Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə19/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   15   16   17   18   19   20   21   22   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



54 

əsaslanaraq özünün siyasi sistemini və idarəetmə formasını 

müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur.  

Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və döv-

lət arasındakı qarşılıqlı münasibətlər tarazlandırılmış  şəkildə 

formalaşır, vətəndaşların hüquq və azadlıqları sosial dəyər 

kimi qiymətləndirilir və qanunla müdafiə olunur. Bu məqsədlə 

müxtəlif sosial qrupların, siyasi-ideoloji mövqeyindən asılı ol-

mayaraq bütün siyasi partiyaların və çoxsaylı ictimai təşkilat-

ların sərbəst fəaliyyət göstərmələri üçün qanuni təminat verilir 

və dövlət tərəfindən lazımi şərait yaradılır.  

 Dövlətin demokratikliyi həm də onun əhalisinin əsas in-

san və vətəndaş hüquqlarına hörmətlə yanaşılmasını, hökumə-

tin fəaliyyətinin və dövlətin idarəçilik prinsiplərinin xalqın 

idarəsinə söykənməsini tələb edir.  

Azərbaycanda demokratik dövlət rejimi nümayəndəli de-

mokratiyanın (seçkili orqanların fəaliyyəti) mövcudluğuna və 

əhalinin həyatı ilə bağlı qanunların, qərarların qəbulunda onla-

rın (parlament, bələdiyyə və s. şəklində) iştirakına əsaslanır.  

Azərbaycan Respublikasının demokratik dövlət olmasının 

əsas şərti onun hüquqi xarakter daşımasıdır. Öz fəaliyyətində 

hüququ rəhbər tutmayan, əsas insan hüquq və azadlıqlarını tə-

min etməyən, qanunun aliliyinə söykənməyən, ictimai həyatın 

bütün sahələrini qanunlar əsasında idarə etməyən sistem hü-

quqi ola bilməz. Bu mənada Azərbaycanda hakimiyyətin əsas 

mənbəyi kimi xalqı (seçicini) və əsas məqsədi kimi onun ma-

raqlarının təmin edilməsini qəbul etməsi, eyni zamanda hüquqi 

dövlətin mövcudluğunu şərtləndirir. Bu halda vətəndaşlar döv-

lətin işlərində yaxından iştirak edir, cəmiyyətin demokratik şə-

raitdən bəhrələnməklə özlərinin hüquq və azadlıqlarını reallaş-

dırırlar. Dövlət konstitusion normalar vasitəsi ilə ictimai-siyasi 

sistemin sabitliyinə, əhalinin təhlükəsizliyi və maraqlarına təh-

lükə yaradan bütün halların qarşısını alır.  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

55 


Hüquqi dövlətin təşəkkülü və inkişafı vətəndaşların siyasi 

və iqtisadi hüquqları ilə sıx şəkildə bağlıdır. Mərkəzi və yerli 

icra hakimiyyəti orqanları hüquqi dövlətin inkişafını  təmin 

edərkən  hər şeydən əvvəl, Azərbaycan Respublikasının Kons-

titusiyasından və qanunlarından irəli gələn tələbləri və norma-

ları  rəhbər tutur. Bu isə  təsadüfi deyil, çünki Konstitusiya və 

qanunlar hüquqi dövlətin  əsas institutlarının özünüinkişafına  

və özünütəşkilatlandırmasına  geniş imkanlar yaradır.  

Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili 

məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə ölkəmizin 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müd-

dəalarla məhdudlaşır. 

ABŞ-ın “Azad ev” təşkilatı yuxarıda qeyd etdiyimiz kimi 

Azərbaycanı digər postsovet respublikaları – Rusiya, Ukrayna, 

Moldova, Gürcüstan və s. ilə birlikdə “nisbətən azad” dövlət 

kimi dəyərləndirərək “demokratiya istiqamətində irəliləyən” 

ölkələr blokuna daxil edib. 

“Azad ev” “nisbətən azad” ölkələrin siyasi sistemlərini bir 

neçə faktorla xarakterizə edir. Bunlardan: hakimiyyətə gəlmə-

nin və onu idarə etmənin rəqabət prinsiplərinə, açıq və demok-

ratik siyasi mübarizəyə söykənməsi; dövlətin vətəndaşların 

əsas hüquq və azadlıqlarını dönmədən təmin etməsi; hakimiy-

yət bölgüsü prinsiplərinin bərqərar olması; vətəndaşların döv-

lət həyatında, daxili idarəçilikdə, dövlət siyasətinin formalaş-

ması  və  həyata keçirilməsində  iştirakı; hakimiyyətin forma-

laşması və azad seçkilərin keçirilməsində vətəndaşların sərbəst 

iştirakı; azad mətbuatın mövcudluğu və s. bu təşkilatın diqqət 

yönəltdiyi əsas meyarlar hesab olunur. 

2

 

Əlbəttə, bütün bu parametrlər üzrə Azərbaycan “Azad 



ev”in standartlarına cavab verir və demokratik dövlət hesab 

olunur. Lakin “Azad ev”in təsnifatında “tam azad”, “nisbətən 

                                                           

2

 Bax: Ə. Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın  xarici  



siyasəti. Bakı, 1995. s. 176 


Яли Щясянов, Адил Вялийев

 

 



56 

azad” və “qeyri-azad” olmaq üzrə ölkələrin üç qrupa ayrılma-

sında başqa meyarlar da nəzərə alınır ki, bu da tədqiqatçılar 

arasında fikir ayrılığına səbəb olur.  

Şübhəsiz, postsovet respublikalarında mövcud olan de-

mokratik rejim və vətəndaş cəmiyyəti inkişaf etmiş Qərb döv-

lətlərindəki kimi (bu qrupu “Azad ev” təşkilatı birinci təsnifata 

aid edir) inkişaf etmiş və yetkin deyil. Bu özünü ilk növbədə 

onda göstərir ki, postsovet ölkələrinin Konstitusiyalarında 

təsbit olunmuş normalar real fəaliyyət üçün əsas deyil, prinsip 

xarakteri daşıyır. Konstitusiya normaları və prinsiplərinin real-

laşması əlavə qanun yaradıcılığı tələb edir ki, bunu da “Azad 

ev” təşkilatı öz təsnifatında nəzərə alır.  

Bundan başqa “nisbətən azad” ölkələrdəki vətəndaş  cə-

miyyətinin vəziyyəti də inkişaf etmiş Qərb dövlətlərindən xey-

li aşağı səviyyədədir. Tədqiqatçılar bunu ilk növbədə, əhalinin 

siyasi mədəniyyətinin, mentalitetinin və psixoloji vəziyyətinin 

keçmiş sosialist sistemindən miras qalmış  ənənələrindən tam 

azad ola bilməməsi ilə bağlayırlar. Onların fikrinə görə, Qərb 

standartlarına uyğun vətəndaş cəmiyyətini indiki deyil, növbəti 

nəsil həll edəcəkdir. 

Azərbaycanın siyasi sistemində müxalifət partiyalarının 

rolu, siyasi və ictimai institutların yeri məsələsi də “Azad ev” 

təşkilatının təsnifatında nəzərə alınır.  Əlbəttə, siyasi partiya-

ların mövcudluğu, sərbəst fəaliyyət göstərməsi, hakimiyyəti 

tənqid etməsi – bütün bunlar faktdır və “Azad ev” bunları si-

yasi rejimin demokratikliyinin əlaməti kimi təqdim edir. La-

kin, partiyaların təşkilati, siyasi və maddi cəhətdən zəifliyi, 

cəmiyyət həyatına və hakimiyyət strukturlarına təsir imkan-

larının çox cüzi olmasını “Azad ev” Azərbaycanın hələ keçid 

mərhələsində olması ilə əlaqələndirir.  

Azərbaycan  unitar respublikadır (maddə 7). Düzdür, 

Azərbaycan Respublikası  tərkibində Naxçıvan Muxtar Res-

publikasının mövcud olması onu nəzəri cəhətdən ərazi federa-




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə