Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə25/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   21   22   23   24   25   26   27   28   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



72 

Şəhər və rayonların icra hakimiyyətlərinin başçıları  səla-

hiyyətlərinin həyata keçirilməsini təşkil etmək məqsədilə  şə-

hərlərdə, qəsəbələrdə və kəndlərdə icra nümayəndələrini vəzi-

fəyə  təyin edirlər.  Şəhər və rayon icra hakimiyyətlərinin baş-

çıları yanında tərkibində 15 nəfərə  qədər  şəxsin təmsil oluna 

biləcəyi Şura yaradılır. Şuranın tərkibinə yerli icra hakimiyyə-

tinin başçısı, onun müavinləri, icra hakimiyyəti aparatının rəh-

bəri, aparatın struktur şöbələrinin və müvafiq ərazidə yerləşən 

idarə  və müəssisələrin rəhbərləri daxildir. Şuranın iclasları 

ayda iki dəfədən az olmayaraq keçirilir.  

Azərbaycan Respublikasında yerli özünüidarə seçkilər 

əsasında yaradılan  bələdiyyələr  tərəfindən həyata keçirilir. 

Bələdiyyələrin statusu və  səlahiyyətləri Azərbaycan Respub-

likasının Konstitusiyası, “Bələdiyyələr haqqında” Qanun və 

digər qanunvericilik aktları ilə müəyyənləşir. Bələdiyyələr öz 

fəaliyyətlərini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə 

həyata keçirirlər. Bələdiyyənin iclasları  bələdiyyənin sədri 

tərəfindən çağırılır.  

 

Məhkəmə hakimiyyəti 

 Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti  əda-

lət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata 

keçirilir. Konstitusiyaya görə əgər qanunvericilik və icra haki-

miyyəti iki yuxarı dövlət orqanına (ölkənin başçısına və par-

lamentə) həvalə olunursa, məhkəmə hakimiyyəti isə bütün 

məhkəmə orqanlarını  əhatə edir. Hər bir məhkəmə orqanı 

Konstitusiyanı  və qanunları  rəhbər tutaraq müstəqil fəaliyyət 

göstərirlər.  

 Məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi, Ali 

Məhkəmə, apelyasiya məhkəmələri, ümumi və digər ixtisaslaş-

dırılmış məhkəmələr həyata keçirirlər.  

Azərbaycan Respublikasının məhkəmə sisteminə  aşağı-

dakı məhkəmələr daxildir:  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

73 


rayon (şəhər) məhkəmələri; 

Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublika-

sının məhkəməsi

Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respub-

likasının məhkəməsi; 

Hərbi məhkəmələr; 

Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublika-

sının hərbi məhkəməsi; 

Yerli iqtisad məhkəmələri; 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi; 

Apelyasiya məhkəmələri; 

Azərbaycan Respublikasının Ali Məhkəməsi. 

Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil 

hüquqi  şəxsdir. Azərbaycan Respublikasının məhkəmələrində 

işlərə qanunvericilikdə  nəzərdə tutulmuş hallarda və qaydada 

kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya 

məhkəməsində  işlərə  təkbaşına və ya üç hakimdən ibarət 

tərkibdə, yaxud andlı iclasçılardan ibarət tərkibdə; apelyasiya 

və kasasiya instansiyası  məhkəməsində üç və ya daha çox 

hakimdən ibarət tərkibdə baxılır. Məhkəmələr işlərə baxarkən 

Azərbaycan Respublikasının Konstitusiyasını, qanunları  və 

digər qanunvericilik aktlarını, eləcə də ölkəmizin tərəfdar çıx-

dığı beynəlxalq müqavilələri rəhbər tuturlar.  

Azərbaycanda məhkəmə hakimiyyəti Konstitusiya, mülki 

və cinayət məhkəmə icraatı və qanunla nəzərdə tutulmuş digər 

vasitələrlə  həyata keçirilir. Məhkəmə hakimiyyətinin həyata 

keçirilməsinin üç forması (konstitusion, mülki və cinayət) eyni 

hüquqi statusa malikdir və onların hər biri özünəməxsusluğuna 

baxmayaraq vahid prinsiplərə əsaslanırlar.  

Azərbaycan Respublikası  məhkəmələrinin fəaliyyəti  əda-

lət mühakiməsinin və  məhkəmə  nəzarətinin həyata keçiril-

məsinə yönəlmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata 

keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasında təs-



Яли Щясянов, Адил Вялийев

 

 



74 

bit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarını, mül-

kiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə  və 

təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüqu-

qi  şəxslərin hüquqlarını  və qanuni mənafelərini hər cür qəsd-

lərdən və qanun pozuntularından müdafiə edir.   

Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci mad-

dəsinə uyğun olaraq ölkəmizdə  ədalət mühakiməsi irqindən, 

milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən

əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi 

partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə 

mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və 

məhkəmə qarşısında hüquq bərabərliyi əsasında keçirilir.  

Ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın 

63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası 

prinsipinə riayət olunması təmin edilir.  

Konstitusiyaya  əsasən, işlərə  məhkəmənin qapalı iclasla-

rında baxılması halları istisna olmaqla, bütün məhkəmələrdə 

işlərin icraatı açıq aparılır. Qanunda nəzərdə tutulmuş hallar 

istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol 

verilmir. Bütün hallarda məhkəmələrin qərarları açıq elan 

edilir.  

Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüqu-

quna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 

5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşları 

hakim ola bilərlər. 

Konstitusiyaya  əsasən ikili vətəndaşlığı, xarici dövlətlər 

qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliy-

yətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfin-

dən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına 

görə hakim səlahiyyətlərini yerinə yetirməyə qadir olmayan, 

cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, hakim adı 

ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən 

azad edilmiş şəxslər hakim ola bilməzlər.  




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə