Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə46/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   42   43   44   45   46   47   48   49   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



146 

ERMƏNİSTAN 

 

 

 

 



 

Ümumi məlumat:  İrəvan xanlığı 1747-ci ildə  Nadir  Şah 

Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq ol-

muşdur.  Ərazisi müasir Ermənistanı, habelə indiki Naxçıvan 



Muxtar Respublikasının Şərur və Sədərək  rayonlarını və Tür-

kiyənin  İqdır ilini əhatə etmişdir. 1828-ci ildə  Rusiya İmperi-

yası ilə Qacar Şahənşahlığı arasında imzalanmış Türkmənçay 

müqaviləsinə  əsasən bu ərazi  Rusiyanın  tərkibinə daxil edil-

mişdir. 

1920-ci ildə ölkədə sovet hakimiyyəti qurulmuş  və  Er-



mənistan 1922-ci ildə müttəfiq respublika statusunda SSRİ-nin 

tərkibinə daxil olmuşdur. 

1991-ci ildən müstəqil ölkədir. 

Cənubi Qafqazda yerləşən  Ermənistan Respublikasının 

paytaxtı İrəvan  şəhəridir. 

Ölkənin  ərazisi 29,743 km², əhalisi  (2012) 3,277,000 

nəfərdir (əhali sıxlığı 110,2  nəfər/km²).  



Ermənistanın rəsmi dili erməni dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.716 – yüksəkdir (86-cı 



yer). 

Dövlət quruluşu: Məhdudiyyəti olmayan prezident idarə-

etmə üsuluna malik  respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1918) – 28 mayda qeyd olunur. Ölkə Kons-

titusiyası 5 iyul 1995-ci ildə qəbul edilmişdir. 



İnzibati bölgüsü: Ölkə inzibati cəhətdən 11 vilayətə 

(marz) bölünür: Araqatsotn (Aştarak), Ararat (Artaşat), Arma-




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

147 


vir (Armavir), Geğarkunik (Qavar), Kotayk (Razdan), Lori 

(Vanadzor),  Şirak (Gümrü), Syunik (Qafan), Tavuş  (İcevan), 

Vayotsdzor (Exeqnadzor) və paytaxt İrəvan. 

Dövlət başçısı:  Prezident - ümumxalq səsverməsi yolu ilə 

və iki dəfədən çox olmamaq şərti ilə 5 il müddətinə seçilir. 35 

yaşına çatmış və son 10 il ərzində ölkə ərazisində yaşayan Er-

mənistan Respublikasının vətəndaşı, müvafiq şərtlər daxilində  

dövlət başçısı seçilə bilər. 

Prezident qanunvericilik və icra filiallarının normal fəa-

liyyətini təmin edir, Ermənistanı ölkə daxilində  və xaricdə 

təmsil edir, habelə dövlətin adından beynəlxalq müqavilələri 

imzalayır. Konstitusiyaya görə, dövlət hakimiyyət institutla-

rının fəaliyyəti üçün təhlükə yarandığı halda Prezidentə 

fövqəladə səlahiyyətlər verilir.  

Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sarqs-

yan 09 aprel 2008-ci ildən etibarən Ermənistanın hazırkı, 

sayca 3-cü prezidentidir (2013-cü il fevral ayının 18-də keçiril-



miş son prezident seçkilərində S.Sarqsyan ardıcıl ikinci dəfə 

qalib gələrək  yenidən dövlət başçısı seçilmişdir).  

Qanunverici hakimiyyət: 41 üzvü birmandatlı dairələr-

dən, 90 üzvü isə proporsional təmsilçilik - partiya siyahısı üzrə 

ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilən 131 yer-

lik, bir palatalı  Parlament (Ermənistan Respublikasının  Milli 



Məclisi) ölkədə qanunvericilik hakimiyyətini həyata keçirir.  

Mövcud Konstitusiyaya görə  Parlament - qanunların qə-

bulunda, illik dövlət büdcəsinin təsdiqində  və onun icrasına 

nəzarətdə, Hökumətin fəaliyyətinə  nəzarətdə  və ona etimad-

sızlıq göstərilməsində, beynəlxalq müqavilələrin ratifikasiya-

sında, dövlət başçısının təklifinə  əsasən amnistiya aktının qə-

bulunda, habelə Konstitusiya Məhkəməsi hakimlərinin təyina-

tında,  İnsan Hüquqları Üzrə Müvəkkilin seçilməsində, Prezi-

dentin təqdimatı əsasında Baş Prokurorun, Mərkəzi Bankın və 



Яли Щясянов, Адил Вялийев

 

 



148 

Nəzarət Palatasının sədrlərinin təyin edilməsində  səlahiyyət-

lidir.  

31 may 2012-ci ildən Milli Məclisin sədri Respublikaçılar 

Partiyasından olan Hovik Abrahamyandır

06 may 2012-ci ildə keçirilmiş son seçkilər nəticəsində 

Parlamentdə təmsil olunan siyasi  partiyalar:  

 Ermənistan Respublikaçılar Partiyası  - (lideri 

S.Sarqsyan, 69 yer), 

Çiçəklənən Ermənistan Partiyası  - (lideri Q.Tsarukyan, 

37 yer), 

Erməni Milli Konqresi   - (lideri L.T.Petrosyan, 7 yer), 

Qanunilik Ölkəsi Partiyası  - (lideri A.Baqdasaryan, 6 yer), 

Daşnaksutyun Partiyası  - (lideri H.Markaryan, 5 yer), 

İrs Partiyası         - (lideri R.Ovanesyan, 5 yer), 

Bitərəflər          - (2 yer). 

İcraedici hakimiyyət:  Nazirlərdən təşkil edilən Hökumətə 

Baş nazir  rəhbərlik edir. Ölkə Prezidenti Milli Məclisdə 

deputat fraksiyaları ilə  məsləhətləşmələrdən sonra Baş naziri 

vəzifəyə təyin və azad edir, həmçinin Baş nazirin təqdimatı ilə 

Hökumət strukturunu və onun üzvlərini təsdiq edir.  

Parlamentin Hökumətə etimadsızlıq göstərmək səlahiyyəti 

ölkə Konstitusiyasında təsbit edilmişdir. Bu baxımdan nazirlər 

Prezident qarşısında fərdi, Milli Məclis qarşısında isə kollektiv 

məsuliyyət daşıyırlar.  

 09 aprel 2008-ci il tarixindən etibarən Hökumətə Ermə-



nistan Respublikaçılar Partiyasının nümayəndəsi  Tiqran Sar-

kisyan başçılıq edir. 

Məhkəmə hakimiyyəti:  Konstitusiya məsələlərinə müda-

xilə etməmək şərti ilə, məhkəmə hakimiyyətini Kasasiya Məh-



kəməsi  həyata keçirir.  Məhkəmə sistemi yerli apelyasiya və 

kasasiya məhkəmələrindən ibarətdir  (həmçinin iqtisadi, hərbi 



və digər məhkəmələr də vardır).  

 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə