Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə16/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   12   13   14   15   16   17   18   19   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



44 

həyata keçirilə bilər. Əlbəttə, bu proseslərin həyata keçirildiyi 

ölkənin, regionun xüsusiyyəti, həmin bölgədə reallaşan yerli 

və transmilli layihələrin səviyyəsi, geostrateji vəziyyət, qlobal 

iqtisadi proseslər, informasiya texnologiyaları və başqa faktor-

lardan asılı olaraq demokratikləşmənin həm səviyyəsi (əhatə 

dairəsi), həm də sürəti müəyyənləşir.  

Müasir qloballaşma, dövlətlərarası və dövlətüstü qarşılıqlı 

asılılığın və əlaqələrin mürəkkəb vəziyyəti dünyada vüsət alan 

demokratikləşmə prosesinə  də ciddi təsir göstərərək, onun 

transmilli xarakter almasına səbəb olmuşdur. Xarakterinə  və 

əhatə dairəsinə görə, demokratikləşmə hər bir ölkənin daxili işi 

və seçimi kimi görünsə  də, bütövlükdə bu proses beynəlxalq 

və transmilli səviyyədə öz təsdiqini tapmalı, demokratikləşən 

ölkənin dünyanın demokratik iqtisadi, siyasi, hüquqi və sosial 

dairəsinə inteqrasiyası üçün beynəlxalq dairələrin qeyri-rəsmi 

sanksiyası alınmalıdır. Qlobal dünyanın tələblərinə müvafiq 

olaraq dövlətlərarası  əlaqələrin getdikcə genişlənməsi və in-

tensivləşməsi, daxili və xarici siyasət arasında qarşılıqlı asılı-

lığın artması demokratikləşmənin şərtlərinin və kompleks fak-

torlarının reallaşmasını artıq bir ölkə çərçivəsində qeyri-müm-

kün edir və onun tənzimlənməsi istər-istəməz transmilli xarak-

ter alır. Demokratik dövlətlər öz dairələrinə, qarşılıqlı əlaqələ-

rinə,  əsasən, o dövlətləri cəlb etmək istəyirlər ki, onların de-

mokratikləşmə prosesləri daha çox ümumi standartlara cavab 

verir. Beləliklə, demokratikləşmə milli seçim və fəaliyyət çər-

çivəsini aşaraq, ümumdünya və transmilli tendensiyaya trans-

formasiya edir.  

Dünya politoloqları demokratikləşmənin transmilli xarak-

teri məsələsində yekdil olsalar da, onun gələcək nəticələrinin 

proqnozlaşdırılması baxımından bir neçə fikir irəli sürürlər. 

Bir qrup tədqiqatçı hesab edir ki, dünyanın demokratikləşməsi 

dövlətlərarası münasibətlər sahəsində mövcud olan münaqişə-

lərin aradan qalxmasına, dünyada sülh və ümumi tərəqqinin 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

45 


təmin olunmasına xidmət edəcək. Onların fikrinə görə, hazırkı 

dünyada insanlar və dövlətlər arasında baş verən bütün müna-

qişələrin və anlaşılmazlıqların kökündə “qeyri-demokratik” 

rejimlər dayanır.  

Digər qrup tədqiqatçılar hesab edir ki, demokratikləşmə 

prosesi transmilli xarakter kəsb etsə  də, Vestfal sistemindən 

(1648) başlayaraq dövlətlərarası  səhnədə  cərəyan edən 350 

illik beynəlxalq münasibətlər tarixi sübut edir ki, bu prosesin 

başında “millət-dövlət” faktoru dayanaraq insanlığı idarə et-

mişdir. Onların fikrinə görə, “dövlət-millət” faktoru son dövr-

lərdə qloballaşma nəticəsində müəyyən qədər sıxışdırılır və bu 

işdə beynəlxalq institutların rolu genişləndirilir.  

 Beləliklə, fikir ayrılığı yaradan məsələ odur ki, demokra-

tik dövlətlərin sayının artması  və  fəaliyyət dairələrinin geniş-

lənməsi onların bütün suveren dövlət haqlarının (BMT Nizam-

naməsinə uyğun olaraq) qorunması yolu ilə gedəcək, yoxsa 

beynəlxalq qurumların bu işi tamamilə öz əlinə alması ilə 

müşahidə olunacaq. Şərti olaraq “kosmopolit demokratiya” 

adlandırılan belə prosesdə demokratiyanın həm normalarının 

hazırlanması, həm də bütün dövlətlərin  ərazisində bu norma-

ların tətbiqinə nəzarət edilməsi beynəlxalq hökumətlərarası və 

qeyri-hökumət təşkilatlarına həvalə edilir ki, bu da ənənəvi 

“dövlət-millət” hüquqlarının məhdudlaşdırılması kimi qiymət-

ləndirilir. 

Qloballaşma prosesi dövlətlər arasından iqtisadi, siyasi, 

sosial, maliyyə, informasiya sədlərinin silinməsini, universal 

qanunvericilik və dövlətlərarası münasibətlər sisteminin yaran-

masını stimullaşdırdığı kimi, əlbəttə, demokratiya və demokra-

tikləşmə sahəsində  də universal dəyərlərin formalaşması  və 

tətbiqini sürətləndirir. Son on ildə dünyada demokratik dövlət-

lərin sayının sürətlə artması və beynəlxalq münasibətlər siste-

mində onların dairəsinin və nüfuzunun genişlənməsi artıq bir 

tendensiya kimi müşahidə olunur.  



Яли Щясянов, Адил Вялийев

 

 



46 

Müstəqilliyini  əldə etdikdən sonra (1991) dövlət qurucu-

luğu prosesinin həyata keçirilməsi, dövlətin  əsaslarının yara-

dılması – iqtisadi, siyasi, sosial, mədəni həyatın bütün sahələ-

rinin yenidən qurulması, ölkənin daxili və xarici siyasətinin 

formalaşdırılması Azərbaycan dövlətinin qarşısında dayanan 

ən mühüm vəzifələr idi. Bütün bunlar ölkə rəhbərliyindən, si-

yasi institutlardan və ictimai təşkilatlardan məsuliyyətli ya-

naşma və ciddi seçim tələb edirdi. Azərbaycanın hansı inkişaf 

yolunu seçməsi, dövlət-vətəndaş münasibətlərinin və siyasi 

idarəçiliyin hansı modelinə üstünlük verməsi təkcə onun daxili 

inkişafını deyil, həm də beynəlxalq aləmlə  əlaqələrini, dünya 

dövlətləri ilə münasibətlərini müəyyən etməli idi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

47 


 

 

ЫЫ ФЯСИЛ 



АЗЯРБАЙЪАНЫН СИЙАСИ СИСТЕМИ:  

ФОРМАЛАШМАСЫ ВЯ ЯСАС ХАРАКТЕРИСТИКАСЫ 



 

Ümumi məlumat 

 

           

        

 

 



zərbaycan ərazisində aparılan arxeoloji qazıntılar, ta-

pılan yaşayış məskənləri və qədim insanların qalıqla-

rı, maddi-mədəniyyət əşyaları və s. bu diyarın dünyanın ən qə-

dim insan məskənlərindən biri olduğunu sübut edir. Ölkə əra-

zisi arxeoloji abidələrlə son dərəcə  zəngindir. Tədqiqata cəlb 

edilmiş  Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma və s. kimi 

mağaralarda, habelə başqa arxeoloji abidələrdə  aşkar olunan 

maddi-mədəniyyət nümunələri, o cümlədən 300-400 min il 

bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxan-

trop)  çənə sümüyü Azərbaycanın da ibtidai insanların forma-

laşdığı mühüm ərazi olduğunu sübut edir. 

 Azərbaycan, eyni zamanda dünyanın  ən qədim dövlətçi-

lik ənənələrinə malik olan ölkələrindən biri hesab olunur. Təd-

qiqatçılar bu xalqın, təqribən 5 min illik dövlətçilik tarixinə 

malik olması  qənaətindədirlər. Azərbaycan  ərazisində, hələ 

eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərin-

dən başlayaraq Urmiya hövzəsində yaranmış ilk dövlət qu-

rumları və ya etnik-siyasi birliklər bütün regionun hərbi-siyasi 

tarixində mühüm rol oynamışlar.  




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə