Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə15/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   11   12   13   14   15   16   17   18   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

41 


ərəb dünyasına yönəlmiş demokratik transformasiya proqram-

ları tamamilə bir-birindən fərqlənir. Lakin buna baxmayaraq, 

bütün bu proqramları vahid bir sistem, prinsip və standart bir-

ləşdirir - dövlət idarəçiliyinin demokratikləşməsi, insan və 

vətəndaş hüquqlarının təmin edilməsi, vətəndaş  cəmiyyəti və 

siyasi plüralizmin bərqərar olması. Bu prinsiplərin reallaşması, 

bəzi tədqiqatçıların düşündüyü kimi, “nə vaxtsa dünya döv-

lətlərinin universal və vahid bir demokratiya modelinə  gəti-

rəcəyi fikri” hələlik illüziyadan başqa bir şey deyil.  

Məlum olduğu kimi, dünyada mövcud olan idarəçilik 

sistemlərinin, rejimlərinin yüz illərlə davam edən tarixi, əhali 

arasında normaya çevrilmiş özünəməxsus dəyərləri, hər bir 

xalqın adət-ənənəsinə söykənən xüsusiyyətləri mövcuddur. 

Demokratik inkişaf da həmin ölkələrin hər birində birbaşa 

“transmilli xüsusiyyət” və standartlarla deyil, özünəməxsus 

formada həyata keçirilir. Bəzilərində diktatura rejimlərinin 

liberallaşması (yuxarının təşəbbüsü ilə mətbuat və informasiya 

üzərində senzuranın yumşaldılması, qeyri-hökumət təşkilatları 

və vətəndaş cəmiyyəti təşəbbüslərinə meydan verilməsi, siyasi 

məhbus və siyasi qaçqınların bağışlanması, gəlirlərin bölüşdü-

rülməsi prosesinin şəffaflaşdırılması, siyasi müxalifətin 

fəaliyyətinə dözüm nümayiş etdirmək və s.) şəklində həyata ke-

çirilir. Digərlərində isə bu proses demokratik institutlaşmanın 

yaradılması  və onun standartlarına  əməl edilməsi  şəklində 

(hakimiyyətə  gəlmək istəyən opponentlərə siyasi mübarizə 

üçün şəraitin yaradılması, hakimiyyət bölgüsünün, qanunların 

aliliyinin, azad seçkilərin təmin edilməsi və s.) reallaşır. 

Transmilli demokratikləşmə dalğası əsasən o ölkələri əha-

tə edir ki, onlarda artıq neçə illərdir, liberallaşma prosesi həya-

ta keçirilib və ictimai fikir, ölkə  əhalisinin çoxu demokratik 

institutlaşma işinə hazırdır. Yəni leqal, legitim hakimiyyət və 

müxalifət münasibətləri, qalibin və  məğlub olanın haqlarının 

qorunması və s. məsələlər ictimaiyyətin əsas tələbi olub.  




Яли Щясянов, Адил Вялийев

 

 



42 

Dünya politoloqları hazırda yer üzündə gedən demokra-

tikləşmə prosesinin obyektiv qanunauyğun və qlobal xarakter 

kəsb etməsi, müasir dünya siyasətinin, beynəlxalq münasibət-

lər sisteminin əsas aparıcı tendensiyasına çevrilməsi fikrində 

yekdildirlər. 

Demokratikləşmə dalğasının müasir dünyada vüsət alma-

sına və ictimai rəğbət qazanmasına təsir edən faktorlar 

sırasına: 

- xarici faktorlar – demokratik quruluşların və demokratik 

dəyərlərin insanların istək və arzularına cavab verməsi, onların 

sivil birgəyaşayışını təmin etməsi, vətəndaş-dövlət münasibət-

lərini tənzimləyən  ən optimal normaya çevrilməsi haqqında 

bütün dünyada geniş şəkildə həyata keçirilən təbliğat; 

- son illər demokratik dəyər daşıyıcısı olan dövlətlərin di-

gər quruluşlu və rejimli dövlətlərə nisbətən iqtisadi, siyasi, hu-

manitar, sosial və mədəni inkişaf sahəsində daha çox müvəffə-

qiyyət qazanması  və bu faktın dünya ictimaiyyəti arasında 

geniş təbliğ olunması; 

- demokratiya daşıyıcısı olan institutların, hökumətlərarası 

və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitə-

lərinin demokratik inkişafı stimullaşdırması sahəsində geniş 

fəaliyyəti və onların vahid mərkəzdən (ABŞ və Avropa ölkə-

ləri) idarə olunması; 

- avtoritar və qeyri-demokratik rejimlərin özünü doğrult-

maması  və onların  əleyhinə bütün dünyada aparılan geniş 

transmilli təbliğatı və s. aid edirlər. 

Bundan başqa, dünyanın  ən inkişaf etmiş dövlətlərinin 

siyasi, iqtisadi, sosial və  mənəvi inkişaf modellərinin bir çox 

geridə qalmış ölkələrin daxili inkişaf problemlərinin aradan 

qaldırılması sahəsində “özünü doğrultmuş model” kimi tətbiq 

olunması dünyada insanların seçiminə  və  fəaliyyətinə müsbət 

təsir göstərmişdir. Bu da müvafiq olaraq daxili problemlərini 

həll edə bilməyən ölkələrin ictimaiyyətinin və elitasının öz 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

43 


hökumətlərinə demokratik modernləşmə  tələbini stimullaşdır-

mışdır. 


Ən əsası isə, müasir beynəlxalq münasibətlərin və ayrı-ay-

rı ölkələrin bu sistemdəki yerinin müəyyən edilməsi bilavasitə 

onların daxili idarəçilik prinsipləri, demokratikləşməyə müna-

sibəti ilə müəyyən olunduğundan, xarici faktorların bu prosesə 

təsiri xüsusi əhəmiyyətə malikdir. Yeni dünya nizamının for-

malaşdığı müasir beynəlxalq münasibətlər sisteminin əsas 

xarakterik xüsusiyyətlərindən birini məhz bu faktor təşkil edir.  

Əlbəttə, dünya politoloqları transmilli demokratikləşməyə 

təsir baxımından xarici və daxili faktorların rolu məsələsində 

vahid bir rəyə gələ bilmirlər. Çünki konkret zaman, məkan və 

şəraitdən asılı olaraq bu faktorlardan biri aparıcı, digəri kö-

məkçi (və yaxud əksinə) rolunda çıxış edir. Məsələn, 1953, 

1956, 1968-ci illərdə Almaniya Demokratik Respublikası, Ma-

carıstan və Çexoslovakiyada rejimlərin transformasiyasının 

qarşısının alınması daha çox xarici faktor kimi çıxış etmişdir-

sə, 1987-1991-ci illərdə SSRİ-nin özündə gedən transforma-

siya daxili faktorların rolunu qabarıq  şəkildə nümayiş etdir-

mişdir. Yaxud İkinci dünya müharibəsindən sonra Almaniya, 

İtaliya, Yaponiya, Şərqi Avropa ölkələrində qurulan rejimlər, 

onların inkişaf yönümləri bilavasitə xarici faktorların təsiri 

altında baş vermişdir.  

Hər bir ölkədə siyasi sistemin demokratikləşməsinə  təsir 

edən amillər müxtəlif formada təzahür edir. Bunların sırasında 

ən geniş yayılmışları birbaşa məcburetmə (xarici), inandırma 

(həm xarici təbliğat yolu ilə, həm də daxildə ictimaiyyətlə, 

ayrı-ayrı insan qrupları ilə  iş aparmaqla) və stimullaşdırma 

(daxili və xarici) formaları hesab olunur. 

Demokratikləşmə  həm bütün sahələrdə eyni zamanda 

(dövlətin siyasi, iqtisadi, sosial və s. sahələrində radikal və ya-

xud tədricən transformasiya ilə), həm də ayrı-ayrı sahələrdə 

ardıcıl olaraq (əvvəl, məsələn, iqtisadi sahə, sonra digərləri) 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə