Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə10/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   6   7   8   9   10   11   12   13   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



26 

hərbi-avtoritar, kommunist (sosialist) və dini sistemlərə malik 

ölkələr olmuşlar. Bu səbəbdən də qeyd olunan dövlətlərin par-

lament formalı idarəetmə üsulu ilə yanaşı, Prezident idarəetmə 

üsulunu seçməsi təsadüfi deyil. Belə ki, 1988-2012-cı illər ər-

zində dünyada parlament formasında idarəetmə üsullu dövlət-

lərin sayı 43-dən 74-ə qədər yüksəlmiş, məhdud hakimiyyətli 

Prezident idarəetmə üsuluna keçmiş dövlətlərin sayı da eyni 

proporsiyada artaraq 35-dən 64-ə çatmışdır. Yalnız, Cənubi 

Asiyada bu proses əksinə cərəyan etmişdir. 1988-ci ildə Pakis-

tanda, sonralar isə Banqladeşdə Prezident idarəetmə üsulu 

parlament idarəetməsinə çevrilmişdir. Hazırda Xorvatiya və 

Serbiya dövlətləri də bu yolla hərəkət edirlər.  

Məhdud hakimiyyətli Prezident idarəetmə üsulunun tipik 

forması ABŞ-da mövcuddur. Ümumiyyətlə, Birləşmiş Ştatlara 

xas olan bəzi idarəçilik prinsipləri hazırda sistemlər arasındakı 

ciddi fərqə baxmayaraq, digər dövlətlərdə  də  təkrar olunur. 

Belə ki, icraedici hakimiyyətin ABŞ sistemi son bir neçə ildə 

intensiv olaraq bəzi  Şimali və  Cənubi Amerika ölkələrində 

yayılmışdır. Bu regionun 21 dövlətindən yalnız Kanada və 

Beliz dövlətində icraedici hakimiyyət Parlamentdə seçilən Baş 

nazirə  məxsusdur. Keçmiş Britaniya müstəmləkəsi olan digər 

ölkələrdəki kimi, bu dövlətlərdə  də parlament formasında 

Respublika idarəetmə üsulu mövcuddur.  

  

Dualist formalı Prezidentli respublika idarəetmə üsulu 

Dualist formada idarəetmə üsulu, liberal-demokratik re-

jimli keçmiş 4 və bu yaxınlarda yaradılmış 27 yeni demokratik 

dövlətdə mövcuddur. Bu idarəetmə formasının  əsası liberal-

demokratik rejimli Fransada qoyulub. Lakin eyni idarəçilik 

sistemini seçən digər dövlətlərin icra hakimiyyət orqanlarının 

fəaliyyət prinsipi müəyyən qədər fərqli xüsusiyyətlərə malik-

dir. Məsələn, Rusiya, Portuqaliya, Rumıniya, Ukrayna, Haiti, 

Tunis, Tacikistan, Şri Lanka, Mavritaniya və s. ölkələrdə icra 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

27 


hakimiyyəti orqanları Prezidentlə Baş nazirin, Monako və 

Mərakeşdə isə monarxla Baş nazirin effektli partnyorluğu yolu 

ilə təşkil edilir. 

Litva, Qırğızıstan və s. dövlətlərdə icraedici hakimiyyətin 

parlament formasında idarəetmə üsulu üstünlük təşkil edir. La-

kin bu dövlətlərdə ölkəyə  rəhbərlik edən Prezidentlər birbaşa 

seçilir və öz əllərində hakimiyyətin formalaşdırılması və idarə 

edilməsi ilə bağlı kifayət qədər səlahiyyət saxlayır ki, bu da 

qeyd olunan dövlətləri “dualist” adlandırmağa əsas verir. Mə-

sələn, hal-hazırda parlamentli respublika olan Çexiyada əvvəl-

lər mövcud olmuş dualist idarəetmə üsulu dövründə Prezident  

əsasən mərasim funksiyalarını yerinə yetirirdi, bununla belə, 

azadlıq uğrunda mübariz, lider kimi qəbul edilən eks-prezident 

Vaslav Qavelin Prezidentlik fəaliyyəti dövründə Prezidentin 

xarizmatik səlahiyyətləri qorunurdu və  əsas məsələlər onunla 

razılaşdırılırdı.  

Son illərdə dövlətlərdə siyasi hakimiyyətin tədricən Prezi-

dentdən Parlament tərəfindən təyin olunmuş Baş nazirə 

keçməsi halının artması müşahidə edilir.  

 

Kommunist sisteminin idarəetmə üsulu 

1991-ci ilə  qədər dünyada Sovet Sosialist Respublikaları 

İttifaqı adlanan SSRİ, partiya və sinfi maraqları təmsil edərək 

qanunverici, icra və məhkəmə hakimiyyətinin kommunist for-

ması kimi klassik nümunə hesab olunurdu. Artıq dünyada nə 

Sovet İttifaqı, nə də ki, digər sosialist dövlətləri yoxdur və yeni 

yaranmış postsovet dövlətlərində, o cümlədən Rusiyada prezi-

dent, parlament, habelə dualist formada idarəetmə üsulları 

mövcuddur. 

Hal-hazırda kommunist sistemi yalnız Çində,  Şimali Ko-

reyada, Kubada və daha bir neçə ölkədə saxlanılıb. Lakin 

SSRİ-dən fərqli olaraq bu ölkələrdə mülkiyyət çoxnövlülüyü 

və digər bazar iqtisadiyyatı əlamətləri mövcuddur.  



Яли Щясянов, Адил Вялийев

 

 



28 

Çində bütün siyasi hakimiyyət 340 üzvü olan Kommunist 

partiyasının Mərkəzi Komitəsinə, Siyasi Büroya, Mərkəzi Ko-

mitə tərəfindən seçilən və hər həftə yığıncağı keçirilən, 12-25 

nəfərdən ibarət mərkəzi nazirlik orqanına, həmçinin Mərkəzi 

Komitənin kiçik inzibati qolu - Katibliyə  mənsubdur. Bu tip 

dövlət orqanlarının sədrləri, Baş nazir və Prezident kimi mü-

hüm vəzifələr də daxil olmaqla kommunist partiyasının yuxarı 

təbəqəsini təşkil edir. 

 Kommunist idarəçilik sistemi özündə siyasətin məqsədini 

təyin edən partiyanı  və bu məqsədləri həyata keçirən dövlət 

aparatını  cəmləşdirmişdir. Bir fakta diqqət yetirmək lazımdır 

ki, ABŞ kimi liberal-demokratik bir ölkədə hakimiyyətin fəa-

liyyətinə Konstitusiya nəzarət edirsə, kommunist ölkələrində 

Konstitusiya da daxil bütün dövlətə, hakim partiyaya nəzarət 

edir. Konstitusiya bir qayda olaraq partiyanın tələblərinə uy-

ğun olaraq onun qərarı ilə tez-tez dəyişdirilir. Bütün bunlara 

baxmayaraq, Çində iqtisadi fəaliyyət azadlığı, azad mülkiyyət 

hüququ və vətəndaşların iqtisadi sərbəstliyi heç də digər dünya 

dövlətlərində olduğundan az deyil.  

Digər bir sosialist ölkəsi olan Kubada keçmiş dövlət 

başçısı Fidel Kastro “kommunist inqilabı”nın lideridir və onda 

liderliyin şəxsləşdirilmiş, plebisit, xarizmatik forması üstünlük 

təşkil edir. 

Cənubi  Şərqi Asiyada Şimali Koreya hələ  də sosialist-

kommunist sistemi ilə yaşayır. 2011-ci ildə atası Kim Çen İrin 

ölümündən sonra hakimiyyətə gələn Kim Çen In sosialist tipli 

kommunist idarəçilik rejimini davam etdirir.  

Ümumiyyətlə, bu kateqoriyaya aid olan dövlətlər dünyada 

sayca çox olmasalar da, planetin ümumi əhalisinin 1/4 hissə-

sini əhatə edir. 

 

Məhdudiyyəti olmayan Prezident idarəetmə üsulu 

“Məhdudiyyətsiz” termini bir partiyalı, lakin kommunist 

rejimi olmayan dövlətlərdə icra orqanlarını xarakterizə etmək 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə