Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə30/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   26   27   28   29   30   31   32   33   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



90 

sayına bərabər miqdarda yer əldə edir. Milli Seçicilər Kolle-



giyası dekabr ayının ortalarında Prezidenti seçir. Ümumi seç-

kilərdə deyil, məhz seçki kollegiyasında daha çox səs toplayan 

namizəd Prezident seçilir.  

ABŞ-da doğulmuş  və yaşı 35-dən az olmayan ölkə  və-

təndaşı Amerika Birləşmiş  Ştatlarının Prezidenti seçilə bilər. 

Seçildiyi andan Prezident dövlətin başçısı, silahlı qüvvələrin 

ali baş komandanı və dövlət xidmətinin başçısı olur.  

Prezidentin bu postda qalması 1951-ci ildə qəbul edilmiş 

22-ci düzəlişə  əsasən 2 müddətlə  məhdudlaşır. Seçildikdən 

sonra Prezident Konqresin təşəbbüsü ilə yalnız impiçment pro-

sedurası qaydasında vəzifəsindən azad edilə bilər. 20-ci düzə-

lişə görə Prezidentlik müddəti ötən ilin noyabrında keçirilmiş 

seçkilərdən sonra yanvar ayının 20-də başlanır.  

Prezident  Nazirlər Kabinetini Senatın  (Senat üzvlərinin 



dövlətin qanunvericilik fəaliyyətində  iştirakı qadağan olun-

muşdur) razılığı ilə özü seçir. Bu səbəbdən də, Nazirlər Kabi-

netinin tərkibi adətən siyasətə yaxın olan şəxslərdən deyil, iş 

adamlarından və alimlərdən ibarət olur. ABŞ Prezidenti yanın-

da dövlətin vacib aspektlərinin fəaliyyətini koordinasiya edən, 

siyasi problemlərin həlli və münaqişələrin nizamlanması üzrə 

mütəxəssislərdən ibarət Ağ Evin Aparatı mövcuddur. Buraya 

Milli Təhlükəsizlik  Şurası, Daxili İşlər üzrə  Şura, inzibati-

büdcə idarəsi və iqtisadi müşavirlər qrupu da daxildir. 

20 yanvar 2009-cu il tarixindən etibarən Amerika Birləş-

miş Ştatlarının hazırkı, sayca 44-cü Prezidenti ABŞ Demokrat-

lar Partiyasının  təmsilçisi Barak Huseyn Obamadır (06 no-

yabr 2012-ci ildə keçirilmiş Prezident seçkilərində B.Obama 

51% səslə yenidən dövlət başçısı seçilmişdir). 

Hökumət başçısı funksiyasını da yerinə yetirən Prezidentə 

səlahiyyətlərinin icrasında onunla eyni vaxtda və eyni müddətə 

seçilən vitse-prezident (hazırda bu postda Co Bayden fəaliyyət 

göstərir) assistentlik edir. 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

91 


Qanunvericilik hakimiyyəti:  Qanunvericilik hakimiyyə-

tini təmsil edən  Konqres iki bərabərhüquqlu palatadan: 100 

yerlik  Senatdan  və 435 deputatdan ibarət  Nümayəndələr 

Palatasından ibarətdir. 

Yaşı 30-dan aşağı olmamaq şərti ilə 6 illik müddətə se-

çilən senatorlar ərazisinin miqyasından və əhalisinin sayından 

asılı olmayaraq hər ştatdan iki üzvlə təmsil olunurlar. Üçüncü 

namizəd hər iki ildən bir seçilir, bununla belə təkrar seçilməyə 

heç bir məhdudiyyət qoyulmur.         

Yaşı 25-dən yuxarı olan və  təkrar seçilmələrinə heç bir 

məhdudiyyət qoyulmayan nümayəndələr,  əhalisinin təxminən 

eyni sayda olduğu  (450-700 min)  hər seçki dairəsindən bir 

nəfər olmaqla 2 illik müddətə seçilirlər. Adətən nümayəndələr 

seçildikləri dairələrin sakinləri olurlar.  

Konqres qanunvericilik hakimiyyətinə malikdir və hər iki 

palatada tutduqları yerlərin sayına uyğun partiyaların üzvlə-

rindən ibarət xüsusi daimi, seçmə  və  tədqiqat komitələri  əsa-

sında fəaliyyət göstərir. Bu komitələr icra hakimiyyəti orqan-

ları və digər sahələrdən çox sayda nümayəndələri dəvət etmək 

hüququna malikdirlər. Çox sayda müşavirləri və məsləhətçiləri 

olan komitələrə hakim partiyanın əsas üzvləri başçılıq edir. 



Senat Konqresdə  Nümayəndələr Palatasından daha çox 

qanunvericilik hakimiyyətinə malikdir. Hökumətdə hakim 

vəzifələrə təyinatların və beynəlxalq xarakterli sazişlərin imza-

lanması yalnız Konqresin bu palatasının razılığı ilə  həyata 

keçirilir. Nümayəndələr Palatası  təhqiqatın davam etdirilməsi 

üçün səs verdiyi təqdirdə isə Senatda həmçinin dövlətin vəzi-

fəli şəxslərinin impiçment işinə baxılır. İmpiçment proseduru-

nun həyata keçirilməsi üçün Senatın 2/3-nin lehinə səsverməsi 

vacibdir. Bill Klintondan (1998 il) əvvəl yalnız bir Prezident – 

Endryu Conson (1868 il) impiçment prosedurasına məruz qal-

mış və vəzifəsindən azad edilməsindən onu yalnız bir səs xilas 

etmişdir.  



Яли Щясянов, Адил Вялийев

 

 



92 

Hakimiyyətin maliyyə sahəsində prioriteti Nümayəndələr 



Palatasına  məxsusdur. Konstitusiyanın 1-ci maddəsinin 1-ci 

paraqrafına əsasən dövlət xərcləri ilə bağlı bütün qanun layihə-

lərinə Konqresin bu palatasında baxılmalıdır. Bu səbəbdən də 

parlamentin büdcə və maliyyə komitələri son dərəcə vacibdir.  

Siyasi proqramının  Konqres  tərəfindən qəbul edilməsi 

üçün Prezidentin bu orqanla birgə  işləməsi vacibdir. Dövlət 

başçısı yanvar ayında Konqresdə illik müraciətlə  çıxış edir, 

habelə adıçəkilən orqana müntəzəm olaraq müraciətlər və 

tövsiyələr göndərir.  

Prezidentin müvəffəqiyyəti mənsub olduğu partiyanın 



Konqresdəki yerlərinin sayından, habelə onun komandasının 

üzvlərinin siyasi bacarığından, nüfuz və etibarından asılıdır. 

Ayrı-ayrı senatorların və Nümayəndələr Palatasının deputatla-

rının təklif etdiyi qanunvericilik layihələri xüsusi komissiyada 

işlənib hazırlanır. Lakin onun qəbul edilməsi üçün hər iki pala-

tanın razılığı olmalıdır. Fikir ayrılığı yarandıqda Konqresin hər 

iki palatasının yüksək vəzifəli nümayəndələrindən ibarət Birgə 

xüsusi məclis qarşılıqlı güzəşt əsasında razılıq əldə edir. Lakin 



Prezident veto hüququna malikdir və bu hüquq hər iki pala-

tanın üzvlərinin 2/3 səs çoxluğu ilə ləğv oluna bilər. Konstitu-

siyaya düzəlişlərin qəbul edilməsi üçün eyni sayda depu-

tatların razılığı olmalıdır və daha sonra qanunverici orqanlar 

və ya heç olmazsa 38 ştat bu düzəlişləri təsdiq etməlidir.  

06 noyabr 2012-ci il tarixində keçirilmiş son Parlament 

seçkiləri nəticəsində Konqresin hər iki palatasında mandatlar 

aşağıdakı qaydada bölüşdürülmüşdür: 



Respublikaçılar Partiyası – (53 senator; 201 deputat, 

lideri Debbi Vasserman-Şults), 

Demokratlar Partiyası – (45 senator; 234 deputat, lideri 

Rayns Pribus) 

Məhkəmə hakimiyyəti: Məhkəmə hakimiyyətinin başında 

ABŞ konstitusiyasının praktiki tətbiqi ilə  məşğul olan Ali 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə