Яли Щясянов, Адил Вялийев
178
Dövlət başçısı: Mövcud Konstitusiyaya görə ümumxalq
səsverməsi yolu ilə 4 il müddətinə seçilən ölkə Prezidenti
Komor Adaları Respublikasının milli və dini birliyinin rəmzi,
milli müstəqilliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün, in-
san hüquq və azadlıqlarının təminatçısı, dövlətin və hökumətin
başçısı, habelə silahlı qüvvələrin ali baş komandanıdır.
Prezidentliyə namizəd 3 adadan mürəkkəb, lakin şəffaf
seçki sisteminə əsaslanan növbəlilik prinsipi ilə irəli sürülür.
Prezidentin rəhbəri olduğu Hökumətin tərkibi də 3 adanın hər
birindən proporsional şəkildə formalaşır.
Geniş səlahiyyətlərə malik olan 3 vitse-prezident dövlət
başçısına Komor Adalarının daxili və xarici siyasətinin həyata
keçirilməsində müxtəlif sahələr üzrə köməklik göstərir.
26 may 2011-ci il tarixindən etibarən Komor Adaları
Respublikasının hazırkı, sayca 15-ci dövlət başçısı, Prezident
Partiyasının (Baobab) nümayəndəsi olan İkililu Duanindir.
Qanunverici hakimiyyət: Bir palatalı Komor İttifaqı As-
sambleyası 33 deputatdan ibarətdir. Parlamentə 18 üzv majo-
ritar qaydada iki turdan ibarət olan seçkilərdə mandat əldə
edir, 15 deputat isə 3 adanın kifayət qədər geniş səlahiyyətlərə
malik olan regional assambleyaları tərəfindən təyin olunur.
Assambleyanın deputatlarının səlahiyyət müddəti 5 ildir.
Ölkədə ali qanunverici hakimiyyət ənənəvi qanunvericilik
funksiyalarını (qanunların hazırlanması və qəbul edilməsi)
yerinə yetirməkdə səlahiyyətli olan Parlament və fəaliyyətinə
Komor İttifaqı Assambleyasının nəzarət etdiyi yuxarı icra
orqanı sayılan Hökumət tərəfindən həyata keçirilir.
06-20 dekabr 2009-cu il tarixlərində keçirilmiş sonuncu
Parlament seçkiləri nəticəsində Komor İttifaqı Assambleyasına
mandat əldə etmiş ölkənin əsas siyasi partiyaları:
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
179
Prezident Partiyası (Baobab) – (16 yer),
Prezidentin Müttəfiqləri – (3 yer),
Müxalifət – (5 yer),
Regional Assambleyaların Nümayəndələri - (9 yer).
Məhkəmə hakimiyyəti: 2 üzvü ölkə Prezidenti tərəfindən
təyin edilən, 2 üzvü Komor İttifaqı Assambleyasında seçilən,
hər adadan bir hakimlə təmsil olunan və nəhayət sabiq
prezidentlərin yer aldığı ən yüksək məhkəmə instansiyası
sayılan Ali Məhkəmə tərəfindən həyata keçirilir.
Яли Щясянов, Адил Вялийев
180
KONQO RESPUBLİKASI
Ümumi məlumat: Artıq X-XIII əsrlərdə Konqo çayının
hövzəsində meydana gəlmiş erkən dövlət birləşmələri XVI
yüzilliyin sonlarına qədər mövcud olmuşdur. XIX əsrin sonla-
rında müasir Konqo Respublikasının ərazisi fransız müstəm-
ləkəçiləri tərəfindən zəbt edilmiş və yalnız 1960-cı ildə Konqo
dövlət müstəqilliyini əldə etmişdir.
Mərkəzi Afrikada yerləşən Konqo Respublikasının pay-
taxtı Brazzavil şəhəridir.
Ölkənin ərazisi 342,000 km², əhalisi (2010) 4,366,266
nəfərdir (əhali sıxlığı 12,8 nəfər/km²).
Konqo Respublikasının rəsmi dövlət dili fransız dilidir .
Dövlətin İnsan İnkişafı İndeksi - 0.533 - ortadır (137-ci
yer).
Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarə-
etmə üsuluna malik Respublikadır. Milli bayram günü olan
müstəqillik günü (1960) avqust ayının 15-də qeyd olunur.
Konqo Respublikasının Konstitusiyası 20 yanvar 2002-ci ildə
qəbul edilmişdir.
İnzibati bölgüsü: 11 departamentdən (Buenza, Qərbi Kyu-
vet, Kuilu, Kyuvet, Lekumu, Likuala, Niari, Plato, Pul, Puent-
Nuar və Sanqa) və paytaxt Brazzavil şəhərindən ibarətdir.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
181
Dövlət başçısı: Ölkə vətəndaşları tərəfindən ardıcıl iki
dəfədən çox olmamaq şərti ilə, 7 illik müddətə seçilən Pre-
zident – Konstitusiyanın, hüquqi dövlətin milli müstəqilliyinin,
təhlükəsizliyinin və ərazi bütövlüyünün ali təminatçısı, döv-
lətin və hökumətin başçısı, habelə silahlı qüvvələrin ali baş
komandanıdır. Hökumətə rəhbərliyi həyata keçirən ölkə Pre-
zidenti formalaşdırdığı Kabinetin üzvlərini təyin və azad
etmək səlahiyyətlərinə malikdir.
İcra hakimiyyəti ilə yanaşı, dövlət başçısı Parlamentlə
birlikdə qanunvericilik hakimiyyətini də həyata keçirir.
25 oktyabr 1997-ci ildən ölkəyə hazırkı, sayca 5-ci
Prezident Deni Sassu Nqessu rəhbərlik edir (12 iyul 2009-ci il
tarixində keçirilmiş sonuncu Prezident seçkiləri nəticəsində
Deni Nqessu 78.6% səs toplayaraq qalib gəlmiş və növbəti
dəfə dövlət başçısı seçilmişdir) .
Qanunverici hakimiyyət: Ümumi səsvermə yolu ilə bir-
mandatlı seçki dairələrindən 5 il müddətinə seçilən 153 yerlik
Milli Məclisdən və 12 departamentin hər birindən 6 nəfər
olmaqla, yerli və regional şuralar tərəfindən 6 il müddətinə
seçilən 72 yerlik Senatdan ibarət iki palatalı Parlamentdir.
Senatın (Yuxarı Palata) tərkibinin 1/3-i növbəlilik prinsipi
ilə hər iki ildən bir dəyişir. Senatorlar mütləq Konqo vətəndaşı
olmalıdır və onların aşağı yaş həddi 50-dən az olmamalıdır.
Parlamentin hər iki palatası öz səlahiyyətləri çərçivəsində
qanunvericilik fəaliyyətini həyata keçirməklə yanaşı, mövcud
Konstitusiya ilə nəzərdə tutulmuş digər funksiyaları da yerinə
yetirirlər.
15 iyul (1-ci tur) və 29 iyul (2-ci tur) 2012-ci il tarix-
lərində Milli Assambleyaya keçirilən seçkilər nəticəsində
ölkənin əsas siyasi partiyası olan Konqoleziya Əmək Partiyası
Dostları ilə paylaş: |