Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə64/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   60   61   62   63   64   65   66   67   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



212 

dent rəhbərlik edir. Dövlət başçısı müstəsna səlahiyyətlərindən 

istifadə edərək 14 nazirin hər birini təyin və yaxud azad edə 

bilər və buna görə Parlament qarşısında heç bir məsuliyyət 

daşımır.  

Maldiv Respublikasının hazırkı Prezidenti 7 fevral 2012-

cu ildən etibarən Məhəmməd Vahid Həsən Manikdir (Ölkənin 

vitse-prezidenti 15 fevral 2012-ci ildən Məhəmməd Vahid 

Dindir).  

Qanunverici hakimiyyət:  Bir palatalı  Xalq Məclisidir. 

Parlamentin 77 üzvü ümumi seçki sistemi üzrə 5 il müddətinə 

seçilir. Parlamentin səlahiyyətlərinə ölkə Konstitusiyası istisna 

olmaqla bütün qanunların baxılması  və  qəbulu, dövlətin illik 

büdcənin təsdiqi, beynəlxalq müqavilə və sazişlərin ratifikasi-

yası və s. məsələlər daxildir.  

Maldiv Respublikası Parlamentinin hazırkı  sədri  Maldiv 

Xalq Partiyasının təmsilçisi Abdulla Şahiddir. 

2009-cu il may ayının 9-da ölkə Parlamentinə keçirilmiş 

seçkilərdə qalib gəlmiş əsas siyasi partiyalar:  

Maldiv Xalq Partiyası (28 yer),  

Maldiv Demokratik Partiyası (26 yer, Prezident partiyası), 

Xalq Alyansı (7 yer), 

DQP (2 yer), 

Respublika Partiyası (1 yer), 

Müstəqillər (13 yer). 

Məhkəmə hakimiyyəti:  Ali Məhkəmə, 8 aşağı instansiya 

məhkəməsi və 19 yerli şəhər məhkəmələri ölkədə  məhkəmə 

hakimiyyətini həyata keçirir.  

Prezident tərəfindən təyin edilən, dövlət başçısının və for-

mal olaraq Hökumətin qarşısında məsuliyyət daşıyan inzibati 

vahidliklərin rəhbərləri də kifayət qədər məhkəmə səlahiyyət-

lərinə malikdirlər. Yerlərdə  şəriət hüquq sisteminin element-

lərindən geniş istifadə edilir.  

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

213 


MARŞAL ADALARI 

 

 

 



 

Ümumi məlumat:  Marşal Adaları  XVII-XIX  əsrlərdə 

İspaniyanın, 1885-1914-cü illər ərzində Almaniyanın, 1920-ci 

ildən  Yaponiyanın, 1947-ci ildən isə  ABŞ-ın  rəhbərliyi ilə 



BMT-nin qəyyumluğu altında olan ərazisi sayılmışdır.  

Marşal Adaları Respublikası 1986-cı ildən etibarən ABŞ-

la “azad assosiasiya” statusunda olan müstəqil dövlətdir.  

Sakit Okeanının qərb hissəsində yerləşən Marşal Adaları 

Respublikasının paytaxtı Macuro şəhəridir. 

Ölkənin  ərazisi 181 km², əhalisi  (2009) 68,000 nəfərdir 



(əhali sıxlığı 342.5 nəfər/km²).  

Marşal Adaları Respublikasının  rəsmi dövlət dili ingilis 

və marşal dilləridir

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik unitar respublikadır.  Milli bayram günü 

olan müstəqillik günü (1986) 21 oktyabr tarixində qeyd olu-

nur. Marşal Adalarının Konstitusiyası 1 may 1979-cu ildə qəbul 

edilmişdir.  

Mövcud Konstitusiyaya əsasən, Britaniya və Amerika 

siyasi sistemlərinin elementlərini özündə ehtiva edən  Marşal 

Adaları, 1986-cı ildən etibarən ABŞ-la “azad assosiasiya” 

müstəvisində özünüidarə edən müstəqil dövlət statusuna ma-

likdir. Bununla belə, ölkə iqtisadiyyatının maliyyələşdirilməsi, 

1986-cı ildə bağlanmış  azad assosiasiya sazişinə  əsasən         

ABŞ-ın müstəsna səlahiyyətlərinə aiddir. 



Яли Щясянов, Адил Вялийев

 

 



214 

İnzibati bölgüsü: 33 bələdiyyədən (Ailinqiane, Ailinqlaplap, 

Ailuk, Arno, Aur, Bikar, Bikini, Bokak, Voto, Cabat, Caluit, 

Cemo, Kili, Kvacaleyn, Lae, Lib, Likiep, Macuro, Mecit, Mili, 

Namorik, Namu, Ronqelap, Ronqerik, Taka, Ucae, Ucalanq, 

Utirik, Ebon, Enivetok və Erikub) ibarətdir.  

Dövlət başçısı: Mövcud Konstitusiyaya görə dövlətin və 

hökumətin başçısı, habelə vətəndaşların hüquqlarının təminatçısı 

sayılan, bütövlükdə ölkənin idarə edilməsində geniş  səlahiyyət-

lərə malik olan Prezident Nitijelanın (Aşağı Palata) üzvləri 

arasından sadə səs çoxluğu ilə 4 il müddətinə seçilir.  

Eyni zamanda Kabinetin  və  Nitijelanın  üzvü olan dövlət 

başçısı Prezident seçildiyi andan ötən 7 gün ərzində minimum 6 

nazirin namizədliyini təqdim etməzsə, onun vəzifə  səlahiyyət-

lərinə Parlamentdə səs çoxluğu ilə xitam verilir və dərhal yeni 

seçkilərin vaxtı təyin edilir.   

Bununla belə, yeni seçilmiş Prezident tərəfindən 30 günlük 

müddət ərzində Kabinetin tərkibi formalaşdırılmadığı və 2 dəfə 

ardıcıl olaraq dövlət başçısına etimadsızlıq göstərildiyi təqdirdə 

Parlament buraxıla bilər.  

10 yanvar 2012-ci ildən etibarən  Marşal Adalarının hazırkı, 

sayca 7-ci Prezidenti Kristofer Loikdir. 



Qanunverici Hakimiyyət:  Marşal Adalarının Parlamenti 

2 palatadan – 12 yerlik Rəhbərlər Şurasından (Yuxarı Palata) 

və 33 yerlik Nitijeladan  (Aşağı Palata) ibarətdir. 21 yaşına 

çatmış ölkə vətəndaşları ümumi seçki hüququ əsasında və sadə 

səs çoxluğu ilə 4 il müddətinə Nitijelaya üzv seçilə bilərlər. 

Yuxarı Palata Marşal Adalarına aid olan istənilən məsə-

lələri müzakirə etmək,  Nazirlər Kabinetinə münasibətdə öz 

mövqeyini bildirmək, ümumi hüquqla bağlı istisnasız olaraq 

bütün qanunlara yenidən baxmağı tələb etmək və bir sıra digər 

mühüm səlahiyyətlərə malikdir.  

Aşağı Palatanın  səlahiyyətlərinə qanunların hazırlanması 

və qəbulu, beynəlxalq müqavilələr və sazişlərin ratifikasiyası, 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə