Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə49/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   45   46   47   48   49   50   51   52   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



156 

HONDURAS 

 

   


 

 

 Ümumi məlumat: 1522-ci ildə Hondurasın indiki ərazisi 

ispanlar tərəfindən işğal edilmişdir. 1821-ci ildə dövlət müs-

təqilliyini elan etmiş Honduras, 1823-1839-cu illərdə Mərkəzi 



Amerika Birləşmiş Federasiyasının tərkibinə daxil olmuşdur. 

Mərkəzi Amerikada yerləşən  Honduras Respublikasının 

paytaxtı Tequsiqalpa şəhəridir. 

Ölkənin  ərazisi 112,492 km², əhalisi  (2010) 8,249,574 

nəfərdir (əhali sıxlığı 64,0 nəfər/km²).  



Hondurasın rəsmi dövlət dili ispan dilidir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.625 - ortadır  (121-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1821) sentyabr ayının 15-də qeyd olunur. 

Ölkə Konstitusiyası 20 yanvar 1982-ci ildən qüvvədədir.  



İnzibati bölgüsü: 18 departamentə (Atlantida, Çoluteka, 

Kolon, Komayaqua, Kopan, Kortes, El-Paraiso, Fransisko-

Morasan,  İntibuka,  İslas-de-la-Baya, Qrasiyas-a Dyos, La-

Pas, Lempira, Santa-Barbara, Okotepeke, Olanço, Balye və 

Yoro) və Fransisko Morasan departamentinin daxilində  Mər-

kəz dairəsinə bölünür.  

Dövlət başçısı: Prezident – icraedici hakimiyyəti dövlətin 

nazirləri ilə birlikdə  həyata keçirir. Dövlət başçısı, silahlı 

qüvvələrin ali baş komandanı  və konstitusiyanın qarantı olan 

Prezident nazirləri və onların müavinlərini, bankların prezi-




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

157 


dentlərini və vitse-prezidentlərini təyin və azad etmək səla-

hiyyətlərinə malikdir. Dövlət başçısı mühüm qərarların qəbul 

edilməsi məqsədilə  Nazirlər  Şurasını çağırır və onun iclas-

larına sədrlik edir.  

Ölkə Prezidenti və dövlətin idarə olunmasında ona bilava-

sitə köməklik edən  vitse-prezidentlər yalnız bir müddətə se-

çilmək şərti ilə, ümumxalq seçkilərində birbaşa, bərabər, gizli 

və ölkə  vətəndaşlarının məcburi səsverməsi yolu ilə 4 illik 

müddətə seçilirlər.  

27 yanvar 2010-cu ildən etibarən Honduras Respubli-

kasına sayca 24-cü ölkə  Prezidenti, Honduras Milli Partiya-

sının üzvü Porfirio Lobo Sosa rəhbərlik edir. 

 Qanunverici hakimiyyət: Bir palatalı, 128 yerlik Milli 



Konqresdir. Honduras Parlamentinin deputatları ümumxalq 

seçkilərində proporsional sistem üzrə 18 dairədə birbaşa, bəra-

bər, gizli və ölkə vətəndaşlarının məcburi səsverməsi yolu ilə 4 

illik müddətə seçilirlər.  

Ənənəvi qanunvericilik səlahiyyətləri ilə yanaşı,  Milli 

Konqres Ali Məhkəmənin sədrini və üzvlərini, ölkənin Baş 

prokurorunu və onun müavinlərini seçir, icraedici hakimiy-

yətin təqdim etdiyi illik büdcə layihəsini müzakirə  və  təsdiq 

edir, beynəlxalq müqavilələri və sazişləri ratifikasiya edir, 

nazirləri və digər qurumların rəhbərlərini sorğu edir, habelə 

xarici sərmayələrin və kreditlərin ölkəyə  cəlb edilməsi haq-

qında qərarlar qəbul edir.  

Honduras Parlamentinin hazırkı sədri 25 yanvar 2010-cu 

ildən etibarən Xuan Hernandesdir. 

29 noyabr 2009-cu ildə keçirilmiş son Parlament seçkiləri 

nəticəsində  Milli Konqresdə mandat əldə etmiş  əsas siyasi 

partiyalar:  

Honduras Milli Partiyası (71 yer), 

Liberal Partiya (45 yer), 

Honduras Xristian-Demokratik Partiyası (5 yer),  



Яли Щясянов, Адил Вялийев

 

 



158 

Demokratik Birlik Partiyası (4 yer), 

Yeniləşmə və Birlik Partiyası (3 yer). 

Məhkəmə hakimiyyəti:  Sədri və hakimləri Milli Konqres 

tərəfindən 4 illik müddətə seçilən Ali Məhkəmə (9 əsas hakim-



dən və 7 müavindən ibarət tərkibə malikdir), Konstitusiya 

Məhkəməsi, Apelyasiya, habelə ixtisaslaşmış yerli və birinci 

instansiya məhkəmələri Hondurasda məhkəmə hakimiyyətini 

həyata keçirməkdə səlahiyyətlidirlər. 

 

 

 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

159 


İNDONEZİYA 

 

 

    


 

 

Ümumi məlumat:  Hazırkı  İndoneziya  ərazisində dövlət-

çilik elementləri eramızın ilk əsrlərində meydana gəlmişdir. 

XIV əsrdə İslam İndoneziyaya nüfuz etmiş və nəticədə bir sıra 

müsəlman knyazlıqları yaranmışdır. XVI əsrdən etibarən arxi-



pelaq avropalıların işğalına məruz qalmış və XX əsrin əvvəllə-

rində tam olaraq hollandların nəzarətinə keçmişdir.  

Milli-azadlıq mübarizəsi nəticəsində, 1945-ci ilin avqus-

tunda İndoneziya müstəqil respublika elan edilmişdir.  



Asiyanın  cənub-şərq hissəsində  yerləşən  İndoneziya Res-

publikasının paytaxtı Cakarta  şəhəridir. 

Ölkənin ərazisi 1,904,569 km², əhalisi (2011) 237,424,363 

nəfərdir (əhali sıxlığı 123,76  nəfər/km²).  

İndoneziyanın rəsmi dili indoneziya dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.617 - ortadır (124-cü yer). 



Dövlət quruluşu:  İndoneziya məhdud hakimiyyətli prezi-

dent idarəetmə üsuluna malik respublikadır. Milli bayram gü-

nü olan müstəqillik günü (1945) avqust ayının 17-də qeyd olu-

nur. Ölkə Konstitusiyası 1945-ci ilin avqustundan (1950, 



1969, 1998, 2001 və 2004-cü illərdə edilmiş düzəlişlərlə) 

qüvvədədir.   



İnzibati bölgüsü:    Ölkə 31 əyalətə  (Açex, Papua və  Qərbi 

Papua əyalətləri xüsusi statusa malikdir), əyalət statusuna malik 

2 xüsusi inzibati vahidliyə -  Cakyakarta xüsusi dairəsinə və pay-

taxt Cakarta dairəsinə bölünür.  

Dövlət başçısı: Milli birliyin rəmzi, hüquqi dövlətin, milli 

müstəqilliyin və  ərazi bütövlüyünün təminatçısı,  İndoneziya 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə