllar partiyası (246 deputat, 

36 senator), 

Demokratik  İnqilab və  Əmək Partiyası (140 deputat, 31 

senator), 

Milli Hərəkat Partiyası - (53 deputat, 50 senator), 

İnqilabi İnstitut Partiyası – (51 deputat, 10 senator), 

Yaşıllar partiyası - (3 deputat).  

Məhkəmə hakimiyyəti: Konstitusiya Məhkəməsinin funk-

siyalarını da həyata keçirən  Xalq  Ədliyyə Ali Məhkəməsi 



(Suprema Corte de Justicia de la Nación (SCJN) Meksika 

Ştatlarının  ən yüksək federal məhkəməsidir.  Ali Məhkəmənin 

sədri və on hakimi, Meksika Prezidentinin təqdim etdiyi siyahı 

üzrə Yuxarı Palata (Senat) tərəfindən təsdiq edilir. 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

219 


MƏRKƏZİ AFRİKA RESPUBLİKASI 

 

 

  

 



 

Ümumi məlumat: Mərkəzi Afrika Respublikasının müasir 

ərazisi 1894-cü ildə fransız müstəmləkəçiləri tərəfindən işğal 

edilmiş və Ubanqi-Şari adı altında Fransız Ekvatorial Afrika-

sının tərkibinə daxil olmuşdur.  

Mərkəzi Afrika Respublikası 1960-cı ildən etibarən müs-

təqil dövlətdir.  



Afrikanın  mərkəzi  hissəsində yerləşən  MAR-ın paytaxtı 

Bangi şəhəridir. 

Ölkənin  ərazisi 622,984 km², əhalisi  (2009) 4,422,000 

nəfərdir (əhali sıxlığı 7.1 nəfər/km²).  

Mərkəzi Afrika Respublikasının  rəsmi dövlət dili fransız 

 sanqo dilləridir

Dövlətin İnsan İnkişafı İndeksi 0.343 – aşağıdır (179-cu 

yer). 

Dövlət quruluşu: 18 iyun 1953-cü ildən məhdud hakimiy-

yətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli 

bayram günü olan müstəqillik günü  13 avqustda (1960) qeyd 

olunur.  Mərkəzi Afrika Respublikasının Konstitusiyası  05 

dekabr 2004-cü ildən qüvvədədir.  

İnzibati bölgüsü: Xüsusi inzibati vahidlik olan paytaxt 

Banqi şəhəri də daxil olmaqla 17 prefekturaya (Bambinqi-Ban-

qoran, Vakaqa, Yuxarı Kotto, Yuxarı Mbomu, Kemo, Lobae, 

Membere-Kadei, Mbomu, Nana-Qrebizi, Nana-Mambere, 

Aşağı Kotto, Ombella-Mpoko, Sanqa-Mbaere, Uaka, Uam və 

Uam-Pende ) bölünür.  



Яли Щясянов, Адил Вялийев

 

 



220 

Dövlət başçısı: Hüquqi dövlətin, Konstitusiyanın,  ərazi 

bütövlüyünün və milli təhlükəsizliyin təminatçısı, dövlət və 

hökumət başçısı, habelə silahlı qüvvələrin ali baş komandanı 

olan  Prezident ümumxalq səsverməsi yolu ilə, ardıcıl iki 

dəfədən çox olmamaq şərti ilə 6 il müddətinə seçilir.  

Dövlət başçısı üzvlərini vəzifəyə  təyin etdiyi, qanunveri-

cililik təşəbbüsü hüququna malik olan və hökumətin fəaliyyə-

tinə ümumi nəzarəti həyata keçirən  Nazirlər  Şurasına  sədrlik 

edir.  Nazirlər  Şurasına  rəhbərlik edən  Baş nazir ölkə  Prezi-

denti tərəfindən təyin olunur.  



Mərkəzi Afrika Respublikasının  hazırkı, sayca 7-ci Prezi-

denti 24 mart 2013-cü ildən etibarən  Mişel Djotodiyadır      



(23 yanvar 2011-ci ildə keçirilmiş sonuncu Prezident seçkilə-

rində 64.37% səslə qalib gələn Fransua Bozize, 2013-cü ilin 

mart ayında hərbi çevriliş nəticəsində vəzifəsindən kənarlaşdı-

rılmış və ölkəni tərk etmişdir). 

Qanunverici hakimiyyət: Konstitusiyaya görə bir palatalı 

105 yerlik Milli Assambleyadır. Parlamentin üzvləri iki turdan 

ibarət olan ümumxalq seçkilərində 5 illik müddətə seçilirlər.  

Qanunvericilik hakimiyyətinin təməl prinsiplərini ehtiva 

edən fəaliyyətində  Milli Assambleya qanunların hazırlanması 

və qəbulu, dövlət büdcəsinin müzakirəsi və təsdiqi, Hökumətin 

illik hesabatlarının dinlənilməsi və s. məsələləri həyata 

keçirməkdə səlahiyyətlidir.  



Milli Assambleyanın hazırkı  sədri 14 iyun 2005-ci ildən 

etibarən Selestin Lerou Quambaletdir. 

2011-ci ilin 23 yanvar və 27 mart tarixlərində keçirilmiş 

iki raundlu Parlament seçkiləri nəticəsində qalib gəlmiş 

ölkənin əsas siyasi partiyaları: 

“Kva Na Kva” – 61 yer, 

Müstəqillər – 26, 

Prezident Çoxluğu – 11, 

Mərkəzi Afrika Xalqının Azadlığı Uğrunda Hərəkat – 1,  



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə