Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə39/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   35   36   37   38   39   40   41   42   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



120 

Demokratiya Müdafiəsi Naminə Xalq Şurası (81 deputat); 

Milli Tərəqqi İttifaqı (17 deputat); 

Burundi Demokratik Cəbhəsi (5 deputat); 

Tva (etnik qrup) (3 deputat). 

Məhkəmə hakimiyyəti:  Ölkədə  məhkəmə hakimiyyəti, 

mülki və cinayət işləri üzrə  ən yüksək məhkəmə instansiyası 

sayılan  Ali Məhkəmə,  habelə  Apelyasiya Məhkəməsi və 1-ci 

İnstansiya məhkəmələri tərəfindən həyata keçirilir.  

Eyni zamanda Burundidə insan hüquq və azadlıqlarının 

pozulması  və Konstitusiyanın  şərhi məsələləri üzrə ixtisas-

laşmış Konstitusiya Məhkəməsi fəaliyyət göstərir.  



 

 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

121 


CƏNUBİ AFRİKA RESPUBLİKASI 

 

 

 

 

Ümumi məlumat: Cənubi Afrikada müstəmləkəçilik siya-

sətinin  əsasları 1632-ci ildə hollandiyalılar  (Kap Koloniyası) 

tərəfindən qoyulmuşdur.  

1806-cı ildə Cənubi Afrika torpaqlarını zəbt etmiş Böyük 



Britaniyadan ilk mühacirlər bu torpaqlarda 1820-ci ildə  məs-

kunlaşmağa başlamışlar. 1910-cu ildə bu ərazilər və  Kap ko-



loniyası  Cənubi Afrika İttifaqında birləşərək  Böyük Britani-

yanın dominionuna çevrilmişdir.   

1961-ci ildə  Cənubi Afrika Britaniya Millətlər Birliyinin 

tərkibindən çıxaraq özünü müstəqil respublika elan etmişdir.  

Afrikanın  cənub hissəsində yerləşən  Cənubi Afrika Res-

publikasının paytaxtı Pretoriya şəhəridir. 

Ölkənin ərazisi 1,221,037 km², əhalisi (2011) 51,770,560 

nəfərdir (əhali sıxlığı 42.4 nəfər/km²).  

CAR-ın mövcud Konstitusiyasına görə ölkədəki rəsmi dil-

lərin sayı 11-dir (ingilis, afrikaans, venda, zulu, kosa, ndebele, 



svati, sesoto, şimali soto, tsvana və tsonqa). 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.619  - ortadır  (123-cü 



yer). 

Dövlət quruluşu: Parlamentin geniş  səlahiyyətlərə malik 

olduğu məhdud hakimiyyətli prezident idarəetmə üsuluna ma-

lik respublikadır. Milli bayram günü olan müstəqillik günü 

(1961) 31 may tarixində qeyd olunur. Ölkə Konstitusiyası 

1997-ci ildən qüvvədədir.  



Яли Щясянов, Адил Вялийев

 

 



122 

İnzibati bölgüsü: Şəhər və rayon dairələrindən ibarət olan 

9 əyalətə (Qərbi Kap, Şimali Kap, Şərqi Kap, Kvazulu-Natal, 



Müstəqil Dövlət,  Şimal-Qərbi, Qautenq, Mpumalanqa və 

Limpopo) bölünür.  

Dövlət başçısı: Dövlətin idarə edilməsində çox geniş səla-

hiyyətlərə malik olan dövlət və hökumət başçısı – Prezident 

eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Hö-

kumətin tərkibinin formalaşdığı Parlamentin Aşağı Pala-



tasında (Milli Assambleya) çoxluq təşkil edən siyasi partiyanın 

lideri, bir qayda olaraq ölkə Prezidenti elan edilir.  

Konstitusiyanı qorumaqda və milli birliyi təmin etməkdə 

məsul olan dövlət başçısı - Parlamentin qəbul etdiyi qanunları 

imzalayır, ali qanunverici orqanın palatalarını fövqəladə iclas-

lara toplayır, referendum elan edir, Konstitusiya və müvafiq 

qanunlar ilə nəzərdə tutulmuş hallarda yüksək vəzifələrə təyi-

natı  həyata keçirir, əfv fərmanı imzalayır, dövlət mükafatları 

ilə təltif edir, Cənubi Afrika Respublikasının diplomatik nüma-

yəndələrini təyin edir və  vəzifələrindən geri çağırır, xarici 

dövlətlərin diplomatik təmsilçilərinin etimadnamələrini qəbul 

edir və səlahiyyətli olduğu digər məsələləri həyata keçirir.  

Parlamentdə 20%-dən çox səs toplamış istənilən siyasi 

partiya,  Baş nazir  səlahiyyətlərinə  bərabər olan Prezident 



köməkçisi postuna öz namizədini irəli sürür və daha sonra 

dövlət başçısı tərəfindən təsdiq edilir.  

Hazırkı ölkə Prezidenti 9 may 2009-cu ildən etibarən 

Afrika Milli Konqresinin lideri Ceykob Zumadır.  

Qanunverici hakimiyyət:  Əyalətlərin Milli Şurasından 

(Yuxarı Palata, 90 yer)  Milli Assambleyadan (Aşağı Palata, 

400 yer) ibarət iki palatalı Parlamentdir. Milli Assambleyaya 

nümayəndələr proporsional sistem üzrə  (deputatların yarısı 



ümummilli siyahılarla, digər 200 üzv isə  əyalətlərdən) 5 illik 

müddətə seçilirlər. Əyalətlərin Milli Şurasında (Yuxarı Palata) 

hər əyalət, əhalisinin sayından asılı olmayaraq 10 üzvlə təmsil 

olunur.  




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

123 


Parlament,  ölkə Prezidenti istisna olmaqla, onun qarşı-

sında kollektiv məsuliyyət daşıyan və fəaliyyəti barədə ali qa-

nunverici orqana mütəmadi hesabat verən Hökumət üzvlərinə 

səs çoxluğu ilə etimadsızlıq göstərmək və Kabineti istefaya 

göndərmək səlahiyyətinə malikdir.  

Aşağı Palatanın  sədri 6 may 2009-cu il tarixindən etiba-

rən AMK-nın təmsilçisi Maks Sisuludur.  

22 aprel 2009-cu il tarixində keçirilmiş son Parlament seç-

kiləri nəticəsində Milli Assambleyada təmsil olunmaq hüququ 

əldə etmiş ölkənin əsas siyasi partiyaları aşağıdakılardır: 

Afrika Milli Konqresi (264 deputat, sədri C.Zuma), 

Demokratik Alyans Partiyası (67 deputat, sədri H.Zille), 

Xalq Konqresi (30 deputat, sədri M.Lekota), 

İnkata – Azadlıq Partiyası (18 deputat, sədri 

M.Buthelezi). 

 Məhkəmə hakimiyyəti:  Cənubi Afrika Respublikasının 

Ali Məhkəməsi ölkə  ərazisində bütün məhkəmələrin fəaliy-

yətinə nəzarəti və idarə edilməsi üzərində hakimiyyəti həyata 

keçirir. Eyni zamanda CAR-ın qarışıq hüquq sisteminə 

əsaslanan məhkəmə sisteminə Konstitusiya Məhkəməsi, habelə 



Yüksək Apelyasiya və Magistr məhkəmələri də daxildir. 

 

 

 

 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə