Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə45/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   41   42   43   44   45   46   47   48   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



142 

yanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısı, ölkə 

daxilində və xaricdə Respublikanın ali təmsilçisidir.  

Mövcud Konstitusiyaya görə dövlət başçısı, silahlı qüvvə-

lərin ali baş komandanı  və müdafiə naziri olan Prezident - 

Nazirlər Kabinetini istefaya göndərmək, beynəlxalq müqavi-

lələri imzalamaq, Baş naziri, Ali Məhkəmənin sədrini, məhkə-

mə hakimlərini təyin etmək və s. mühüm səlahiyyətləri yerinə 

yetirir. 

Ekvatorial Qvineyada dövlətin qoruyucusu və nəzarətçisi 

funksiyasına malik Dövlət  Şurası  (Prezident vəfat etdikdə  və 



ya fiziki cəhətdən qabiliyyətsiz olduqda hakimiyyət Dövlət 

Şurasına keçir) fəaliyyət göstərir. 

Ölkənin hazırkı, sayca 2-ci Prezidenti 03 avqust 1979-cu 

ildən Teodoro Obianq Nqema Mbasoqodur (29 noyabr 2009-

cu ildə keçirilmiş növbəti seçkilərdə T.Obianq 96% səslə 

yenidən qalib gəlmişdir).  

Qanunverici hakimiyyət: Bir palatalı 100 yerlik Xalq Nü-

mayəndələr Palatasıdır. Parlamentə üzvlər çoxmandatlı seçki 

dairələrindən proporsional nümayəndəlik sistemi üzrə 4 illik 

müddətə seçilirlər.  

Ölkədə çoxpartiyalı sistem mövcud olsa da, real hakimiy-

yət faktiki olaraq bir siyasi partiyanın - Ekvatorial Qvineya 

Demokratik Partiyasının hegemonluğu üzərində qurulmuşdur. 

Kiçik siyasi partiyalar hegemon partiyanın dominantlığını 

qəbul etməyə borcludurlar. 

Xalq Nümayəndələr Palatasının hazırkı  sədri  Anqel 

Serafin Douqan Malabodur.  

04 may 2008-ci ildə keçirilmiş son Parlament seçkilərində 

mandat qazanmış əsas siyasi partiyalar:  

Ekvatorial Qvineya Demokratik Partiyası – 99 yer, 

Sosial Demokratiya Üçün Yaxınlaşma – 1 yer. 

İcraedici hakimiyyət: Hökumət Baş nazirdən və nazirlər-

dən təşkil edilir. Ölkə Prezidenti Baş naziri vəzifəyə təyin və 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

143 


azad edir. Tərkibi Xalq Nümayəndələr Palatasının üzvlərindən 

ibarət  Nazirlər  Şurasını  Prezident formalaşdırır və Palata 

üzvləri tərəfindən təsdiq edilir.   

Dövlət əməliyyatlarının idarə olunması, büdcə layihəsinin 

hazırlanması və pul-kredit siyasətinin müəyyənləşdirilməsi öl-

kə Prezidentinin rəhbərliyi ilə  Nazirlər  Şurasına  həvalə 

edilmişdir.  

Ölkənin hazırkı, sayca 8-ci Baş naziri 21 may 2012-ci il-

dən etibarən Ekvatorial Qvineya Demokratik Partiyasının təm-

silçisi Visente Ehato Tomidir. 



Məhkəmə hakimiyyəti: Sədri və hakimləri Prezident tərə-

findən təyin olunan Ali Məhkəmə, Konstitusiya nəzarəti orqanı 

sayılan və Ali Məhkəmə çərçivəsində fəaliyyət göstərən Kons-

titusiya Məhkəməsi,  habelə Apelyasiya  və yerli məhkəmələr 

ölkədə məhkəmə hakimiyyətini həyata keçirir. 



 

  

 

 


Яли Щясянов, Адил Вялийев

 

 



144 

ERİTREYA 

 

 

  

 

 

Ümumi məlumat:  XVI əsrdən başlayaraq XIX yüzilliyin 

ortalarına qədər olan dövr ərzində Osmanlı İmperiyasının nə-

zarətində olan müasir Eritreya ərazisi, 1890-1941-ci illərdə isə 



İtaliyanın müstəmləkəsinə çevrilmişdir. 1950-1993-cü illər 

ərzində  Eritreya adi əyalət statusunda Efiopiyanın  tərkibinə 

daxil edilmişdir.  

1993-cü ilin may ayında keçirilmiş referendumun nəticə-

lərinə  əsasən  (99.8% lehinə)  Eritreya müstəqilliyini elan et-

mişdir. 


Afrikanın  şimal-şərqində  yerləşən  Eritreyanın paytaxtı 

Asmera şəhəridir. 

Ölkənin  ərazisi 117,600 km², əhalisi  (2012) 6,086,495 

nəfərdir (əhali sıxlığı 51,8 nəfər/km²).  

Eritreyanın rəsmi dili tiqrinya, ərəb və ingilis dilləridir. 

Dövlətin İnsan İnkişafı İndeksi 0.349 - aşağıdır (177-ci 



yer). 

Dövlət quruluşu: Məhdudiyyəti olmayan prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayramı günü olan 

müstəqillik günü (1993) 24 may tarixində qeyd edilir. Ölkə 

Konstitusiyası 1997-ci ildən qüvvədədir. 



İnzibati bölgüsü: 6 əyalətə  (Maekel, Debub, Qaş Barka, 

Anseba, Semien-Key-Bahri və Debub-Key-Bahri) bölünür. 

Dövlət başçısı: Ölkədə milli birliyin rəmzi, milli müstəqil-

liyin,  ərazi bütövlüyünün və dövlət təhlükəsizliyinin təminat-

çısı olan Eritreya Prezidenti - dövlətin və Hökumətin başçısı, 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

145 


habelə silahlı qüvvələrin ali baş komandanıdır. Mövcud Kons-

titusiyaya görə, Prezident Parlament tərəfindən 5 il müddətinə 

seçilir.  

Dövlət başçısı  Nazirlər Kabinetini formalaşdırır və onun 

üzvlərini təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəa-

liyyət göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət da-

şıyırlar. 

24 may 1993-cü il tarixindən etibarən Eritreya Respubli-

kasının hazırkı  və ilk Prezidenti Demokratiya və  Ədalət 

Naminə Xalq Cəbhəsi Partiyasının lideri İsayyas Afeverkidir.  

Qanunverici hakimiyyət:  Eritreyanın ali qanunverici or-

qanı 104 yerlik, bir palatalı Milli Assambleyadır. Parlamentin 

64 deputatı əhali tərəfindən seçilir, digər 40 mandat isə, ölkədə 

yeganə leqal partiya sayılan  Demokratiya və  Ədalət Naminə 



Xalq Cəbhəsi Partiyasının təmsilçilərinə məxsusdur. 

 Qanunvericilik hakimiyyəti orqanı olan Milli Assambleya 

qanunların hazırlanması və qəbulunda, dövlət büdcəsinin mü-

zakirəsi və  təsdiqində, habelə ölkənin daxili və xarici siyasə-

tinin müəyyən edilərək həyata keçirilməsində mühüm səla-

hiyyətlərə malikdir.  



İcraedici hakimiyyət: Dövlət Şurası və ona rəhbərlik edən 

Prezident ölkədə icra hakimiyyətini həyata keçirməkdə 

səlahiyyətlidir. Mövcud konstitusiyaya görə, Hökumət üzvləri, 

həm  Milli Assambleyanın  deputatlarının, həm də digər  şəxs-

lərin arasından formalaşaraq dövlət başçısı tərəfindən təyin və 



Parlamentdə təsdiq edilir.  

Məhkəmə hakimiyyəti: Ən yüksək məhkəmə instansiyası 

sayılan Ali Məhkəmə, habelə vilayət və yerli icma məhkəmələri 

ölkədə məhkəmə hakimiyyətini həyata keçirirlər. 

 

 

 

 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə