Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə56/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   52   53   54   55   56   57   58   59   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



182 

böyük üstünlüklə qalib gələrək  Parlamentdə  təmsil olunmaq 

hüququ əldə etmişdir:   

Konqoleziya  Əmək Partiyası  (89 deputat, lideri Deni 

Sassu Nqessu), 

Demokratiya və  İnteqral  İnkişaf Naminə Konqoleziya 

Hərəkatı (7 deputat), 

Sosial-Demokratlar üçün Pan-Afrika İttifaqı (7 deputat), 

Müstəqillər (12 deputat) və s. 

Məhkəmə hakimiyyəti:  Konqo Respublikasında  ən 

yüksək məhkəmə instansiyası sayılan  Ali Məhkəmə,  habelə 



Apelyasiya və 1-ci instansiya məhkəmələri ölkədə  məhkəmə 

hakimiyyətini həyata keçirir. Konqoda yetkinlik yaşına çatma-

yanların işləri üzrə ixtisaslaşmış  məhkəmələr fəaliyyət 

göstərir. 

Əyalətlərdə və kənd yerlərində mülki mübahisə və hüquq-

pozmalarla bağlı  işlərin böyük əksəriyyəti yerli məhkəmələr 

tərəfindən baxılır.  

 

 



 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

183 


KOSTA-RİKA 

 

    


 

 

Ümumi məlumat: 1502-ci ildə X.Kolumb tərəfindən kəşf 

edilmiş indiki Kosta-Rika  ərazisi, 1509-cu ildə ispanların 

işğalına məruz qalmışdır.  

1821-ci ildə Kosta-Rika müstəqilliyini elan etmiş, bununla 

belə, 1822-1838-ci illərdə qonşu dövlətlərlə federasiya 

yaradaraq Meksika İmperiyasının tərkibinə daxil olmuşdur.  



Mərkəzi Amerikada yerləşən  Kosta-Rika Respublikasının 

paytaxtı San-Xose şəhəridir. 

Ölkənin  ərazisi 51,100 km², əhalisi  (2011) 4,301,712 

nəfərdir (əhali sıxlığı 84  nəfər/km²).  



Kosta-Rika Respublikasının rəsmi dövlət dili ispan dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.744 – yüksəkdir (69-cu 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1821) sentyabr ayının 15-də qeyd olunur. 

Ölkə Konstitusiyası 07 noyabr 1949-cu ildən qüvvədədir.  



İnzibati bölgüsü: Kantonlardan ibarət olan 7 əyalətə 

(Alaxuela, Kartaqo, Quanakaste, Erediya, Limon, Puntarenas 

və San-Xose) bölünür.  

Dövlət başçısı: Ümumxalq səsverməsi yolu ilə, bir dəfədən 

çox olmamaqla 4 il müddətinə seçilən  Prezident - dövlət və 

hökumət başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. 

Nazirlər Kabineti Prezident tərəfindən formalaşır və onun üzvləri 

Parlamentdə mandata sahib olmayan şəxslərdən təyin edilir.  




Яли Щясянов, Адил Вялийев

 

 



184 

Prezident qanunvericilik təşəbbüsü hüququna malikdir və 

zəruri hallarda xüsusi iclaslarını çağırdığı Parlamentin qərar-

larına veto qoymaqda səlahiyyətlidir.  Əyalət qubernatorları 

dövlət başçısı tərəfindən təyin edilir və yerlərdə onun birbaşa 

səlahiyyətli nümayəndələri sayılırlar. 

Kosta-Rikanın hazırkı və ilk qadın Prezidenti 8 may 2010-

cu ildən etibarən  Milli Azadlıq Partiyasının  təmsilçisi  xanım 



Laura Çinçilyadır.  

Qanunverici hakimiyyət:  Bir palatalı  Assambleyadır. 

Parlamentin 57 üzvü partiya siyahıları ilə proporsional nüma-

yəndəlik sistemi üzrə 4 il müddətinə (səsvermə məcburidir) se-

çilir. Parlament 2/3 səs çoxluğu ilə ölkə Prezidenti tərəfindən 

qoyulan vetonu ləğv edə bilər.  

Assambleya dövlət büdcəsini müzakirə və təsdiq etməkdə, 

qanunları qəbul və ya onlara dəyişikliklər etməkdə, beynəlxalq 

müqavilələri ləğv və ya ratifikasiya etməkdə, üzvlərinin ara-

sından formalaşdırdığı Parlament təhqiqat komissiyaları vasi-

təsilə istənilən məsələ ilə bağlı müstəqil araşdırmalar apar-

maqda, milli vergiləri tətbiq etməkdə və bələdiyyə vergilərinin 

funksionallağına razılıq verməkdə, Ali Məhkəmənin sədrini, 

onun müavinini və üzvlərini təyin etməkdə və Konstitusiya ilə 

nəzərdə tutulmuş digər məsələlər üzrə səlahiyyətlidir.  

Ölkə Parlamentinin hazırkı sədri Victor Emilio Granados 



Kalvodur. 

2010–cu ilin fevral ayında ölkə Parlamentinə seçkilərdə 

qalib gəlmiş əsas siyasi partiyalar:  

Milli Azadlıq Partiyası (24 deputat), 

Vətəndaş Hərəkatı Partiyası (12 deputat), 

Libertarian Hərəkat Partiyası (9 deputat), 

Birləşmiş Xristian-Sosialist Partiyası (6 deputat) və s. 

Məhkəmə hakimiyyəti:  Qanunvericilik Assambleyası tə-

rəfindən 8 il müddətinə seçilmiş 22 hakimdən ibarət  Ali 



Məhkəmə ölkədə  məhkəmə hakimiyyətini həyata keçirir. Ali 

Məhkəmənin tərkibində  fəaliyyət göstərən  Konstitusiya Pala-



tası, qanunvericiliyin konstitusiyaya uyğunluğunu yoxlayır.  


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

185 


LİBERİYA 

 

    


 

 

Ümumi məlumat:  1821-ci ildə indiki Liberiya  ərazisinə 

Amerika Birləşmiş  Ştatlarında köləlikdən azad edilmiş  zən-

cilərin köçürülməsinə başlanılmışdır. 1847-ci ildə isə Liberiya 



Respublikasının yaradılması müstəmləkəçilər tərəfindən rəs-

mən elan edilmişdir. 



Qərbi Afrikada yerləşən Liberiya Respublikasının paytaxtı 

Monroviya şəhəridir. 

Ölkənin  ərazisi 111,369 km², əhalisi  (2011) 4,128,572 

nəfərdir (əhali sıxlığı 35.5  nəfər/km²).  

Liberiya Respublikasının rəsmi dövlət dili ingilis dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.329 – aşağıdır (182-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1847) 26 iyulda qeyd olunur. Ölkə Konstitu-

siyası 06 yanvar 1986-cı ildən qüvvədədir.  



İnzibati bölgüsü: Liberiya Respublikası  53  dairəni  (ra-

yonu) birləşdirən 15 Qraflığa (Bomi, Bonq, Qbarpolu, Qrand-

Basa, Qrand-Keyp-Maunt, Qrant-Qede, Qrand-Kru, Lofa, 

Marqibi, Merilend, Montserrado, Nimba, River-Sess, River-Qi 

və Sinoe) bölünür.  

Dövlət başçısı: Dövlətin  Hökumətin başçısı olan Prezi-

dent, eyni zamanda silahlı qüvvələrin ali baş komandanıdır. 

Dövlət başçısının digər vəzifələri arasında qanun layihələrinin 

imzalanması  və ya onlara veto qoyulması,  əfv etmə,  Kabinet 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə