Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə12/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   8   9   10   11   12   13   14   15   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



32 

ilə zəngin olduğundan bu ölkələrdə əhalinin yaşayış səviyyəsi 

çox yüksəkdir. 

 

Dövlət quruluşu formaları 

Siyasi hakimiyyətin həyata keçirilməsi vasitələrindən biri 

də dövlət quruluşu hesab olunur. Hər bir ölkənin daxili quru-

luşu,  ərazilərinin statusu onun dövlət quruluşunun xarakterini 

müəyyən edir və hakimiyyət bölgüsünə birbaşa təsir edir. Da-

xili quruluşlarına görə müasir dünya dövlətlərini üç qrupa 

ayırırlar: Unitar dövlətlər (bütün ölkə ərazisində vahid, mərkə-

zi qanunverici, icra və  məhkəmə idarəçilik sistemi, vahid 

qanunvericiliyi, vahid büdcə və Konstitusiyası olan dövlətlər); 

Federativ (dövlətlərin və dövlətə yaxın statusu olan birliklərin 

- ştat, kanton, respublika və s. birliyi olaraq, vahid qanunveri-

ciliyə, icra və  məhkəmə hakimiyyətinə malik olur, ölkənin 

federal qanunları bütün ərazidə işləyir. Lakin hər bir federasi-

ya üzvü olan subyektin özünün məxsusi konstitusiyası, haki-

miyyət orqanı və qanunverici səlahiyyəti də olur, Konfederativ 

dövlətlər üzv dövlətlərin (yaxud dövlət qurumlarının) müstə-

qilliyini saxlayır, hər bir subyekt mərkəzi hakimiyyətin necə 

yaradılmasını  və ona hansı hüquqların verilməsini, mərkəz-

bölgə səlahiyyətlərinin bölünməsini müqavilə ilə müəyyənləş-

dirir. Konfederasiya üzvləri bütün atributları ilə dövlət statu-

sunu saxlayır. 

Müasir dünyada ən çoxsaylı ölkə unitar quruluşa malikdir. 

Unitar sistemli ölkələrdən Avropada İtaliya, Macarıstan, Avs-

triyanı, federativ ölkələrdən Rusiya, ABŞ, Avstraliya, Hindis-

tan, Kanadanı, konfederasiyalardan isə  İsveçrəni göstərmək 

olar. 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

33 


§2. 

Dünyanın demokratikləşməsi tendensiyası və 

dövlətlərin siyasi rejimlərində baş verən 

dəyişikliklər 

 

üasir dünya nizamının və beynəlxalq siyasətin əsas 

tendensiyalarından birini demokratikləşmə  təşkil 

edir. Bu prosesin əsas mahiyyəti dünyada və beynəlxalq müna-

sibətlər sistemində demokratik dövlətlərin sayının və rolunun 

artırılması, demokratiya və insan hüquqları ilə  məşğul olan 

beynəlxalq hökumətlərarası  və qeyri-hökumət təşkilatlarının 

yaradılması, himayə edilməsi və qeyri-demokratik hesab olu-

nan dövlətlərin daxili həyatının liberallaşdırılmasında onlardan 

istifadə edilməsindən ibarətdir.  

Hazırda dünyada dövlətlərin xüsusiyyətlərini öyrənən və 

təsnifatını aparan xüsusi institutlar və qeyri-hökumət təşkilat-

ları fəaliyyət göstərir ki, onların  əsas işi ayrı-ayrı parametrlər 

üzrə ölkələrin inkişaf səviyyəsini öyrənmək, demokratiya də-

rəcəsinə görə yerini müəyyən etməkdən ibarətdir. Bu kortəbii 

yaranan və kimlərinsə sadəcə ümumi marağı, hobbisi kimi 

həyata keçirilən bir proses deyil, müasir dünya siyasətində he-

gemon rol oynayan ABŞ  və onun NATO üzrə müttəfiqləri 

olan Avropa dövlətlərinin dünya siyasətidir. 

ABŞ-ın “Azad ev” (“Freedom House”) təşkilatı, ATƏT-in 

Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şu-

rası, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları bu işi öyrənir

proseslərə müdaxilə edir, ümumdünya siyasətinin formalaş-

ması  və  həyata keçirilməsində bilavasitə  iştirak edirlər. Belə-

liklə, bir vaxtlar dövlətlərin demokratik, yaxud qeyri-demokra-

tik idarəçilik forması, xarakteri beynəlxalq münasibətlərin sub-

yekti olan hər bir ölkənin daxili işi hesab olunurdusa və bu suve-

renlik beynəlxalq hüquqla qorunurdusa, indi demokratiya, insan 

hüquq və azadlıqları artıq dünya siyasətinin və elə  həmin bey-

nəlxalq ünsiyyətin əsas şərti və tələbinə çevrilməyə başlayıb.  




Яли Щясянов, Адил Вялийев

 

 



34 

Hazırda beynəlxalq aləmdə vüsət alan qloballaşma, regio-

nal inteqrasiya və transmilli dünya siyasətinin genişlənməsi 

dövlətlərin daxili və xarici siyasəti arasındakı bağlılığı və asılı-

lığı da gücləndirmişdir. Dövlətlərin beynəlxalq münasibətlər 

sisteminə qatılması, öz maraq və mənafelərini beynəlxalq hü-

ququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəya-

şayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı onun 

daxili siyasətindən, demokratiya və insan hüquqlarına  əməl 

etməsindən asılı vəziyyətə salınır. Bir sözlə, beynəlxalq aləm-

də təmsil olunmaq, dünya dövlətləri birliyində layiqli yer tut-

maq istəyən hər bir ölkə, daxildə öz vətəndaşlarının bütün dün-

yada qəbul olunmuş hüquq və azadlıqlarına, demokratik idarə-

çilik və vətəndaş cəmiyyəti prinsiplərinə əməl etməlidir. 

İnteqrasiya dövlətlər arasından milli sədləri, qloballaşma 

investisiya, texnologiya və əmək resurslarının tətbiqi sahəsin-

dəki məhdudiyyətləri, qapalı ölkə-dövlət dairəsini aradan qal-

dırdığı kimi, demokratikləşmə dövlətlərin daxili siyasi siste-

minin, idarəçilik rejiminin universallaşması, bu sahədə dünya 

siyasəti səviyyəsinə qaldırılmış standart və prinsiplərə  əməl 

olunmasını nəzərdə tutur. 

Dünya siyasətşünasları dövlətlərin siyasi sisteminin 

demokratikləşməsi prosesinin üç əsas mərhələdən keçdiyini və 

hər mərhələnin özünəməxsus səciyyəvi xüsusiyyətlərə malik 

olduğu qənaətindədirlər.  

ABŞ politoloqu S. Hantinqton “Demokratikləşmənin 

üçüncü dalğası” kitabında dünyada demokratikləşmənin: 1) 

1820-1920; 2) 1940-1960; 3) 1970-2000-ci illər üzrə baş 

verməsi prosesini şərh edərək, ilk dəfə dövlətlərin demokratiya 

meyarları üzrə təsnifatını aparmışdır. 

S. Hantinqton müxtəlif meyarları əsas götürərək dövlətləri 

demokratik, qeyri-demokratik və demokratiya istiqamətində 

inkişaf edən olmaqla üç kateqoriyaya ayırır və müvafiq olaraq 

dünya dövlətlərini bu sxem üzrə qruplaşdırır. Onun bölgüsünə 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə