Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə17/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   13   14   15   16   17   18   19   20   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



48 

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin 

əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) 

şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər yaran-

mış və fəaliyyət göstərmişlər. Həmin dövlətlər sonrakı dövrdə 

Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yük-

səlməsinə, ölkənin iqtisadi-mədəni tarixinə, eləcə də vahid xal-

qın təşəkkülü prosesinə mühüm təsir göstərmişlər.  



Azərbaycan III əsrdə Sasani-İran imperiyası, VII əsrdə isə 

Ərəb xilafəti  tərkibinə qatılmış, ölkə  ərazisinə  İranın və  Ərə-

bistanın içərilərindən çoxsaylı İran və ərəb mənşəli əhali köçü-

rülmüşdür. Eramızın ilk yüzilliklərində ölkə  əhalisinin  əksə-

riyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil

daha qüvvətli olan yerli türk kökənli etnoslar (onların arasında 

oğuz türkləri üstünlük təşkil etmişlər) vahid azərbaycan xalqı-

nın təşəkkülü prosesində mühüm rol oynamışlar. Eramızın ilk 

əsrlərindən başlayaraq, türk dili Azərbaycan  ərazisində yaşa-

yan digər azsaylı xalqlar, etnik qruplar arasında da başlıca ün-

siyyət vasitəsinə çevrilmiş, şimalla cənub arasında birləşdirici, 

əlaqələndirici rol oynamışdır.  

VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycanın 

tarixi müqəddəratında əsaslı dönüş yaranmışdır. Belə ki, İslam 



dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan vermiş, bu 

prosesin sürətlənməsinə  həlledici təsir göstərmişdir. Türk və 

qeyri-türk etnosları arasında dini birliyin yaranması, onların 

yayıldığı bütün Azərbaycan  ərazisində vahid adət-ənənələrin 

təşəkkülünə səbəb olmuşdur.  

Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortaların-

dan başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə 

türk-islam sivilizasiyasının təsiri daha da artmışdır.  Sacilər, 



Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimlə-

ri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular

Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlu-

lar, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

49 


islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın 

və bütövlükdə  Cənubi Qafqazın deyil, eyni zamanda, bütün 

Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoymuşlar.  

XV-XVIII  əsrlərdə  Şərqin geniş  ərazilərinə hakim olan 



Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları 

kimi dövlətlər bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə 

olunmuşdur. Bu mühüm amil Azərbaycanın daxili və beynəl-

xalq  əlaqələrinə müsbət təsir göstərmiş, xalqın hərbi-siyasi 

təsir dairəsini gücləndirmiş, maddi və mənəvi varlığının daha 

da inkişaf etməsinə  əlverişli  şərait yaratmış, dilinin fəaliyyət 

meydanını genişləndirmişdir.  

Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-



1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın 

və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmiş, Azərbay-

canın dövlətçilik mədəniyyəti daha da inkişaf etmişdir.  

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan döv-

lətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə  qədəm 

qoymuşdur. Bu dövrdə görkəmli dövlət xadimi Şah  İsmayıl 



Xətai (1501-1524), şimallı-cənublu bütün Azərbaycan torpaq-

larını öz hakimiyyəti altında birləşdirməyə müvəffəq olmuş və 

beləliklə paytaxtı  Təbriz  şəhəri olan vahid, mərkəzləşdirilmiş 

Azərbaycan dövləti - Səfəvi imperiyası meydana gəlmişdir.  



 Sonrakı illərdə Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və 

digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahat-

lar, habelə daxili və xarici siyasət nəticəsində  Səfəvi dövləti 

Yaxın və Orta Şərqin  ən qüdrətli imperiyalarından birinə 

çevrilmişdir.  

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə  gələn 

görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) 

keçmiş  Səfəvi imperiyasının  sərhədlərini daha da genişləndir-

miş, hətta 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindis-

tanı ələ keçirmişdir.  



Яли Щясянов, Адил Вялийев

 

 



50 

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş əra-

zili imperiya süquta uğramış, nəticədə Azərbaycan torpaqların-

da yerli xırda dövlətlər (xanlıqlar və sultanlıqlar) yaranmışdır.  

XVIII əsrin sonunda İranda hakimiyyətə gəlmiş Azərbay-



can sülaləsi olan Qacarlarla (1796-1925)  Cənubi Qafqazı 

işğal etməyə çalışan  Rusiya arasında uzun sürən müharibələr 

dövrü başlanmış, nəticədə  Gülüstan (1813) və Türkmənçay 

(1828) müqavilələrinə  əsasən  Azərbaycan iki imperiya ara-

sında bölüşdürülmüşdür (Şimali Azərbaycan Rusiyaya, Cənubi 



Azərbaycan isə Qacarların idarə etdiyi İran  şahlığına qatıl-

mışdır).  

Rusiya işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qa-

rabağın dağlıq rayonlarına, keçmiş  İrəvan və Naxçıvan xan-

lıqlarının  ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni 

əhalisini köçürmüş, bununla da Azərbaycan torpaqlarında gə-

ləcək erməni dövlətinin əsası qoyulmuşdur.  

XX  əsrin  əvvəllərində  Şimali Azərbaycanda azadlıq mü-

barizəsi misli görünməmiş faciələrlə nəticələnmiş, burada ha-

kimiyyəti  ələ keçirən daşnak-bolşevik hökuməti 1918-ci ilin 

martında Azərbaycan xalqına qarşı  dəhşətli soyqırımı  həyata 

keçirmişdir.  

Lakin Türkiyənin köməkliyi ilə Azərbaycanda azadlıq hə-

rəkatı qalib gəlmiş  və 28 may 1918-ci il tarixində müsəlman 

şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq 



Cümhuriyyəti yaranmışdır.  

1920-ci il aprel ayının 28-də Sovet Rusiyasının hərbi təca-

vüzü nəticəsində müstəqil Azərbaycan dövlətçiliyinə son qo-

yulmuş və Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist 



Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olunmuş-

dur.  


Azərbaycan xalqının sovet dövrü (1920-1991) bütövlükdə 

ümumi imperiya çərçivəsində mövcud olsa da, xalqın maddi-

mənəvi inkişafı, respublika həyatında mühüm sosial-iqtisadi 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə