Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə13/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   9   10   11   12   13   14   15   16   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

35 


görə, demokratik dövlətlər dünyada mövcud olan bütün ölkə-

lərin təxminən 1941-ci ildə 25%, 1996-cı ildə 40%, 2000-ci il-

də isə 75%-ni təşkil edir. Təxminən oxşar rəqəmləri ABŞ-ın 

“Azad ev” təşkilatı da açıqlayır. 

Tədqiqatçılar dünyada dövlətlərin siyasi sisteminin de-

mokratikləşməsi və ümumiyyətlə, “demokratik dövlət” anlayı-

şının meydana çıxmasını 1820-ci ildən – ABŞ Prezidenti V. 

Vilsonun “dünyanı demokratiya üçün təhlükəsiz etməliyik” 

çağırışından başlayırlar. Bu çağırışdan sonra və ümumiyyətlə, 

Birinci dünya müharibəsinin başlanmasına qədər (1914) ABŞ 

da daxil olmaqla Avropanın iyirmiyə yaxın ölkəsi daxili idarə-

çiliklərini qanunların aliliyinin, seçki institutlarının, parlament 

və çoxpartiyalı sistemin, azad fikir və düşüncə prinsiplərinin 

yaradılması  və  fəaliyyəti üzərində qururlar (təxminən 21 

dövlət). 

Sonrakı illərdə Almaniyada faşizmin meydana çıxması və 

bəzi Avropa ölkələrinin bu dövlətin təsiri altına düşərək de-

mokratik idarəçilikdən imtina etməsi prosesi (1920-1940) 

Avropada demokratik dövlətlərin sayını azaldır. 

İkinci dünya müharibəsinin sona çatması ilə dünyada de-

mokratikləşmə dalğası güclənir və ideoloji-sinfi qarşıdurma 

dövrünün  əsas faktorlarından birinə çevrilir. Bu dövrdə  həm 

kapitalist, həm də sosialist dünyası demokratiyanı və insan hü-

quqlarını öz fəaliyyətlərinin əsas prinsipi kimi elan etsələr də, 

hər biri bu anlayışa özünəməxsus yanaşma nümayiş etdirməyə 

başlayır və müstəqillik  əldə etmiş digər dövlətləri öz tərəfin-

dən bu prosesə qoşmağa çalışırdı. Müstəmləkə rejimlərindən 

azad olunmuş dövlətlərin bəziləri ABŞ  və SSRİ-nin başçılıq 

etdiyi blokların təsiri altına düşsə  də, bəziləri öz müstəqil 

siyasətlərini yürüdürdülər. Bu ölkələr “bitərəf ölkələr bloku” 

adlanan birlik tərkibində öz daxili və xarici fəaliyyətlərini 

məxsusi prinsiplər üzərində qururdular.  




Яли Щясянов, Адил Вялийев

 

 



36 

Ümumən, 1945-1960-cı illəri tədqiqatçılar “dövlətlərin 

demokratiyadan geri çəkilməsi” dövrü kimi xarakterizə edirlər. 

Bu da onunla bağlı idi ki, Almaniyaya qarşı İkinci dünya mü-

haribəsinin  əsas ağırlığını daşımış SSRİ müharibədən sonra 

Şərqi Avropa və  bəzi Asiya ölkələrində kommunist idarəçi-

liyinin bərqərar olmasına nail olur. Bundan başqa, SSRİ-nin 

təsirini və müharibədən sonrakı illərdə sosialist inqilabına ar-

tan rəğbəti aradan qaldırmaq üçün bəzi Qərbi Avropa ölkələri 

də daxili idarəçiliyi müəyyən qədər sərtləşdirir, kommunist 

meyilli qüvvələrin fəaliyyətini məhdudlaşdırırdı. Bu illərdə 

hətta Yunanıstan, Çili, Portuqaliya, İspaniya və s. kimi ölkə-

lərdə avtoritar yönlü hakimiyyətlər formalaşmışdı.  

S. Hantinqtonun və ABŞ-ın “Azad ev” təşkilatının fikrinə 

görə, 1970-ci illərdən dünyada demokratiyanın inkişafının 

üçüncü dalğası başlanır.  

Demokratikləşmənin üçüncü dalğası artıq tək-tək dövlət-

ləri deyil, bütün qitələri əhatə edərək Avropada, Asiyada, Afri-

kada və Latın Amerikasında çoxsaylı dövlətlərin demokratik 

yönlü inkişafı ilə  səciyyələnmişdir. Bu illərdə Yunanıstanda, 

Argentinada, Cənubi Koreyada, Portuqaliyada avtoritar rejim-

lər süquta uğrayırlar. İspaniya, Dominikan Respublikası, Hon-

duras, Braziliya, Peru, Çili, Türkiyə, Filippin, Tayvan, Tai-

land, Macarıstan, Çexoslovakiya, Polşa, Rumıniya, Bolqarıs-

tan, Cənubi Afrika Respublikası demokratik inkişaf yoluna 

qədəm qoyurlar.  

Sosializmin iflası və SSRİ-nin dağılmasından sonra Kuba 

istisna olmaqla keçmişdə bu düşərgəni təşkil edən bütün sosia-

list ölkələri, SSRİ  tərkibinə daxil olan üç Baltikyanı ölkə, 

Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova, Ermə-

nistan, Belarus demokratik inkişaf istiqaməti götürərək, dünya 

siyasətinin yeni tendensiyasına qoşulurlar.  

ABŞ-ın “Azad ev” təşkilatının hesablamalarına görə, 

1972-ci ildə dünyada 192 dövlət içərisində 42 demokratik və 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

37 


“azad” ölkə var idisə, 2002-ci ildə onların sayı artıq 89-a çatır. 

Bu siyahıya SSRİ tərkibinə daxil olan respublikalardan yalnız 

üç Baltikyanı respublika salınıb. Qalan ölkələr – Azərbaycan, 

Rusiya, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan “Azad 

ev” təşkilatının təsnifatında “nisbətən azad”, Belarus, Qazaxıs-

tan, Tacikistan, Türkmənistan və Özbəkistan “qeyri-azad” 

ölkələr sırasına daxil ediliblər.  

Demokratik və “azad dövlət” anlayışının beynəlxalq 

aləmdəki bugünkü standartları bir neçə faktorla: hakimiyyətə 

gəlmənin və onu idarə etmənin rəqabət prinsiplərinə, açıq və 

demokratik siyasi mübarizəyə söykənməsi; dövlətin vətəndaş-

larının əsas hüquq və azadlıqlarının konstitusiya və qanunlarla 

təmin edilməsi; hakimiyyət bölgüsü prinsiplərinin bərqərar 

olması; vətəndaşların dövlət həyatında, onun idarəçiliyində, 

daxili və xarici siyasətin formalaşması  və  həyata keçirilmə-

sində  iştirakı; hakimiyyətlərin tərkibinin formalaşmasında 

azad seçkilərin keçirilməsi və s. ilə ölçülür. 

Tədqiqatçılar demokratikləşmənin inkişaf trayektoriyası-

nın və dərinliyinin müəyyən edilməsi, ölkələrin siyasi sistemi-

nin qiymətləndirilməsi metodologiyasına görə  fərqli mövqe 

nümayiş etdirirlər. Keçmiş postsovet ölkələrində üçüncü de-

mokratikləşmə dalğasının qiymətləndirilməsində  əsas götürü-

lən meyarlara münasibətdə fikir ayrılığı xüsusi nəzərə çarpır.  

Rus politoloqu A.Melvilin fikrinə görə, müasir siyasi 

inkişaf səviyyəsinin və demokratikləşmənin müəyyən edilməsi 

məqsədilə ABŞ-ın “Azad ev” təşkilatının tətbiq etdiyi meto-

dika bir çox faktorları nəzərə almadığı üçün konkret məkan və 

zaman çərçivəsində baş verən proseslərin obyektiv qiymətlən-

dirilməsinə imkan vermir. Məsələn, postsovet məkanında Bal-

tikyanı dövlətlərin demokratik inkişafı ilə Tacikistan və Türk-

mənistan kimi ölkələri heç cür müqayisə etmək olmaz. Bu öl-

kələrin hər birinin demokratik inkişafının sürəti və  əhatəsi 

onların siyasi elitasının səviyyəsi, ictimaiyyətinin təhsili, 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə