Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə26/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   22   23   24   25   26   27   28   29   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

75 


Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının 

Konstitusiyasına və qanunlarına tabedirlər və  səlahiyyətləri 

müddətində  dəyişilməzdirlər. “Məhkəmələr və hakimlər haq-

qında” Qanunun 100-cü maddəsinə görə hakimlərin müstəqil-

liyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişil-

məzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, mə-

suliyyətə  cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və 

səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, 

məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və 

ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada hə-

yata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfin-

dən məhdudiyyət qoyulmasının və müdaxilə edilməzliyinin 

yolverilməzliyi ilə, hakimlərin  şəxsi təhlükəsizliyinin təmin 

edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun 

maddi və sosial təminatlar verilir.  

Hakimlər öz razılığı olmadan başqa vəzifəyə  dəyişdirilə 

bilməz. 

Hakimlər işlərə  qərəzsiz,  ədalətlə, tərəflərin hüquq bəra-

bərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.  

Cinayət başında yaxalanması halları istisna olmaqla, ha-

kim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz 

qala, Məhkəmə-Hüquq  Şurasının razılığı olmadan barəsində 

cinayət təqibi həyata keçirilə bilməz.  

Hakimlərin vəzifədən kənarlaşdırılması  təşəbbüsünü ha-

kimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezi-

denti Ali Məhkəmənin rəyi  əsasında Milli Məclis qarşısında 

irəli sürə bilər. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə  və 

Apelyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması 

haqqında qərar Milli Məclisdə qəbul edilir.  

Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxa-

rılır və onların icrası məcburidir. 



Яли Щясянов, Адил Вялийев

 

 



76 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu mad-

dəsinin I hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi 9 

hakimdən ibarətdir.  

Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun 

iclaslarında baxır.  

Yaşı 30-dan aşağı olmayan, seçkilərdə  iştirak etmək hü-

ququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası 

üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətən-

daşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər. 

 Konstitusiya  Məhkəməsinin hakimlərini Prezidentin təq-

dimatı ilə Milli Məclis təyin edir.  

Konstitusiya Məhkəməsinin azı 7 hakimi təyin olunduqda 

Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya 

bilər.  

Azərbaycan Respublikasının  Ali Məhkəməsi ümumi və 

ixtisaslaşdırılmış  məhkəmələrin icraatına aid edilən mülki, 

cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kasasiya 

qaydasında  ədalət mühakiməsini həyata keçirir və  məhkə-

mələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.  

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci mad-

dəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış 

məhkəmələrin icraatına aid edilən mülki (o cümlədən iqtisadi 

mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məh-

kəmə orqanıdır.  

Ali Məhkəmə kasasiya instansiyası  məhkəməsi kimi qa-

nunla müəyyən edilmiş prosessual qaydada ədalət mühaki-

məsini həyata keçirir. 

Ali Məhkəmənin yurisdiksiyası Azərbaycan Respublikası-

nın bütün ərazisinə şamil edilir.  

Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun 

müavini, kollegiya sədrləri və hakimləri daxildir.  




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

77 


Ali Məhkəmədə mülki işlər üzrə, iqtisadi mübahisələrə 

dair işlər üzrə, cinayət işləri və hərbi məhkəmələrin işləri üzrə 

məhkəmə kollegiyaları təşkil edilir.  

Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin tək-

milləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədi ilə Ali 

Məhkəmənin yanında Elmi-Məsləhət Şurası fəaliyyət göstərir.  

Ali Məhkəmənin hakimlərini Azərbaycan Respublikası 

Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.  

Azərbaycan Respublikasının apelyasiya məhkəmələri qa-

nunla onların səlahiyyətlərinə aid edilmiş  işlər üzrə yuxarı 

instansiya məhkəmələridir.  

Apelyasiya məhkəmələri Rəyasət Heyətindən, mülki işlər 

üzrə kollegiyadan, cinayət və inzibati xətalara dair işlər üzrə 

kollegiyadan və  hərbi məhkəmələrin işləri üzrə kollegiyadan 

ibarətdir. Apelyasiya məhkəmələrinin kollegiyalarında işlərə 

baxmaq üçün məhkəmə tərkibləri yaradılır.  

Apelyasiya məhkəmələri hakimlərinin tərkibinə  məhkə-

mənin sədri, onun müavini, məhkəmə kollegiyasının sədrləri 

və hakimləri daxildirlər.  

Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinin 

hakimlərini Prezidentin təqdimatı ilə Milli Məclis təyin edir.  

Azərbaycan Respublikasının  Prokurorluğu qanunla nə-

zərdə tutulmuş qaydada və hallarda qanunların icra və  tətbiq 

olunmasına nəzarət edir, cinayət işləri başlayır və istintaq apa-

rır, məhkəmədə dövlət ittihamını müdafiə edir və iddia qaldı-

rır, məhkəmə qərarlarından protest verir.  

Azərbaycan Respublikasının Baş Prokurorluğu prokuror-

luğun mərkəzi aparatıdır. Azərbaycan Respublikasının Baş 

Prokurorluğuna birinci müavini, müavinləri, böyük kömək-

çiləri və köməkçiləri olan Azərbaycan Respublikasının Baş 

prokuroru rəhbərlik edir.  

Baş Prokurorluğunun strukturuna idarə, şöbə və digər qu-

rumlar daxildir. İdarə  və  şöbələrin tərkibində Baş prokurorun 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə