Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə11/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   7   8   9   10   11   12   13   14   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

29 


üçün istifadə edilir. Lakin əslində geniş anlamda siyasətdə heç 

nə məhdudiyyətsiz ola bilməz. 

Hakimiyyətin  əsas mərkəzi partiya olan bəzi kommunist 

dövlətlərindən fərqli olaraq, məhdudiyyətsiz Prezident idarəçi-

liyində güclü, bəzən xarizmatik lider idarəçiliyi üstünlük təşkil 

edir. İcraedici hakimiyyət orqanları bu cür formada olan ölkə-

lərin böyük əksəriyyəti, keçən  əsrin II yarısında müstəmləkə 

asılılığından azad olmuş dövlətlərdir. Müstəqilliyin qorunub 

saxlanması və möhkəmləndirilməsi, çoxsaylı tayfa, etnik, dini 

qrupların birləşdirilməsi və idarə edilməsi, vahid dövlət tərki-

bində onların konsolidasiyası  və s. səbəblər belə dövlətlərdə, 

əlbəttə güclü lider tələb edirdi. Hakimiyyətinə heç bir məhdu-

diyyət qoyulmayan Prezident formalı idarəetmə üsulu olan 

həmin ölkələrin yarısından çoxu Afrika, Yaxın və Orta Şərqdə 

yerləşən və cəmi 40-50 il müstəqillik yaşı olan dövlətlərdir.  

İcra hakimiyyətinin idarəetməsində məhdudiyyət olmayan 

belə dövlətlərin bəzilərində siyasi təşkilat və qeyri-hökumət 

strukturlarının iştirakına formal olaraq razılıq verirlər, lakin 

demokratik institutlar və seçki üzərində total nəzarət bir qayda 

olaraq hakim partiyanın mütləq qələbəsini, müxalifətin isə 

məğlubiyyətini təmin edir. 

Bu cür dövlətlərdə siyasi liderin xarizması və iradəsi xü-

susi əhəmiyyət kəsb edir. Onlardan bir çoxları, liberal-demok-

ratik rejimli dövlətlərdəki həmkarlarından fərqli olaraq, haki-

miyyətdə uzun müddət qalırlar. Bəzi faktları qeyd etməklə, bu 

hallarla bağlı tam təsəvvür formalaşdırmaq mümkündür: bəzi 

Afrika dövlətlərində Prezidentlər öz vəzifələrində 15-20 ildən 

artıq qalaraq canlı  əfsanəyə çevrilmişlər. Bununla bərabər

Mərkəzi Asiyanın bəzi keçmiş sosialist respublikalarında şəx-

siyyətinə güclü pərəstiş edilən Prezidentlər mövcuddur və 

onlar alternativsiz seçkilər yolu ilə hakimiyyətdə uzun müddət 

qalmaqdadırlar. 




Яли Щясянов, Адил Вялийев

 

 



30 

Hər bir ölkənin siyasi sistemi onun əhalisinin mentaliteti, 

iradəsi, tarixi, mədəniyyəti və inkişafı ilə sıx bağlıdır. Məhdu-

diyyətsiz Prezident idarəetmə üsullu dövlətlərin bəziləri ha-

zırda öz siyasi inkişaflarında məhdudiyyətsiz siyasi rejimdən 

demokratik idarəçiliyə keçid mərhələsində yaşayır. Onların bir 

çoxunda sistem qlobal proseslərin təsiri altında yavaş-yavaş 

dəyişir, bəzilərində isə yaxın gələcək üçün belə dəyişiklik nə-

zərdə tutulur. Başqa dövlətlərdə, xüsusilə Şimali Afrika ölkə-

lərində möhkəm  şəkildə keçmiş tayfa siyasi ənənələrinə söy-

kənərək birpartiyalı sistemin monopoliyası  və partiyalar ara-

sında sərbəst rəqabətə imkan verilməməsi nəticə etibarilə bu 

bölgədə son iki ildə siyasi kataklizmlərə, inqilabi dəyişik-

liklərə səbəb oldu.  

 

Hərbi rejimli idarəetmə üsulu 

 Hal-hazırda dünyada siyasi və icraedici hakimiyyəti hərbi 

formada olan dövlətlərin sayı üçdür. Bunların 2-si Şimal-Şərqi 

(Misir) və  Qərbi (Mali) Afrikada, biri isə Okeaniyada (Fici) 

yerləşir. Tarixi təcrübədən aydın olur ki, hərbi rejimli idarə-

etmə üsuluna malik dövlətlərin əksəriyyətini ümumi bir xüsu-

siyyət - bu ölkələrin tarixində baş vermiş hərbi münaqişələr və 

çevrilişlər kimi uzun bir siyahı birləşdirir. Bu dövlətlərin hər 

birində, vətəndaş azadlığının pozulması hesabına qayda-qanu-

nu ordu qoruyur. Bəzi ölkələr isə tez-tez sivil vətəndaş qayda-

qanunundan hərbiyə  və  əksinə çevrilmə prosesi ilə üzləşirlər. 

Məsələn, Burkina-Faso 30 il ərzində 6, Tailand isə 1932-ci 

ildə mütləq monarxiyanın ləğvindən sonra 17 hərbi çevrilişə 

məruz qalmışdır. 

Cənubi Amerika ölkələrində mövcud olan hərbi rejimlərin 

siyasəti isə çox mürtəce və mühafizəkarlığı ilə seçilir. Bu cür 

siyasət həmin ölkələrdə çox məhdud bir dairənin maraqlarını 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

31 


müdafiə etməyə və xalq hərəkatını boğmağa yönəlmişdir. Hər-

bi rejimli digər ölkələrdə əsasən sıravi məmurların sırasından 

çıxmış liderlər radikal iqtisadi və sosial siyasət həyata keçir-

mələri ilə yadda qalırlar. Bu rejimlər, bir qayda olaraq, korrup-

siya və rüşvətə qurşanmış inzibati orqanları devirərək haki-

miyyəti ələ keçirir və dövləti puritan qaydasında idarə etməyə 

meyil göstərirlər. Müasir dövrün populist hərbi rejiminin ən 

parlaq nümunələri dünyada Qanada Cerri Roulinqs, habelə 

Tomas Sankara (1983-1987-ci illər) və Burkina-Fasoda Bleyz 

Kompaoredir. Əslində, Roulinqs də, Kompaore də bu ölkələr-

də seçilmiş vətəndaş Prezidentləri olmuşlar. 

 

Mütləq formalı idarəetmə üsulu 



 Müasir dünyada Vatikan dövləti istisna olmaqla, mütlə-

qiyyət formalı idarəetmə üsuluna aid olan dövlətlərin əksəriy-

yəti monarxiya dövlətləridir. Bunlardan, Bruney,  Oman, Qatar 

və Səudiyyə Ərəbistanı - ərəb əmirlikləri, sultanlıqları və mo-

narxiyalarıdır. Svazilend irsi monarxiya quruluşuna malikdir. 

Bu dövlətlərdə siyasi partiyalar ümumiyyətlə  fəaliyyət gös-

tərmir. 

Hərbi siyasi rejimli dövlətlərdən fərqli olaraq, icraedici 

hakimiyyəti mütləqiyyət monarxiyasına mənsub olan bütün 

dövlətlər hərbi çevrilişlər nəticəsində qurulmayıb. Onlar müs-

təmləkə sisteminin zəifləməsindən sonra icraedici hakimiyyəti 

ələ almış yerli liderlərin, tayfa başçılarının uzunmüddətli 

hakimiyyəti nəticəsində yaranmış və ənənəyə çevrilmişdir.  

Mütləqiyyət rejiminin universal xarakterlərindən biri, 

dövlətin bir şəxs, Səudiyyə  Ərəbistanında isə bir ailə  tərəfin-

dən idarə olunması faktıdır. Məhz bu fakt, icraedici hakimiy-

yətin mütləq xarakterini göstərir. Mütləqiyyət formasında ida-

rəetmə üsulu olan dövlətlərin böyük əksəriyyəti neft yataqları 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə