Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə52/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   48   49   50   51   52   53   54   55   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



166 

İnzibati bölgüsü:  10 regiona (Adamava,  Şimal, Uzaq 

Şimal, Şimal-Qərb, Qərb, Şərq, Cənub, Cənub-Qərb, Mərkəzi, 

Sahilyanı) bölünür. 

Dövlət başçısı:  Konstitusiyaya edilmiş 2008-ci il düzəli-

şinə  əsasən Kamerun Respublikasının Prezidenti birbaşa seç-

kilərdə sadə səs çoxluğu sistemi üzrə, qeyri-məhdud sayda 7 il 

müddətinə seçilir. Dövlət başçısı statusuna malik olan və ölkə-

də çox geniş  səlahiyyətlərə malik olan Prezident, eyni za-

manda Silahlı Qüvvələrin ali baş komandanıdır.  

Kamerun Prezidenti, Baş nazir  də daxil olmaqla bütün 

səviyyələrdə dövlətin vəzifəli şəxslərini, məhkəmə korpusunun 

bütün hakimlərini,  əyalət qubernatorlarını  təyin edir, ölkəni 

daxildə və xaricdə təmsil edir, habelə Kamerun Respublikası-

nın adından apardığı ikitərəfli və çoxtərəfli danışıqlar müstə-

visində beynəlxalq saziş və müqavilələri imzalayır.   

6 noyabr 1982-ci ildən etibarən ölkə Prezidenti Pol Biya-

dır  (09 oktyabr 2011-ci ildə keçirilmiş Prezident seçkilərində 

P.Biya 78% səslə qalib gələrək yenidən dövlət başçısı seçil-

mişdir). 

Qanunverici hakimiyyət:  Birpalatalı, 180 yerlik Milli 

Məclisdir. Parlamentə nümayəndələr proporsional nümayəndə-

lik sistemi üzrə 49 seçki dairəsindən 5 illik müddətə seçilirlər.  

Milli Məclis deputatların böyük səs çoxluğu ilə qanunları 

qəbul edir, illik dövlət büdcəsini müzakirə  və  təsdiq edir, 

beynəlxalq müqavilələri ratifikasiya edir, bəzi təyinatları  və 

istisnasız olaraq ali qanunvericilik hakimiyyətinin digər 

funksiyalarını həyata keçirir.  

Kamerun Xalq Demokratik Hərəkat Partiyasının  üzvü 

Kavae Veque Cibrel 1992-ci ildən etibarən  Kamerun Milli 

Məclisinin sədridir. 

2007-ci ilin 22 iyul - 30 sentyabr tarixlərində keçirilmiş 

Parlament seçkiləri nəticəsində  Milli Məclisdə  təmsil olunan 

əsas siyasi partiyalar: 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

167 


Kamerun Xalq Demokratik Hərəkat Partiyası (153 yer), 

Sosial Demokratik Cəbhə (16 yer), 

Milli Demokratiya və İnkişaf Birliyi (6 yer), 

Kamerun Demokratik İttifaqı (4 yer), 

Tərəqqi Hərəkatı (1 yer). 

İcraedici hakimiyyət:  Hökumətə  (Nazirlər Kabineti) 

Prezidentin təyin etdiyi Baş nazir  rəhbərlik edir. Ölkənin da-

xili və xarici siyasət kursunu müəyyənləşdirən  Nazirlər Ka-

bineti öz fəaliyyətini tam olaraq dövlət başçısının iradəsinə 

uyğun şəkildə həyata keçirir. 



Kamerun Xalq Demokratik Hərəkat Partiyasının  təmsil-

çisi Filemon Yanq 30 iyun 2009-cu ildən etibarən Kamerunun 



12-ci Baş naziridir. 

Məhkəmə hakimiyyəti:  Ədliyyə Nazirliyinin tabeliyində-

dir. Üzvləri Kamerun Parlamenti tərəfindən seçilən 9 hakim-

dən ibarət  Ali Məhkəmə  yalnız Prezidentin razılığı ilə qanun-

ların Konstitusiyaya uyğunluğunu araşdırıb müəyyən edə bilər. 



Ali Məhkəmə ilə yanaşı ölkədə digər ixtisaslaşmış və yerli 

məhkəmələr də fəaliyyət göstərir. 



 

 

 

 

 


Яли Щясянов, Адил Вялийев

 

 



168 

KİPR RESPUBLİKASI 

 

 

    


 

 

Ümumi məlumat: Əsrlər boyu Bizans İmperiyasının, Ve-

nesiyanın, səlib yürüşçülərinin, 1570-ci ildən Osmanlı İmperi-

yasının,  1878-ci ildən isə  Britaniya  müstəmləkələrinin tərki-

binə daxil olmuş  Kipr, 1960-cı ilin avqust ayında dövlət 

müstəqilliyini əldə etmişdir.  

Asiyanın  qərb hissəsində  yerləşən  Kipr Respublikasının 

paytaxtı Nikosiya  şəhəridir. 

Ölkənin  ərazisi 9,251 km², əhalisi  (2011) 1,099,341 

nəfərdir (əhali sıxlığı 117,0  nəfər/km²).  



Kiprin rəsmi dövlət dili yunan və türk dilləridir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.840 – çox yüksəkdir 



(31-ci yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik  respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1960) avqust ayının 16-da qeyd olunur. 

Ölkə Konstitusiyası 16 avqust 1960-cı ildən qüvvədədir.   



(1983-cü ildə Kipr adasının Türk icmasının məskunlaşdığı 

şimal hissəsində yaradılmış  Şimali Kipr Türk Respublikası 

beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən 

tanınmayan dövlət qurumudur. ŞKTR 1974-cü ildə yunan 

millətçilərinin qiyamından sonra Türkiyə    tərəfindən adadakı 

türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçi-

rilən hərbi müdaxilə  nəticəsində türk ordusunun nəzarətinə 

keçən torpaqlarda yaradılmışdır.  


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

169 


Adanın üçdə bir hissəsinə  nəzarət edən  ŞKTR-i dünya 

dövlətləri münaqişənin hüquqi həllinə  qədər rəsmən tanımaq 

istəməsələr də, onlardan bir çoxu  ŞKTR ilə qeyri-rəsmi iqti-

sadi və mədəni əlaqələr saxlayırlar).  

İnzibati bölgüsü:  33 bələdiyyəni (icma) birləşdirən Niko-

siya (Şimali Kipr Türk Respublikasının bir hissəsi), Kireneya 

(ŞKTR-ın böyük hissəsi), Larnaka (ŞKTR-ın bir  hissəsi), Li-

masol, Pafos və  Famaqusta (ŞKTR-ın tam hissəsi) rayonlarına 

(eparxiya) bölünür.   

Dövlət başçısı:  Ümumxalq səsverməsi yolu ilə, 5 il müd-

dətinə seçilən Prezident  dövlət və hökumət başçısıdır. Prezi-

dent icra hakimiyyətini Nazirlər Şurasının vasitəsi ilə   həyata 

keçirir. Dövlət başçısının səlahiyyəti dövlət siyasətinin mühüm 

məsələləri ilə bağlı vitse-prezidentə  (münaqişə ilə  əlaqədar 

olaraq vakant yerdir) veto hüququ verməklə məhdudlaşır.  

Üzvləri (nazirlər) Nümayəndələr Palatasında seçilən Kipr 

Hökuməti  İcra hakimiyyəti ilə yanaşı, Parlamentlə birlikdə 

qanunvericilik hakimiyyətini də həyata keçirir.   

Hakim Demokratik Birlik Partiyasının lideri Nikos Anas-

tasiadis 01 mart 2013-cü ildən etibarən ölkənin hazırkı, sayca 

7-ci  Prezidentidir (N.Anastasiadis 17-24 fevral 2013-cü il 



tarixlərində keçirilmiş iki turdan ibarət sonuncu prezident 

seçkilərində 57,48% səslə qalib gəlmişdir).  

Qanunverici hakimiyyət: Bir palatalı  Nümayəndələr Pa-

latasıdır.  Parlamentin 59 üzvündən 56-sı proporsional nüma-

yəndəlik sistemi üzrə partiya siyahıları ilə, etnik azlıqları təm-

sil edən digər üç nəfər isə müşahidəçi üzv qismində 5 il müd-

dətinə seçilir. Ölkədəki siyasi situasiya ilə  əlaqədar olaraq 

Türk icması üçün nəzərdə tutulmuş 24 yer 1964-cü ildən açıq 

qalır. 


Qanunların hazırlanması və qəbulu, illik dövlət büdcəsinin 

müzakirəsi və  təsdiqi, beynəlxalq müqavilə  və sazişlərin rati-

fikasiyası,  Nazirlər  Şurasının  fəaliyyətinə ümumi nəzarət və 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə