Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə57/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   53   54   55   56   57   58   59   60   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



186 

üzvlərinin, hakimlərin və digər vəzifəli  şəxslərin təyin edil-

məsi və s. qeyd olunmalıdır. Ölkə Prezidenti (vitse-prezidentlə 

birlikdə) ümumi seçki hüququ əsasında 2 turdan ibarət səsver-

mədə, iki dəfədən çox olmamaqla 6 il müddətinə seçilir.  

Ölkənin hazırkı, sayca 24-cü Prezidenti 16 yanvar 2006-cı 

ildən etibarən  Vəhdət Partiyasının  lideri  xanım  Elen-Conson 



Serlifdir. 

Konstitusiyaya uyğun olaraq, öz vəzifələrini yerinə yetir-

mək imkanının qeyri-mümkün olduğu fəaliyyət qabiliyyət-

sizliyi halında Prezidenti əvəz edən vitse-prezident vəzifəsi 

təsbit edilmişdir. Vitse-prezidentliyə namizədlər üçün dövlət 

başçısı seçilməsi üçün qeyd olunan şərtlərə uyğun tələblər 

qoyulur. 

15 yanvar 2006-cı ildən etibarən vitse-prezident Vəhdət 



Partiyasının təmsilçisi Cosef Bokaydır. 

Qanunverici hakimiyyət:  Ümumi səsvermə yolu ilə 6 il 

müddətinə seçilən 73 yerlik Nümayəndələr Palatasından  və 

seçkilərdə daha çox səs toplamış senatorların 9 il müddətinə

səsvermədə ikinci olmuş üzvlərin isə 6 il müddətinə yer aldığı 

30 yerlik Senatdan ibarət iki palatalı Parlamentdir.  

Liberiya Respublikasının vitse-prezidenti (Cosef Bokay) 

Senatın sədridir və o, səsvermə zamanı səslərin bərabər olduğu 

hallar istisna olmaqla, səsvermə hüququna malik deyil.  

Nümayəndələr Palatasının və Senatın birgə sessiyalarında 

bir qayda olaraq iclaslara Palatanın spikeri (Aleks Tayler) 

sədrlik edir. 

 11 oktyabr 2011-ci il tarixində hər iki palataya keçirilən 

seçkilər nəticəsində ölkənin  əsas siyasi partiyası olan Vəhdət 

Partiyası böyük üstünlüklə qalib gələrək Parlamentdə  təmsil 

olunmaq hüququ əldə etmişdir:   



Vəhdət Partiyası (24 deputat, 10 senator), 

Demokratik  İslahatlar Naminə Konqres (11 deputat, 3 

senator), 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

187 


Azadlıq Partiyası (7 deputat, 1 senator), 

Demokratik  İnkişaf Naminə Milli Birlik (6 deputat, 2 

senator), 

Milli Demokratik Koalisiya (5 deputat, 1 senator), 

Milli Vətən Partiyası (3 deputat, 6 senator), 

Sülh və Demokratiya Naminə Alyans (3 deputat, 2 

senator) və s.  

Məhkəmə hakimiyyəti:  Tamhüquqlu üzv-hakimlərlə ya-

naşı Prezident tərəfindən irəli sürülən və Senatda təsdiq edilən 

4 assosiativ üzvlərin də yer aldığı  Ali Məhkəmə  tərəfindən 

həyata keçirilir.  



 

 

 

 


Яли Щясянов, Адил Вялийев

 

 



188 

QABON 

 

 

   


 

 

Ümumi məlumat: Qabonun ərazisi XIX əsrin ikinci yarı-

sından etibarən fransızların nəzarətində olmuş, 1903-cü ildən 

isə rəsmən Fransanın müstəmləkəsinə çevrilmişdir. 

 Qabon 1960-cı ildə dövlət müstəqilliyini elan etmişdir. 



Mərkəzi Afrikada yerləşən  Qabon Respublikasının pay-

taxtı Librevil şəhəridir. 

Ölkənin  ərazisi 267,667 km², əhalisi  (2009) 1,475,000 

nəfərdir (əhali sıxlığı 5.5  nəfər/km²).  



Qabon Respublikasının rəsmi dövlət dili fransız dilidir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.674 – ortadır  (106-cı 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik Respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1960) avqust ayının 17-də qeyd olunur. 

Ölkə Konstitusiyası 26 mart 1991-ci ildən qüvvədədir.  



İnzibati bölgüsü: 37 departamentə bölünmüş 9 əyalətdən 

(Estuare, Yuxarı Oqove, Orta Oqove, Nquni, Nyanqa, Oqove-

İvindo, Oqove-Lolo, Oqove-Maritim və Volyu-Ntem) ibarətdir.  

Dövlət başçısı:  Ölkə  vətəndaşları  tərəfindən 7 illik müd-

dətə seçilən  Prezidentdir. 2003-cü ildə Konstitusiyaya edilən 

düzəlişlərə əsasən Prezidentlik müddəti üçün nəzərdə tutulmuş 

məhdudiyyət ləğv edilmişdir.  

Bütövlükdə, Fransanın dövlət başçısının geniş səlahiyyət-

lərinə uyğunlaşdırılmış Qabon Prezidentinin səlahiyyətinə 

Hökumətlə birlikdə xalqın milli siyasi kursunu müəyyən et-



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

189 


mək, Baş naziri, Nazirlər Kabinetinin üzvlərini və müstəqil Ali 

Məhkəmənin hakimlərini təyin və azad etmək daxildir.  

Ölkə Prezidenti Milli Assambleyanı buraxmaq, qanunların 

qüvvəyə minməsini gecikdirmək və referendum təyin etmək 

hüququna malikdir. 

16 oktyabr 2009-cu ildən ölkəyə hazırkı, sayca 5-ci Pre-

zident Ali Ben Bonqo Ondimba (Qabon Demokratik Partiyası) 

rəhbərlik edir. 

 Qanunverici hakimiyyət: Ümumi səsvermə yolu ilə 5 il 

müddətinə seçilən 120 yerlik Milli Assambleyadan və  Bələ-

diyyə Şuraları, habelə Regional Assambleyalar tərəfindən bir-

mandatlı dairələrdən 6 il müddətinə seçilən 102 yerlik 



Senatdan ibarət iki palatalı Parlamentdir.  

Senat 1990-1991-ci illərdə ölkədə baş vermiş konstitusion 

dəyişikliklərdən sonra yaradılsa da, 1997-ci il seçkilərindən 

sonra fəaliyyətə başlamışdır. 2009-cu il seçkilərindən başlaya-

raq bəzi dairələrdən iki senator seçilməsi mümkündür. Pre-

zident öz vəzifəsini yerinə yetirmək iqtidarında olmadığı təq-

dirdə Senatın sədri  (Rouz Fransin Rogombe) onu əvəz etmək 

səlahiyyətinə malikdir.  

17 dekabr 2011-ci il tarixində  Milli Assambleyaya  və 18 

yanvar 2009-ci ildə Senata keçirilən seçkilər nəticəsində ölkə-

nin əsas siyasi partiyası olan Demokratik Partiya böyük üstün-

lüklə qalib gələrək Parlamentdə  təmsil olunmaq hüququ əldə 

etmişdir:   



Qabon Demokratik Partiyası (115 deputat, 92 senator), 

Qabon Naminə Ralli (3 deputat, 2 senator), 

Liberal İslahatçılar Dairəsi Partiyası (1 deputat, 1 sena-

tor), 

Sosial Demokratik Partiya (1 deputat, 1 senator) və s.  

İcraedici hakimiyyət:  Hökumətə Prezident tərəfindən 

təyin edilən Baş nazir başçılıq edir. Dövlət başçısı Baş naziri 

öz təşəbbüsü ilə, habelə Hökumət başçısının xahişi və  Milli 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə