Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə35/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   31   32   33   34   35   36   37   38   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

107 


Dövlət başçısı: Ölkə Prezidenti dövlət və hökumət başçı-

sıdır və təyin etdiyi Nazirlər Kabinetinə rəhbərlik edir (Kabi-



netin başçısı 10 dekabr 2011-ci ildən Xuan Manuel Abal Me-

dinadır). Prezident ümumxalq səsverməsi yolu ilə iki dəfədən 

çox olmamaq şərti ilə 4 il müddətinə seçilir. Senatın  (Parla-



mentin Yuxarı Palatası) sədri ölkənin vitse-prezidenti sayılır.  

Hökumət üzvlərinin və  Ali Məhkəmənin  hakimlərinin tə-

yin və yaxud azad edilməsi, qanunların imzalanması  və  dərc 

edilməsi, beynəlxalq müqavilə  və sazişlərin imzalanması, si-

lahlı qüvvələrin ali baş komandanı olaraq fövqəladə və müha-

ribə  vəziyyətinin tətbiqi, amnistiya verilməsi və s. mühüm 

məsələlər dövlət başçısının səlahiyyətlərinə aiddir.  

Hazırkı, 55-ci ölkə Prezidenti 10 dekabr 2007-ci ildən 

etibarən Qələbə Uğrunda Cəbhənin lideri Kristina Fernandes 



de Kirşnerdir (23 oktyabr 2011-ci ildə keçirilmiş son prezident 

seçkilərində xanım Kirşner 54.11 % səs toplayaraq yenidən 

dövlət başçısı seçilmişdir).   

Ali qanunverici hakimiyyət: İki palatalı orqan olan Milli 

Konqresdir. Konqres 2 palatadan - 72 yerlik Senatdan (Yuxarı 

Palatanın sədri Amodo Boudoudur, o, eyni zamanda 10 de-

kabr 2011-ci ildən ölkənin sayca 35-ci vitse-prezidentidir) və 

birbaşa ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilən 

257 yerlik Deputatlar Palatasından (tərkibinin 1/2 hissəsi hər 

iki ildən bir yenilənən Aşağı Palatanın sədri 06 dekabr 2011-

ci ildən Julian Dominqesdir) ibarətdir.  

Mövcud konstitusiyaya əsasən, Parlament və  İcra haki-

miyyəti bir-birindən tam müstəqil, qarşılıqlı  məsuliyyəti və 

öhdəliyi olmadan fəaliyyət göstərirlər.  

Qanunvericilik fəaliyyəti ilə yanaşı, Konqres dövlət büd-

cəsinin təsdiqi, vergilərin müəyyən edilməsi, beynəlxalq mü-

qavilələrin ratifikasiyası və s. məsələlər üzrə səlahiyyətlidir.  

2011-ci ilin oktyabrında hər iki palataya keçirilmiş son 

seçkilər nəticəsində  Milli Konqresdə yer almış ölkənin  əsas 

siyasi partiyaları: 




Яли Щясянов, Адил Вялийев

 

 



108 

Qələbə  Uğrunda Cəbhə - Xustisialist Partiyası (31 sena-

tor, 115 deputat liderləri Kristina Fernandes de Kirşner və 

Daniel Skioli), 

Radikal Vətəndaş  İttifaqı (17 senator, 42 deputat, sədr 

Mario Barletta), 

Peronist Cəbhə (21 deputat, sədr Ramon Puerta), 

Sosialist partiyası (1 senator, 6 deputat, sədr Ruben 

Custiniani), 

Santyaqo Uğrunda Vətəndaş Cəbhəsi (7 deputat), 

PRO (11 deputat, sədr Maurisio Masri), 

Xalq İttifaqı (5 deputat, sədr Luis Fernandes), 

Vətəndaş Koalisiyası (5 deputat, sədr Elisa Karrio) və s. 

Məhkəmə hakimiyyəti: Magistratura Şurasının təqdimatı 

və  Senatın razılığı ilə  Prezident  tərəfindən təyin edilən  9 

hakimin yer aldığı Ali Məhkəmə tərəfindən həyata keçirilir.  

Ölkədə federal məhkəmələrlə yanaşı, ixtisaslaşmış  və 

əyalət məhkəmələri də fəaliyyət göstərir.  

 

 

 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

109 


BELARUS 

 

 

 

 

Ümumi məlumat:  Belarus - Rusiya dövlətçiliyinin  ən 

qədim mərkəzlərindən biridir. XIV-XVI əsrlərdə Litva-Rusiya 

dövlətinin, XVI-XVIII əsrlərdə isə Reç Pospolitanın tərkibinə 

daxil olmuş bu ölkə, 1772-1795-ci illərdə Rusiyaya birləşdiril-

mişdir. 1917-ci ilin dekabr ayında Belarusda sovet hakimiyyə-

ti qurulmuş, 1919-cu ildə  BSSR yaradılmış, 1922-ci il 30 de-

kabr tarixində isə SSRİ-nin tərkibinə daxil edilmişdir. 1939-cu 

ilin noyabr ayında Belarus Sovet Sosialist Respublikası Qərbi 

Belarusla birləşdirilmişdir.  

1990-cı ilin iyulunda Respublika Ali Soveti tərəfindən 

Belarus Dövlətinin Suverenlik Bəyannaməsi qəbul edilmiş, 

1991-ci ilin dekabr ayında isə  Sovet  İttifaqının  ləğv edilməsi 

ilə əlaqədar Belarus müstəqil dövlətə çevrilmişdir.  

Şərqi Avropada yerləşən Belarus Respublikasının paytaxtı 

Minsk şəhəridir. 

Ölkənin  ərazisi 207 595 km², əhalisi  (2012) 9,457,500 

nəfərdir (əhali sıxlığı 45.8 nəfər/km²).  

Belarusun rəsmi dövlət dili belorus və rus dilləridir.  

Dövlətin İnsan İnkişafı İndeksi 0.756 – yüksəkdir (65-ci 



yer). 

Dövlət quruluşu: Məhdudiyyəti olmayan prezident idarə-

etmə üsuluna malik respublikadır. Dövlət suverenliyi haqqında 

Bəyannamə 27 iyul 1990-cı ildə qəbul olunmuşdur. Milli bay-

ram olan Dövlət Müstəqilliyi günü 3 iyulda - ölkənin alman fa-

şist işğalçılarından azad olunması tarixində (1944) qeyd edilir. 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə