Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə59/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   55   56   57   58   59   60   61   62   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



194 

QANA 

 

 

 

 



 

Ümumi məlumat:  Müstəmləkə dövründən  əvvəl  Qana 

ərazisində erkən feodal dövlətləri və tayfa ittifaqları mövcud 

olmuşdur. Ölkənin avropalılar tərəfindən işğal edilməsi hələ 

1482-ci ildə başlasa da, yalnız 1901-ci ildə  İngiltərə müasir 

Qananın bütün torpaqları üzərində tam nəzarəti ələ keçirməyə 

müvəffəq olmuşdur.  

1957-ci ildən etibarən Birləşmiş Krallığın tərkibində müs-

təqilliyini elan etmiş Qana 1960-ci ildən respublikadır. 



Qərbi Afrikada yerləşən  Qana Respublikasının paytaxtı 

Akkra şəhəridir. 

Ölkənin  ərazisi 238,535 km², əhalisi  (2010) 24,200,000 

nəfərdir (əhali sıxlığı 101.5  nəfər/km²).  

Qana Respublikasının rəsmi dövlət dili ingilis dilidir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.541 – ortadır  (135-ci 



yer). 

Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarəet-

mə üsuluna malik respublikadır. Milli bayram günü olan müs-

təqillik günü (1957) 6 martda qeyd olunur. Ölkə Konstitusiyası 

07 yanvar 1993-cü ildən qüvvədədir.  



İnzibati bölgüsü: 170 rayonu, o cümlədən 40 bələdiyyə 

qurumunu və 6 metropolu birləşdirən 10 vilayətə  (Aşanti, 



Böyük Akkra, Bronq-Axafo, Yuxarı Şərqi, Yuxarı Qərbi, Volta, 

Şərqi, Qərbi, Şimali, Mərkəzi) bölünür.  

Dövlət başçısı: Mövcud Konstitusiyaya görə, dövlətin ali 

təmsilçisi, milli birliyin rəmzi, dövlət və hökumət başçısı, 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

195 


silahlı qüvvələrin ali baş komandanı sayılan  Qana  Prezidenti 

ümumi və birbaşa seçkilərdə, 2 dəfədən çox olmamaq şərti ilə, 

4 il müddətinə seçilir.  

Parlamentdə yer alan Hökumət üzvləri Prezident tərəfin-

dən təyin edilir. Hökumətin nəzdində  Milli Təhlükəsizlik  Şu-



rası, habelə Prezidentin təyin etdiyi hüquq-mühafizə orqan-

larının və  hər  əyalətdən bir nümayəndənin yer aldığı  Dövlət 



Şurası  fəaliyyət göstərir. Mövcud Konstitusiyaya uyğun ola-

raq, dövlət başçısı  təyinatlar da daxil olmaqla, bütün mühüm 

qərarları  Dövlət  Şurasının  məsləhəti və tövsiyəsi  əsasında 

qəbul etməlidir.  

24 iyul 2012-ci il tarixindən etibarən Qana Respublika-

sının hazırkı, sayca 9-cu Prezidenti, Qana  Milli Demokratik 



Konqres Partiyasının təmsilçisi Con Dramani Mahamadır. 

Qanunverici hakimiyyət:  Qüvvədə olan Konstitusiyaya 

görə bir palatalı, 230 yerlik Parlamentdir. Ənənəvi olaraq qa-

nunvericilik fəaliyyətini həyata keçirən Qana Respublikasının 

Parlamentinə üzvlər birmandatlı dairələrdən, ümumi və  bəra-

bər seçkilər yolu ilə 5 il müddətinə seçilirlər. 

Prezident Parlamentin razılığı ilə, əksəriyyəti ali qanunve-

rici orqanda təmsil olunan nazirləri təyin edir və bu baxımdan 

da Hökumət üzvləri Parlament qarşısında kollektiv məsuliyyət 

daşıyırlar. 

Ölkə Parlamentinin hazırkı sədri 07 yanvar 2009-cu ildən 

Coys Adelin Bamford-Addodur. 

07 dekabr 2008-ci il tarixində keçirilmiş son Parlament 

seçkiləri nəticəsində qalib gəlmiş əsas siyasi partiyalar: 

Milli Demokratik Konqres – (116 yer, lideri Con Atta 

Millz), 

Xalq Milli Konvensiyası – (2 yer, lideri Edvard Mahama), 

Xalq Partiyasının Konvensiyası – (1 yer, lideri Samia 

Nkrumah), 

Müstəqillər – 4. 



Яли Щясянов, Адил Вялийев

 

 



196 

Məhkəmə hakimiyyəti:  İyerarxik forması Britaniya 

ümumi hüquq sisteminə  əsaslanan Qana Respublikasının 

məhkəmə hakimiyyəti, geniş səlahiyyətlərə malik olan, mülki 

və cinayət işləri üzrə ən yüksək apelyasiya instansiyası sayılan 

və Konstitusiyaya nəzarət orqanının səlahiyyətlərini özündə 

ehtiva edən Ali Məhkəmə tərəfindən həyata keçirilir. 

Ölkə 

ərazisində 



fəaliyyət göstərən Apelyasiya 

Məhkəməsi, Yüksək Məhkəmə, 10 vilayət məhkəməsi və aşağı 

instansiya sayılan dairə  məhkəmələri orqanları cinayət və 

mülki məsələləri həll etmək səlahiyyətinə malikdir.  



 

 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

197 


QAZAXISTAN 

 

  

 



 

Ümumi məlumat:  Müasir  Qazaxıstanın  kökləri 1400-cü 

illərə - müxtəlif türk tayfalarının birləşməsi ilə  Mərkəzi 



Asiyada yeni bir boyun yarandığı dövrə  qədər gedib çıxır

Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfalarının  Noqay 

xan  ətrafında birləşərək qurduqları  Noqay Xanlığı, XV əsrin 

ortalarından etibarən Qazax Xanlığına çevrilmiş və və üç juza 

– (Kiçik, Orta və Böyük) bölünmüşdür.  

1860-cı ildə hər üç juz Rusiya İmperiyasının tərkibinə da-

xil olmuş, 1920-ci ildən sonra isə ölkədə SSRİ dövrü başlan-

mışdır.  

1991-ci ildən etibarən Qazaxıstan müstəqil dövlətdir.  

Avrasiyanın mərkəzi hissəsində yerləşən Qazaxıstan Res-

publikasının paytaxtı Astana şəhəridir. 

Ölkənin ərazisi 2,724,900 km², əhalisi (2012) 16,878,000 

nəfərdir (əhali sıxlığı 6.12  nəfər/km²).  

Qazaxıstan Respublikasının  rəsmi dövlət dili qazax  dili 

olsa da, ölkədə rus dilindən də geniş istifadə olunur. 

Dövlətin İnsan İnkişafı İndeksi 0.745 – yüksəkdir (68-ci 

yer) Dövlət quruluşu: Güclü prezident idarəetmə üsuluna ma-

lik respublikadır. Milli bayram günü olan müstəqillik günü 

(1991) dekabr ayının 16-da qeyd olunur. Müstəqillik əldə edil-

dikdən sonra ilk Konstitusiya 28 yanvar 1993-cü ildə qəbul edil-

sə də, 30 avqust 1995-ci ildə keçirilmiş ümumxalq referendumu 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə