Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə22/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   18   19   20   21   22   23   24   25   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

63 


miyyəti sistemlərində qulluq edən  şəxslər, din xadimləri, fəa-

liyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır 

cinayətlərə görə  məhkum olunmuş, məhkəmənin daimi qüv-

vəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində 

cəza çəkən vətəndaşlar Milli Məclisə deputat seçilə bilməzlər. 

Milli Məclisə seçkilərin nəticələri qanunla müəyyən olun-

muş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məh-

kəməsində yoxlanılır və təsdiq edilir. Deputatların səlahiyyət-

ləri parlamentin yeni çağırışının ilk iclas günü bitir. Milli Məc-

lis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli 

hesab edilir.  

Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına 

yığılır. Milli Məclisin növbədənkənar sessiyalarını isə parla-

mentin sədri Azərbaycan Respublikası Prezidentinin və yaxud 

Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. 

Konstitusiyanın 89-cu maddəsinə görə Milli Məclisin 

deputatı seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar 

olunduqda, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıq-

da və ya başqa dövlətin vətəndaşlığını  qəbul etdikdə, cinayət 

törətdikdə  və  məhkəmənin qanuni qüvvəyə minmiş hökmü 

olduqda, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi ol-

duqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə 

məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna 

olmaqla) və özü imtina etdikdə mandatdan məhrum olunur. 

Milli Məclisin deputatları öz səlahiyyətlərini daimi icra edə 

bilmədikdə  və qanunda nəzərdə tutulmuş digər hallarda onla-

rın səlahiyyətləri itirilir.  

Səlahiyyət müddəti  ərzində Milli Məclisin deputatının 

şəxsiyyəti toxunulmazdır. Milli Məclisin deputatı  səlahiyyət 

müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, 

cinayət məsuliyyətinə cəlb edilə və tutula bilməz. Onun barə-

sində məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq 

edilməsi, axtarışa məruz qalması  və  şəxsi müayinə edilməsi 



Яли Щясянов, Адил Вялийев

 

 



64 

yolverilməzdir. Milli Məclisin deputatının toxunulmazlığına 

yalnız Baş prokurorun təqdimatına  əsasən parlamentin qərarı 

ilə xitam verilə bilər. 

Milli Məclisin sədri bülletenlərdən istifadə etməklə gizli 

səsvermə yolu ilə seçilir (Parlamentin hazırkı  sədri Oqtay 



Əsədovdur). Sədrin müavinlərinin sayını Milli Məclis özü 

müəyyənləşdirir. Milli Məclis sədrinin müavinləri açıq səsver-

mə yolu ilə seçilirlər. 

Milli Məclis həmçinin Prezidentin təqdimatı ilə Azərbay-

can Respublikasının diplomatik nümayəndəliklərini təsis edir, 

inzibati ərazi bölgüsü məsələlərini həll edir və bu istiqamətdə 

qanunlar qəbul edir, dövlətlərarası müqavilələri təsdiq və ya-

xud ləğv edir. 

 Qeyd  edək ki, Mili Məclisdə  təsdiq olunan müqavilələr 

və sazişlər təsdiq edilməsi üçün Azərbaycan Respublikasının 

Prezidentinə  təqdim olunur. Müvafiq qanunun qəbul olunma-

sından sonra onlar Azərbaycan Respublikasının qanunvericilik 

sisteminin tərkibinə çevrilir.  

  Bundan  başqa, Milli Məclis Prezidentin təqdimatına 

əsasən Azərbaycan Respublikası dövlət büdcəsini təsdiq edir 

və onun icrasına nəzarəti həyata keçirir;  

- Prezidentin təqdimatı ilə Azərbaycan Respublikasının 

İnsan hüquqları üzrə müvəkkilini seçir;  

- Prezidentin təqdimatına əsasən Azərbaycan Respublika-

sının hərbi doktrinasını təsdiq edir; 

 - Konstitusiyada nəzərdə tutulmuş hallarda Prezidentin 

fərmanlarını təsdiq edir;  

 - Prezidentin təqdimatına  əsasən Baş nazirin vəzifəyə 

təyin edilməsinə razılıq verir;  

- Prezidentin təqdimatı ilə Konstitusiya Məhkəməsi, Ali 

Məhkəmə və apelyasiya məhkəmələri hakimlərini təyin edir və 

vəzifədən kənarlaşdırır;  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

65 


- Prezidentin təqdimatına əsasən Baş prokurorun vəzifəyə 

təyin və vəzifədən azad edilməsinə razılıq verir;  

- Konstitusiya Məhkəməsinin təqdimatı ilə Azərbaycan 

Respublikası Prezidentini impiçment qaydasında vəzifədən 

kənarlaşdırır;  

Prezidenti vəzifəsindən kənarlaşdırmaqla Milli Məclis 

dövlət başçısının hüquqi məsuliyyəti haqqında məsələni həll 

edir.  


- Nazirlər Kabinetinə etimad məsələsini həll edir;  

- Prezidentin təqdimatı ilə  Mərkəzi Bankın  İdarə Heyəti 

üzvlərinin vəzifəyə  təyin və  vəzifədən azad edilməsi məsələ-

lərini həll edir;  

- Prezidentin müraciətinə  əsasən müharibə elan edilmə-

sinə və sülh bağlanmasına razılıq verir;  

- referendum təyin edir;  

- amnistiya verir.  

Konstitusiyanın 96-cı maddəsinə görə Milli Məclisdə 

qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa 

məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) 

Milli Məclisin deputatlarına, Azərbaycan Respublikasının Pre-

zidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, 

Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan 

Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. 

 

 



İcra hakimiyyəti 

 Azərbaycan Respublikasında icra hakimiyyətinə Prezi-

dent rəhbərlik edir. Qeyd edək ki, dünyanın demokratik siyasi 

sistemə malik bir çox ölkələrində  də Prezident icra hakimiy-

yətinin başçısı hesab olunur. Məsələn, ABŞ-ın Prezidenti həm 

icra hakimiyyətini həyata keçirir, həm də dövlət başçısının 

funksiyalarını yerinə yetirir.  



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə