Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə61/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   57   58   59   60   61   62   63   64   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



202 

prezident (14 yanvar 2012-ci ildən etibarən Vətən Partiyasının 



üzvü xanım Roksana Baldettidir) majoritar sistem əsasında iki 

mərhələli, birbaşa ümumxalq səsverməsi yolu ilə, bir dəfədən 

çox olmamaqla 4 il müddətinə seçilir. Mövcud Konstitusiyaya 

görə vitse-prezident, vəzifə müddətinin bitməsindən 4 il sonra 

Prezident seçkilərində iştirak edə bilər.   

Dövlət başçısı qarşısında kollektiv məsuliyyət daşıyan 



Hökumət vasitəsilə icra hakimiyyətini həyata keçirir. 

Hazırkı ölkə Prezidenti 14 yanvar 2012-ci ildən  Vətən 



Partiyasının təmsilçisi Otto Peres Molinadır. 

Qanunverici hakimiyyət: Mövcud konstitusiyaya görə bir 

palatalı qanunverici orqan Konqresdir. 158 yerlik Parlamentə 

29 deputat ümummilli siyahı üzrə, qalan 129 üzv isə yerli 

departamentlərin müəyyənləşdirdiyi siyahılar üzrə birbaşa 

seçkilərdə 4 il müddətinə seçilir. 

Konqres mütləq səs çoxluğu ilə onun və Prezidentin qarşı-

sında məsuliyyət daşıyan istənilən nazirə etimadsızlıq göstərə 

bilər və bu da sonuncunun istefası ilə  nəticələnə bilər. Prezi-

dent nazirin istefasına razılıq verməzsə, Parlament 2/3 səs 

çoxluğu ilə istefanı təkid edə bilər.  

11 sentyabr 2011-cu ildə keçirilmiş son seçkilər nəticə-

sində Parlamentdə təmsil olunan əsas siyasi partiyalar:  



Vətən Partiyası- (56 deputat), 

UNE – GANA -(48 deputat), 

Milliyyətçi Dəyşiklik İttifaqı- (14 deputat), 

Yenilənmiş Demoratik Azadlıq - (14 deputat), 

Kompromis, Yenilənmə və Qanun (12 deputat), 

VİVA – (6 deputat) və s. 

Məhkəmə hakimiyyəti: 5 illik müddətə seçilən 13 üzvdən 

ibarət  Ali Məhkəmə,  habelə eyni müddətə  ölkə Prezidenti, 



Konqres, Ali Məhkəmə, Qvatemala Universitetinin Ali Şurası 

və  Vəkillər Kollegiyası  tərəfindən seçilən 5 üzvdən ibarət 

Konstitusiya Məhkəməsi ölkədə  məhkəmə hakimiyyətini 

həyata keçirir




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

203 


QVİNEYA 

 

 

     


 

 

Ümumi məlumat:  Müstəmləkə dövründən  əvvəl indiki 

Qvineya  ərazisində müxtəlif erkən feodal dövlətləri mövcud 

olmuşdur. XIX əsrin sonlarında ölkə  ərazisi fransız müstəm-

ləkəçiləri tərəfindən işğal edilmişdir.  

1958-ci ildən etibarən Qvineya müstəqil dövlətdir. 



Qərbi Afrikada yerləşən Qvineya Respublikasının paytaxtı 

Konakri şəhəridir. 

Ölkənin  ərazisi 245,857 km², əhalisi  (2009) 10,057,975 

nəfərdir (əhali sıxlığı 40.9  nəfər/km²).  

Qvineya Respublikasının rəsmi dövlət dili fransız dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.344 – aşağıdır (178-ci yer). 



Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarəet-

mə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1958) oktyabr ayının 2-də qeyd olunur. Ölkə 

Konstitusiyası 23 dekabr 1990-cı ildə qəbul edilmişdir.  



İnzibati bölgüsü: Ölkə 8 əyalətə (Boki, Farana, Nzerekore, 

Mamu,  Kankan, Kindiya, Labe əyalətləri və onlara bərabər 

tutulan paytaxt Konakri) və 33 prefekturaya bölünür.  

Dövlət başçısı: Ümumxalq səsverməsi yolu ilə 7 il müd-

dətinə seçilən  prezident  dövlət və hökumət başçısı, eyni za-

manda silahlı qüvvələrin ali baş komandanıdır. Dövlətin idarə 

olunmasında kifayət qədər geniş səlahiyyətlərə malik olan Pre-

zident icra hakimiyyətinə rəhbərliyi 8 region və 33 prefektura 

üzrə həyata keçirir və bu fəaliyyətində dövlət başçısına, təyin 

və azad etdiyi 25 nazirdən ibarət olan Hökumət üzvləri kömək 

edirlər. 




Яли Щясянов, Адил Вялийев

 

 



204 

Mövcud Konstitusiyada təsbit edilməsə də, məhdud səla-

hiyyətə malik olan Qambiyanın  Baş naziri qarşısında birbaşa 

məsuliyyət daşıdığı Prezident tərəfindən təyin edilir.  

Dövlət başçısı aralarında prinsipial dövlət məsələləri ilə 

bağlı tənzimlənməsi mümkün olmayan fikir ayrılığı yarandığı 

hallarda Milli Assambleyanı buraxmaq və erkən seçkiləri elan 

etmək səlahiyyətinə malikdir.  

2010-cu ilin 27 iyun (I tur) və 07 noyabr (II tur) tarixlə-

rində, ölkə  vətəndaşlarının iştirak etdiyi son Prezident seçki-

lərində 52.52% səs toplamış  Alfa Konde Qvineya Respub-

likasının dövlət başçısı seçilmişdir.   



Qanunverici hakimiyyət: Birpalatalı, 114 yerlik Milli 

Assambleyadır. Parlamentin 38 deputatı majoritar, 76 üzvü isə 

proporsional seçki sistemi üzrə 5 il müddətinə seçilir. 

Son Parlament seçkiləri 2002-ci ildə keçirilmişdir. 2008-ci 

ildə ölkədə baş vermiş  hərbi çevrilişdən sonra ölkədə 

Parlament fəaliyyətini dayandırmışdır  (İlkin versiyalara görə 

Qvineyada növbəti Parlament seçkilərinin 11 illik fasilədən 

sonra, 2013-cü ilin martında keçirilməsi nəzərdə tutulur ).  

İcraedici hakimiyyət: Hökumət (Nazirlər Kabineti) Qam-

biya Respublikasında icra hakimiyyətini həyata keçirməkdə 

səlahiyyətlidir. 24 dekabr 2010-cu ildən etibarən  Məhəmməd 

Səid Fofana ölkə Prezidenti tərəfindən sayca 12-ci Baş nazir 

vəzifəsinə təyin edilmişdir.  



Fofananın təyinatı dövlət başçısının susu və cənub bölgə-

sinin digər  əhalisinin seçkilərdə ona verdikləri dəstəyə cavab 

olaraq minnətdarlıq jesti kimi qəbul edilir. Belə ki, Baş nazir 

təyinatından  əvvəl o qədər də tanınmayan  M.S.Fofana  susu 

xalqının nümayəndəsidir.  

Məhkəmə hakimiyyəti:  Hakimləri Prezident tərəfindən 

təyin edilən və ölkədə Konstitusiya nəzarəti orqanının səlahiy-

yətlərini həyata keçirən  Ali Məhkəmə,  habelə  Apelyasiya və 

birinci instansiya məhkəmələri  Qvineyanın məhkəmə haki-

miyyətini həyata keçirir




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə