Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə20/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   16   17   18   19   20   21   22   23   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

57 


siyası kimi səciyyələndirməyə  əsas verir. Çünki Naxçıvan 

Muxtar Respublikası özünün inzibati-ərazi sərhədlərinə, qa-

nunvericilik, icra və  məhkəmə hakimiyyəti orqanlarına, məx-

susi Konstitusiyaya, qanunvericilik təşəbbüsü hüququna, müs-

təqil fərman vermək hüququna malik Ali Məclis sədrinə (ali 

vəzifəli  şəxs) malikdir. Lakin bütün bu orqanlar Azərbaycan 

Respublikasının Konstitusiyasının müddəalarını rəhbər tutaraq 

öz səlahiyyətləri çərçivəsində hakimiyyəti həyata keçirir. Nax-

çıvan Muxtar Respublikası Azərbaycan dövlətinin ayrılmaz 

tərkib hissəsidir və Azərbaycan qanunları onun ərazisində tam 

gücə malikdir.  

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin 

ərazi bütövlüyü ilə yanaşı, həm də onun unitar xarakterinin 

qorunub saxlanılmasına hüquqi təminat verir.  

Azərbaycan Respublikasını  dünyəvi dövlət kimi səciyyə-

ləndirən əsas cəhət onun ərazisində dinin dövlətdən ayrı olma-

sıdır. Ölkədə dinin dövlət idarəçiliyinə qarışmaması, din xa-

dimlərinin siyasi fəaliyyətlə  məşğul olmasının qanunla qada-

ğan edilməsi, heç bir dinə üstünlük verilməməsi, dini təşkilat 

və qurumların qanun qarşısında bərabərliyi də Azərbaycanın 

dünyəvi xarakterindən xəbər verir.  

Göründüyü kimi Azərbaycan  respublika tipli dövlətdir. 

Lakin Konstitusiyada bu dövlətin idarəetməsinin növü (Res-

publika idarəetməsinin dünyada parlamentli, Prezidentli və 

natamam Prezident idarəçiliyi olmaqla üç forması mövcuddur) 

müəyyən edilməmişdir. Konstitusiyaya görə, ölkəni daxildə və 

xarici aləmdə dövlət başçısı – Prezident təmsil etsə də, dövlət 

hakimiyyətinin təşkili hakimiyyətlərin bölünməsi prinsipi əsa-

sında həyata keçirilir. Qanunvericilik hakimiyyətini Milli 

Məclis, icra hakimiyyətini Prezident, məhkəmə hakimiyyətini 

isə məhkəmələr həyata keçirirlər.  

Dövlət hakimiyyətinin qanunvericilik, icra və  məhkəmə 

hakimiyyətinə bölünməsi dünyanın demokratik dövlətlərinin 



Яли Щясянов, Адил Вялийев

 

 



58 

çoxunda mövcuddur. Hakimiyyət funksiyalarının müstəqil, 

bir-birindən asılı olmayan dövlət qurumları vasitəsi ilə həyata 

keçirilməsinin əsas məqsədi demokratik idarəetməyə, qarşılıqlı 

nəzarətə və əsas insan azadlıqlarına,  hüququn dövlət və fəaliy-

yət üzərində üstünlüyünə təminat verilməsi ilə bağlıdır. Çünki, 

bu halda müvafiq dövlət institutları vasitəsilə qanunvericilik, 

icra və  məhkəmə hakimiyyətinin fəaliyyətinin sərhədləri 

müəyyənləşir. Bundan əlavə, hakimiyyətin bölünməsi qarşı-

lıqlı nəzarəti, hüququn aliliyini və maraq balansını təmin edir. 

Qanunvericilik hakimiyyəti hüquqi normaları yaradır, daha 

doğrusu müxtəlif hallara, konkret faktlara və şəraitə tətbiq olu-

na biləcək ümumi qaydaları formalaşdırır. Həmçinin, hüquqi 

normalarda ifadə olunan konkret hadisələrə  və faktlara mü-

nasibətdə müvafiq davranış tərzini müəyyənləşdirir. 

 İcra hakimiyyəti ictimai münasibətləri hüquqi normalar 

əsasında qurur, tənzimləyir və sosial həyatda tətbiq edir. Kon-

kret faktla və  hərəkətlə hüquqi normalar arasında mübahisə 

yarandığı halda iş məhkəmə hakimiyyətinə keçir. Yalnız məh-

kəmə hakimiyyəti hüquqi normaların müəyyən fakta və yaxud 

hərəkətə uyğun olub-olmamasını araşdırmaq və  mühakimə 

etmək səlahiyyətlərinə malikdir.  

Hakimiyyətin bölünməsi prinsipi Milli Məclisin, Prezi-

dentin və  məhkəmələrin statusunu və  səlahiyyətlərini müəy-

yənləşdirən konstitusion normalar çərçivəsində reallaşır və 

konkret xarakter daşıyır.  

Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı 

şəkildə bir-birinin fəaliyyətini tənzimləyir. Məsələn, Milli 

Məclis Prezidentin təqdimatına  əsasən Baş nazirin vəzifəyə 

təyin edilməsinə razılıq verir (Azərbaycan Respublikasının 

Konstitusiyası, maddə 95). Prezident isə Milli Məclisin qəbul 

etdiyi qanunları imzalayır və  dərc edir (maddə 109). Milli 

Məclis Prezidentin təqdimatına  əsasən Konstitusiya Məhkə-

məsi, Ali Məhkəmə  və apelyasiya məhkəmələri hakimlərini 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

59 


təyin edir (maddə 95). Konstitusiya Məhkəməsi isə Prezidentin 

fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının və  mərkəzi 

icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının Azər-

baycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələ-

lərini həll edir (maddə 130). Ən başlıcası, Konstitusiya Məh-

kəməsi qanunvericilik, icra və  məhkəmə hakimiyyətləri ara-

sında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edərək 

ali konstitusion nəzarət funksiyasını həyata keçirir.  

 

Dövlət başçısı 

 Konstitusiyaya görə Azərbaycan dövlətinin başçısı Azər-

baycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və 

xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Pre-

zidentin Azərbaycan dövlətini ölkənin daxilində təmsil etməsi 

onun dövlət başçısı kimi hakimiyyət orqanlarının uzlaşdırılmış 

fəaliyyətinə  və qarşılıqlı  əlaqələrinə  təminat yaratması, eyni 

zamanda cəmiyyətdə siyasi həmrəyliyə nail olmaq üçün arbitr 

funksiyasını yerinə yetirməsi ilə bağlıdır. Prezidentin Azər-

baycan dövlətini xarici münasibətlərdə təmsil etməsi isə onun 

xalqın maraqlarına əsaslanaraq beynəlxalq müqavilələr və nor-

malarla bağlı məsələləri həll etməsindən irəli gəlir.  

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xal-

qının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyi-

nin varisliyini təmin edir. Bu onu göstərir ki, Prezident öz fəa-

liyyəti zamanı hansısa sosial, siyasi, milli və s. qrupların mə-

nafeyini deyil, bütün xalqın maraqlarını müdafiə edir və onun 

əsas məqsədi cəmiyyətin rifahına nail olmaqdır. Bu məsələlər 

özünün hüquqi ifadəsini Prezidentin andiçmə  mərasiminin 

keçirilməsində və onun and içməsində tapır.  

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan döv-

lətinin müstəqilliyinin,  ərazi bütövlüyünün, təhlükəsizliyinin 

və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının 

təminatçısıdır. Bu öhdəlik Prezidentin həm də Ali Baş Koman-



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə