Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə24/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   20   21   22   23   24   25   26   27   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

69 


verilməsi məsələsinin həll edilməsi,  əfv etmək, fövqəladə  və 

hərbi vəziyyət elan etmək, Milli Məclisin razılığı ilə müharibə 

elan etmək və sülh bağlamaq və digər məsələlərlə bağlı 

konstitusion səlahiyyətlərini həyata keçirir.  

Prezident bütün icra hakimiyyəti sistemini müstəqil 

şəkildə formalaşdırmaq hüququna malikdir.  

Konstitusiyaya görə Azərbaycan Respublikasının Prezi-

denti hərbi vəziyyət elan etmək və fövqəladə  vəziyyət tətbiq 

etmək hüququna malikdir.  

Prezident icra səlahiyyətlərinin həyata keçirilməsinin 

təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır.  

 Nazirlər Kabineti Prezidentə tabedir və onun qarşısında 

cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş 

qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən 

müəyyənləşdirilir. Nazirlər Kabinetinin tərkibinə Azərbaycan 

Respublikasının Baş naziri (ölkənin hazırkı Baş naziri Artur 



Rasi-zadədir), onun müavinləri, nazirlər və başqa mərkəzi icra 

hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. 

Azərbaycan Respublikasında icra hakimiyyəti orqanları üç 

qrupa bölünür: yuxarı, mərkəzi və yerli icra hakimiyyəti 

orqanları. 

İcra hakimiyyətinin yuxarı orqanı Nazirlər Kabinetidir. 

İcra hakimiyyətinin yerli orqanları kateqoriyasına aid olmayan 

bütün digər orqanlar mərkəzi icra hakimiyyəti orqanları hesab 

olunur.  

Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti 

orqanlarının aşağıdakı növləri vardır: nazirliklər, dövlət komi-

tələri, Nazirlər Kabinetinin yanında Komitələr, İdarələr, Şura-

lar, agentliklər, xidmətlər və s.   

Ölkəmizin sosial-iqtisadi və ictimai-siyasi həyatındakı də-

yişikliklərə uyğun olaraq nazirliklərin və idarələrin strukturu 

dəyişikliklərə məruz qalır və onlar dövrün tələblərinə müvafiq 

şəkildə təkmilləşirlər.  



Яли Щясянов, Адил Вялийев

 

 



70 

Azərbaycan Respublikasının yeni Prezidentinin seçilməsi 

Nazirlər Kabinetinin istefası üçün əsas yaradır. Azərbaycan 

Respublikasının Konstitusiyasında Prezidentin 5 illik səlahiy-

yət müddəti ilə faktiki olaraq Nazirlər Kabinetinin səlahiyyət 

müddətinin məhdudlaşdırıldığı təsbit olunmuşdur.  

Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Baş 

nazir sədrlik edir. Konstitusiyaya görə Azərbaycan Respub-

likasının Prezidenti lazım bildiyi hallarda Nazirlər Kabinetinin 

istənilən iclasına sədrlik etmək hüququna malikdir.  

Azərbaycan Respublikasının Baş naziri Milli Məclisin 

razılığı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 

təyin edilir.  

Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident 

onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya 

Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddə-

tindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir. 

Konstitusiyanın 118-ci maddəsinə görə Milli Məclis Baş 

nazir vəzifəsinə namizədlik haqqında qərarı  həmin namizəd-

liyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul 

edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim 

etdiyi namizədlərin Baş nazir vəzifəsinə  təyin olunmasına üç 

dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin 

razılığı olmadan vəzifəyə təyin etmək hüququna malikdir.  

Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakı 

səlahiyyətləri həyata keçirir:  

- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini 

hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə  təqdim 

edir. Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasını,  

maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini, dövlət 

iqtisadi proqramlarının reallaşmasını  və dövlət sosial təminat 

proqramlarının həyata keçirilməsini təmin edir. Nazirliklərə və 

digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, on-



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

71 


ların aktlarını ləğv edir və Azərbaycan Respublikası Preziden-

tinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.  

Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçki-

lərdə iştirak etmək hüququna malik, ali təhsilli və başqa dövlət 

qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası  vətən-

daşı təyin edilir.  

Baş nazir yalnız Nazirlər Kabinetinə  rəhbərlik etməklə 

kifayətlənmir, həmçinin onun işini təşkil edir və əsas fəaliyyət 

istiqamətlərini müəyyənləşdirir. Bundan başqa, Konstitusiya-

nın 105-ci maddəsinə müvafiq olaraq Prezident vaxtından 

əvvəl vəzifədən getdikdə yeni Prezident seçilənədək onun 

səlahiyyətlərini Baş nazir icra edir.  

Baş nazirin müavinləri, nazirlər, digər mərkəzi icra haki-

miyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olma-

yan, seçkilərdə  iştirak etmək hüququna malik, ali təhsilli və 

başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respub-

likasının vətəndaşları təyin edilir. 

Səlahiyyət müddəti  ərzində Baş nazirin şəxsiyyəti toxu-

nulmazdır. Baş nazir cinayət başında yaxalanma hallarından 

başqa, tutula və yaxud cinayət məsuliyyətinə cəlb edilə bilməz. 

Bu müddətdə Baş nazir barəsində  məhkəmə qaydasında 

inzibati tənbeh tədbirlərinin tətbiq olunması yolverilməzdir.   

Baş nazir yalnız cinayət başında yaxalandığı zaman tutula 

və yaxud həbs edilə bilər. Baş nazirin toxunulmazlığına yalnız 

Baş prokurorunun təqdimatına  əsasən Prezident tərəfindən 

xitam verilə bilər.  

Azərbaycan Respublikasında yerlərdə icra hakimiyyəti 

yerli icra hakimiyyətlərinin başçıları  tərəfindən həyata 

keçirilir.  Şəhər və rayonların icra hakimiyyətlərinin başçıları 

vəzifələrinə Prezident tərəfindən təyin olunur və yaxud azad 

edilirlər. Onlar icra hakimiyyətini yerlərdə şəxsən həyata keçi-

rirlər. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan 

Respublikasının Prezidenti müəyyən edir. 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə