Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə34/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   30   31   32   33   34   35   36   37   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

103 


ANQOLA 

 

 

 

 

Ümumi məlumat: Anqola torpaqlarının portuqal müstəm-

ləkəçiləri tərəfindən zəbt edilməsi XV əsrin sonlarından başla-

mış və XIX əsrin sonlarında başa çatmışdır.  

1975-ci ildə Anqola dövlət müstəqilliyini elan etmişdir. 

Cənub-Qərbi Afrikada yerləşən  Anqola Respublikasının 

paytaxtı Luanda şəhəridir. 

Ölkənin ərazisi 1 246 700 km², əhalisi (2009) 18,498,000 

nəfərdir (əhali sıxlığı 14.8 nəfər/km²).  

Anqolanın  rəsmi dövlət dili portuqal dilidir (ölkə  əhalisi 

paralel olaraq yerli afrika dillərindən də istifadə edir.).  

Dövlətin İnsan İnkişafı İndeksi 0.486 - aşağıdır (148-ci 



yer). 

Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarəet-

mə üsuluna malik Respublikadır. Milli bayram günü olan 

Müstəqillik Günü (1975) 11 noyabr tarixində qeyd olunur. 

Anqolanın Yeni Konstitusiyası  21 yanvar 2010-cu ildə  qəbul 

edilmişdir.  

İnzibati bölgüsü: Ölkə 157 bələdiyyədən ibarət olan 18 

əyalətə (Bie, Uambo, Luanda, Malanje, Uije, Benqela, Cənubi 



Kvanza, Uila, Moşiko, Namibe, Zaire, Benqo və s.) bölünür.  

Dövlət başçısı:  Yeni Konstitusiyaya görə dövlətin və 

hökumətin başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş 

komandanı hesab olunan Prezident birbaşa seçkilər nəticəsində 

deyil, Parlament seçkilərində qalib gəlmiş partiyanın lideri 




Яли Щясянов, Адил Вялийев

 

 



104 

qismində avtomatik olaraq, iki dəfədən çox olmamaqla 5 il 

müddətinə seçilir.  

Çox geniş  səlahiyyətlərə malik olan dövlət başçısı bütün 

dövlət qurumlarına tam nəzarəti həyata keçirir, Hökumət 

üzvlərini (nazirləri) və Ali Məhkəmənin hakimlərini təyin edir, 

dövlətin təhlükəsizliyinə və beynəlxalq münasibətlər sistemin-

dəki maraqlarına zidd olan qanunlara veto qoyur, habelə zəruri 

hallarda Parlamenti buraxır və erkən seçkilər təyin edir. 

Hazırkı ölkə Prezidenti 10 sentyabr 1979-cu ildən etibarən 



Joze Eduardu Duş Santuşdur.  

Qanunverici hakimiyyət: Bir palatalı, 220 yerlik Milli 

Assambleyadır  (Parlament). Milli Assambleyanın 130 üzvü 

proporsional nümayəndəlik sistemi üzrə, digər 90 üzvü isə 

əyalət dairələrindən majoritar sistem üzrə seçilirlər. Ölkə Par-

lamentinin fəaliyyət müddəti 2 ildən 4 ilə  qədərdir. Bununla 

belə, dövlət başçısı Parlamenti buraxa və erkən seçkilər təyin 

edə bilər. 

Qanunların hazırlanması və qəbulu, illik dövlət büdcəsinin 

müzakirəsi, təsdiqi və icrasına nəzarət, beynəlxalq müqavilə-

lərin ratifikasiyası və Konstitusiya ilə nəzərdə tutulmuş qanun-

vericiliklə bağlı digər funksiyalar Anqola Milli Assambleya-



sının səlahiyyətlərinə daxildir. 

05 fevral 2010-cu ildən ölkə Parlamentinin sədri  MPLA-



nın təmsilçisi Paulu Kassomadır

31 avqust 2012-ci il tarixlərində keçirilmiş son Parlament 

seçkilərində mandat qazanmış ölkənin əsas siyasi partiyaları: 

Anqolanın Azadlığı  Uğrunda Xalq Hərəkat Partiyası 

(MPLA) – 71.87% yer, 

Anqolanın Tam Müstəqilliyi Uğrunda Milli İttifaq Par-

tiyası (UNİTA) – 18.65% yer, 

CASA - CE - 6.06 %, 

Sosial Yeniləşmə Partiyası – 1.69 %, 

Anqola Xalq Azadlıq Cəbhəsi Partiyası – 1.08 %, 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

105 


Yeni Demokratiya Partiyası – 0.22 %. 

İcraedici hakimiyyət: Nazirlər Kabineti Anqola Respubli-

kasının yuxarı icra hakimiyyət orqanıdır. Hökumətə Prezident 

tərəfindən təyin olunan vitse-prezident (2010-cu ildən F. Duş 

Santuş) rəhbərlik edir.  

Məhkəmə hakimiyyəti:  Hakimləri Prezident tərəfindən 

təyin olunan və cinayət, mülki və  hərbi məhkəmələri özündə 

ehtiva edən  Ali Məhkəmə ölkədə  məhkəmə hakimiyyətini 

həyata keçirir.  

Qüvvədə olan Konstitusiyaya görə, Anqola Respublika-

sının ümumi yurisdiksiyalı  məhkəmə sisteminə  Ali Məhkəmə 

ilə yanaşı bələdiyyə və əyalət məhkəmələri də daxildir.  

 

 

 

 

 



Яли Щясянов, Адил Вялийев

 

 



106 

ARGENTİNA  

 

 

 

 

 

Ümumi məlumat: 1536-cı ildə Argentinaya gələn ispanlar 

hazırkı  Buenos-Ayres  şəhərinin yerləşdiyi yerdə ilk koloni-

yalarını yaratmışlar. 1777-cı ildə La Plata ümumi qubernator-

luğu qurulmuş  və  Buenos-Ayres bu qubernatorluğun paytaxtı 

olmuşdur.  

1816-cı ildə Argentina öz müstəqilliyini elan etmişdir.  



Cənubi Amerikanın cənub-şərq hissəsində yerləşən Argen-

tina Federativ Respublikasının paytaxtı  Buenos-Ayres  şəhəri-

dir. 


Ölkənin ərazisi 2 780 400 km², əhalisi (2012) 42,192,500 

nəfərdir (əhali sıxlığı 15.17 nəfər/km²).  



Argentinanın rəsmi dövlət dili ispan dilidir.  

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.797  – çox yüksəkdir 



(45-ci yer). 

Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarəet-

mə üsuluna malik federativ respublikadır. Milli bayram günü 

olan Müstəqillik günü (1816) 9 iyul tarixində qeyd olunur. 

Ölkə Konstitusiyası 1853-cü ildən (1860, 1898, 1957, 1994-cü 

illərdə edilmiş düzəlişlərlə) qüvvədədir.  

İnzibati bölgüsü: 23 əyalətə  (Korrientes, Santa-Krus

Mendosa, Kordova, Santa-Fe, Katamarka, Rio-Neqro, San-

xuan, Salta və s.) və 1 muxtar paytaxt dairəyə (Buenos-Ayres) 

bölünür. 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə