Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə18/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   14   15   16   17   18   19   20   21   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

51 


uğurları ilə yadda qalmışdır. Xüsusən, 1969-cu ildə Azərbay-

cana rəhbər təyin edilmiş görkəmli dövlət xadimi Heydər 



Əliyevin bütün sahələr üzrə  həyata keçirdiyi fundamental 

islahatlar və əzəmətli quruculuq işləri, milli şüur və milli qürur 

hisslərinin oyanışına, nəticədə isə XX yüzilliyin 70-80-ci 

illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni 

yüksəliş mərhələsinə daxil olmasına səbəb olmuşdur. 

18 oktyabr 1991-ci il tarixində  "Azərbaycan Respublika-



sının dövlət müstəqilliyi haqqında", Konstitusiya Aktı  qəbul 

edilmiş  və bu tarix müasir Azərbaycan dövlətinin müstəqil-

liyinin bərpası günü sayılır. 

 Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində yerləşən Azər-



baycan Respublikasının paytaxtı Bakı şəhəridir. 

Ölkənin ərazisi 86,600 km², əhalisi (2013) 9,356,500 nə-

fərdir (əhali sıxlığı 103  nəfər/km²).  

Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan 

dilidir.  

Dövlətin İnsan İnkişafı İndeksi 0.731 - yüksəkdir (76-cı 

yer). 

 

§1. Azərbaycanın siyasi sisteminin əsas 

xarakteristikası 

 

Siyasi sistemini şərtləndirən əsas amillər 

Müstəqilliyinin ilk illərində (1991-1993) Azərbaycanın 

dövlət siyasəti əsasən deklarativ xarakter daşıdığından, dünya 

ölkələrinin onunla əlaqələri də qeyri-müəyyən idi. Müstəqil 

dövlətin  əsas seçiminin göstəricisi olan ali qanun – Konstitu-

siya qəbul edilməmişdi, seçkili orqan – yeni parlament forma-

laşdırılmamışdı, dövlət idarəçiliyinin, vətəndaş-dövlət münasi-

bətlərinin, siyasi institutların fəaliyyətini tənzimləyən qanunlar 

qəbul edilməmişdi. Bütün bu qeyri-müəyyənlik və ölkə daxi-

lində başlanan vətəndaş müharibəsi, milli-vətəndaş qarşıdur-



Яли Щясянов, Адил Вялийев

 

 



52 

ması, idarəçilik anarxiyası 1993-cü ildə siyasi hakimiyyətin 

ciddi böhranına və iflasına gətirib çıxardı. 

1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gə-

lişi ilə Azərbaycan Respublikasında bütün sahələrdə dövlət 

quruculuğu prosesləri başlandı. Dövlət quruculuğunun mühüm 

sahələrindən biri olan siyasi sistemin formalaşdırılması, idarə-

çilik institutlarının yaradılması, demokratik idarəçilik rejimi-

nin seçilməsi və bütün bunların ölkənin yeni Konstitusiyasına 

salınması da məhz bu dövrə təsadüf etdi. Keçən dövrdə bu sis-

tem xalqın milli xüsusiyyətlərini və respublikanın tarixi şə-

raitinin reallıqlarını özündə  əks etdirərək tamamlanmış  və 

ciddi inkişaf yolu keçmişdir.  

1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ye-

ni Konstitusiyasının qəbul edilməsi və ilk çoxpartiyalı sistem 

əsasında parlamentin yaradılması ilə Azərbaycanın siyasi siste-

minin formalaşması hüquqi cəhətdən əsasən başa çatmışdır. 

Siyasi sistem bütün ölkələrdə cəmiyyətin siyasi həyatının 

institusional-hakimiyyət, təşkilatlandırıcı  və istiqamətverici 

əsası kimi çıxış edir. Siyasi sistem özündə siyasi hakimiyyətin 

təşkilini, bütöv cəmiyyətlə, ayrı-ayrı siyasi və ictimai institut-

larla dövlət arasındakı münasibətləri ehtiva edir, cəmiyyətin 

vahid orqanizm kimi mövcud olmasına təminat yaradır, pro-

seslərin istiqamətlərini müəyyənləşdirir, subyektlərin vahid və 

inteqrasiya olunmuş məcmusunu ifadə edir.  

Azərbaycanın siyasi sistemi demokratik idarəçilik rejimi-

nə malik ölkələrdə olduğu kimi bir-biri ilə qarşılıqlı  əlaqədə 

olan daxili struktur elementlərdən, daha doğrusu alt sistem-

lərdən  (institusional; normativ-tənzimləyici; kommunikativ; 

siyasi-ideoloji) təşkil olunmuşdur. 

Azərbaycanın müasir siyasi sisteminin banisi, ümummilli 

lider  Heydər  Əliyev öz çıxışlarında daim vurğulayırdı ki, de-

mokratik xarakter daşıyan siyasi sistemlər o zaman üstün 

imkanlara və xüsusiyyətlərə malik olur ki, bütün milli və 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

53 


vətəndaş resurslarını ictimai-siyasi proseslərə  cəlb edə bilsin. 

1993-cü ildən başlayaraq Azərbaycanın siyasi sistemində  və-

təndaşların ictimai-siyasi həyatda rolu artırıldı, insanların bir 

seçici, siyasi partiya üzvü, siyasi fəal və s. kimi proseslərdə 

iştirakı təmin olundu.  

Lazımi siyasi resursları özünə  cəlb etməsi Azərbaycanın 

demokratik siyasi sisteminin mövcudluğunun və inkişafının 

əsasında dayanan mühüm faktor oldu. Bu resurslar siyasi haki-

miyyətə, bir tərəfdən vətəndaşların, sosial qrupların və siyasi 

institutların davranışını tənzimləməyə və koordinasiya etməyə, 

vətəndaş  cəmiyyətinə  məqsədyönlü  şəkildə  təsir göstərməyə 

şərait yaratdı. Digər tərəfdən vətəndaşların və sosial qrupların 

ictimai fayda götürməsini gerçəkləşdirdi və  cəmiyyətin 

balanslı inkişafını təmin etdi.  

Azərbaycanın siyasi sisteminin digər xarakterik xüsusiy-

yətlərindən biri də onun ictimaiyyətin müxtəlif tələblərini, və-

təndaşların və sosial qrupların fərqli maraqlarını  və  mənafe-

lərini nəzərə almasında, dövlət siyasətinin formalaşdırılması 

və həyata keçirilməsində ümumi maraqlar balansını gözləmə-

sindədir.  

Bütün bunların təmin edilməsinin əsas şərti isə ilk növbə-

də ölkənin siyasi sisteminin açıq, demokratik və hüquqi xarak-

ter daşıması, dövlətlə  vətəndaş  cəmiyyəti arasındakı müna-

sibətlərin demokratik normalar çərçivəsində tənzimlənməsidir.  

  

Dövlət quruluşu 

 Konstitusiyaya görə Azərbaycan dövləti demokratik, hü-

quqi, dünyəvi  unitar respublikadır.  

Azərbaycan Respublikasının demokratik dövlət olmasını 

şərtləndirən əsas meyarlardan biri qeyd etdiyimiz kimi xalqın 

(seçicinin) hakimiyyətin  əsas mənbəyini təşkil etməsi və 

idarəçilik mandatının yalnız xalqa məxsus olmasıdır.  

Konstitusiyaya görə Azərbaycan Respublikasında  dövlət 



hakimiyyətinin  əsas mənbəyi xalqdır. Ümumbəşəri dəyərlərə 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə