Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə58/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   54   55   56   57   58   59   60   61   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



190 

Assambleya tərəfindən göstərilən etimadsızlıq səbəbindən azad 

edə bilər. Hökumət Prezident və Parlament qarşısında mə-

suliyyət daşıyır.  

Mühüm əhəmiyyət kəsb edən qərarların qəbulu məqsədilə, 

dövlət başçısı Nazirlər Kabinetinin iclasını çağırır və ona 

sədrlik edir.  

27 fevral 2012-ci ildən hökumətə  rəhbərliyi  Qabon 

Demokratik Partiyasından olan Raymond Ndong Sima həyata 

keçirir.  



Məhkəmə hakimiyyəti: Üç palatadan ibarət Ali Məhkəmə, 

habelə  Dövlət Təhlükəsizlik Məhkəməsi, Konstitusiya Məhkə-



məsi  və  Apelyasiya məhkəmələri Qabonda məhkəmə haki-

miyyətini həyata keçirir.  

 

 

 



 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

191 


QAMBİYA 

 

 

   


 

 

Ümumi məlumat: XIII əsrdə ölkə ərazisi Mali dövlətinin 

tərkibinə daxil idi. XV əsrin sonlarından Qambiya Avropa eks-

pansiyaları üçün obyektə çevrilsə  də, ölkənin müstəmləkələş-

dirilməsi yalnız 1902-ci ildə bütün ərazilər üzərində Britaniya 

protektoratının bərqərar olması ilə başa çatmışdır.  

1965-ci ildən etibarən Birləşmiş Krallığın tərkibində müs-

təqilliyini elan etmiş Qambiya 1970-ci ildən respublikadır. 

Qərbi Afrikada yerləşən  Qambiya Respublikasının pay-

taxtı Bancul şəhəridir. 

Ölkənin ərazisi 11,295 km², əhalisi (2009) 1,782,893 nə-

fərdir (əhali sıxlığı 164.2  nəfər/km²).  



Qambiya Respublikasının rəsmi dövlət dili ingilis dilidir

Dövlətin İnsan İnkişafı İndeksi 0.420 – aşağıdır (168-ci 



yer). 

Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarəet-

mə üsuluna malik respublikadır. Milli bayram günü olan müs-

təqillik günü  (1965) 18 fevralda qeyd olunur. Ölkə Konstitu-

siyası 16 yanvar 1997-ci ildən qüvvədədir.  



İnzibati bölgüsü: Qambiya paytaxt Bancul şəhərinə və 37 

rayonu özündə birləşdirən beş dairəyə  (Aşağı Çay, Mərkəzi 



Çay, Şimali Sahil, Yuxarı Çay və Qərb rayonu) bölünür.  

Dövlət başçısı: Milli müstəqilliyin və ərazi bütövlüyünün, 

ölkədə vətəndaş hüquq və azadlıqlarının təminatçısı, dövlət və 

hökumət başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş 



Яли Щясянов, Адил Вялийев

 

 



192 

komandanı olan ölkə prezidenti ümumi seçki hüququ əsasında 

5 il müddətinə seçilir.  

Orta və ya ali təhsilli, ölkə ərazisində ən azı 5 il yaşamış 

və  Milli Assambleyaya deputat seçilmiş 30-65 yaşlarında 

Qambiya Respublikasının vətəndaşı dövlət başçısı ola bilər. 



Hökumət ona rəhbərliyi həyata keçirən ölkə prezidentin-

dən və mövcud konstitusiyaya görə onun təyin etdiyi, Milli 



Assambleyanın üzvü olmayan ən azı 15 nazirdən (katib) 

ibarətdir. 

Qambiya Respublikasının hazırkı, sayca 2-ci Prezidenti 18 

oktyabr 1996-cı ildən etibarən Vətənpərvər İstiqamətlənmə və 



Yaradıcılıq Naminə Alyansı Partiyasının  lideri  Yahya 

Cammedir. 

Konstitusiya öz vəzifələrini yerinə yetirmək imkanının 

mümkün olmadığı    fəaliyyət qabiliyyətsizliyi halında Prezi-

denti  əvəz edən vitse-prezident vəzifəsini təsbit etmişdir. 

Vitse-prezidentliyə namizədlər üçün Milli Assambleyanın üzv-

lüyü istisna olmaqla, dövlət başçısı seçilməsi üçün qeyd 

olunan şərtlərə uyğun tələblər qoyulur. 

20 mart 1997-ci ildən vitse-prezident Vətənpərvər İstiqa-



mətlənmə  və Yaradıcılıq Naminə Alyansı Partiyasının  təm-

silçisi xanım İsatu Niye Saididir. 



Qanunverici hakimiyyət: Konstitusiyaya görə bir palatalı 

53 yerlik Milli Assambleyadır. Parlamentə 48 deputat birman-

datlı dairələrdən seçilir, 5 üzv isə prezident tərəfindən təyin 

olunur. Ölkə ərazisində ən azı bir il yaşayan, ingilis dilini bilən 

və yaşı 21-dən az olmayan şəxslər 5 il müddətinə  Milli 

Assambleyaya üzv seçilə bilərlər. 

Qanunların qəbulu, dövlət büdcəsinin təsdiq edilməsi, icra 

hakimiyyəti ilə qarşılıqlı  nəzarət mexanizminin tətbiqi və s. 

məsələlər Parlamentin səlahiyyətlərinə aiddir. 



Milli Assambleyanın hazırkı, sayca 9-cu sədri 2010-cu ilin 

noyabr ayından etibarən Abdulla Bojanqdır. 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

193 


29 mart 2012-ci il tarixində keçirilmiş son Parlament 

seçkiləri nəticəsində qalib gəlmiş ölkənin  əsas siyasi parti-

yaları: 

Vətənpərvər İstiqamətlənmə və Yaradıcılıq Naminə Alyans 

– 43 yer, 

Milli Barışıq Partiyası – 1, 

Müstəqillər – 4. 

Məhkəmə hakimiyyəti:  Ölkədə  məhkəmə-hüquq sistemi 

ingilis ümumi hüquq normalarına, habelə müsəlmanlar 

arasında məhkəmə çəkişmələri zamanı istifadə edilən və Şəriət 

elementlərini özündə ehtiva edən Milli Assambleyanın qanun-

vericilik aktlarına əsaslanır.  

Qambiyada məhkəmə hakimiyyəti  Ali Məhkəmə, Apelya-



siya Məhkəməsi, Yüksək Məhkəmə, Xüsusi Cinayət Məhkəməsi, 

Magistrat və dairə məhkəmələri tərəfindən həyata keçirilir.  

 

 

 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə